Ərbəin zəvvarları internetlə təmin olunacaq
Featured

05 Oktyabr 2018 Author :  

Nəcəfdən Kərbəlaya gedən yolda Ərbəin zəvvarları üçün internet təmin olunacaq.

Bunu İraqın Rabitə Nazirliyi bəyanat yayaraq elan edib.

Nazirliyin bəyanatında bildirilir ki, İraq Milli Rabitə şirkəti Babil və Kərbəla şəhərlərinin rabitə xidmət işçiləri ilə birgə ekspertlər qrupu yaradıb və Nəcəfdən Kərbəlaya gedən yolda internetin təmin olunması üçün lazimi işlərin görülməsinə start verib.

Qeyd olunub ki, Ərbəin zəvvarları üçün Nəcəf-Kərbəla yolunda beynəlxalq zənglər üçün də xüsusi mərkəzlər fəaliyyət göstərəcək.

Rəsmi məlumatlara görə, ötən il Ərbəin ziyarətində 13.5 milyon nəfərdən çox zəvvar (qeyri rəsmi 20 milyon) iştirak edib.

Top
JoomlaLock.com All4Share.net