"Ərbəin" zamanı pilotsuz aparatların uçuşu qadağan edilib
Featured

18 Oktyabr 2018 Author :  

Bu qadağa Kərbəla şəhərində şənbə günündən etibarən "Ərbəin" bitənə kimi tətil olacaq

İmam Hüseynin (ə) "Ərbəin" mərasiminin təhlükəsizliyini təmin etmək üçün İraq hökuməti tərəfindən xüsusi plan hazırlanıb.

Bu haqda Kərbəla Əyalət Şurası bəyanat yayıb.

Xüsusi təhlükəsizlik planında əsasən zəvvarların sağlamlıq məsələləri, ötən illərdə baş verən səhvlər və boşluqların aradan qaldırılması yer alır.
Plana uyğun olaraq Kərbəla əyalətində "Ərbəin" mərasimi zamanı bütün növ pilotsuz aparatların uçuşu qadağan edilib. Zərurət yarandığı təqdirdə isə yalnız "Fərat Əməliyyatı Komandanlığı"nın xüsusi icazəsi olmalıdır.

Şura həmçinin Kərbəla şəhərində şənbə günündən etibarən "Ərbəin" bitənə kimi tətil elan edib.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi – "Ərbəin" münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir.

Bu il "Ərbəin" miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.(maide.az)

Top
JoomlaLock.com All4Share.net