Şələmçədən 7 mindən çox əcnəbi zəvvar keçib
Featured

25 Oktyabr 2018 Author :  

Azərbaycan, Fransa, Avstraliya ...

Şələmçə sərhəd-keçid məntəqəsindən indiyədək 7 mindən çox əcnəbi zəvvar İraq ərazisinə keçib.

İran KİV-lərinə istinadla xəbər verir ki, bunu Əndimeşk şəhər üzrə Ərbəin Qərargahının sədri Peyman Cahangiri deyib.

Onun sözlərinə görə, əcnəbi zəvvarlar əsasən Azərbaycan, Fransa, Avstraliya, Rusiya, Pakistan, Əfqanıstan və digər ölkələrin vətəndaşlarıdır.

P.Cahangiri qeyd edib ki, Ərbəin zəvvarlarına xidmət ciddi şəkildə təşkil olunub və hər gün zəvvarların sayı artmaqdadır.

Qeyd edək ki, İranın İraqla sərhəddə 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə və Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid mətəqələridir.

Ərbəin yürüşündə iştirak etmək üçün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.

Top
JoomlaLock.com All4Share.net