Xaçmazda Ərbəin mərasimi-VİDEO
Featured

30 Oktyabr 2018 Author :  

Bu gün Xaçmazın Hacılar kəndindəki Həzrət Əli məscidində Ərbəin mərasimi baş tutub. Bu barədə vetenugrunda.az-a Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri ilahiyyatçı Növrəstə İbrahimova məlumat verib: " Həzrət Əli məscidində İmam Hüseyn (əs) və cəmi Kərbəla şəhidlərinin 40 mərasimi böyük izdihamla qeyd edildi. 

Azərbaycanın bir çox bölgələrində olmuşam amma bu gün Xaçmaz rayon Hacılar kəndində keçirilən Ərbəin mərasimi kimi izdiham görməmişdim və ən maraqlısı da odurki buranın camaatı Aşuranı necə eşq və izdihamla qarşılayırlarsa həmin izdiham və eşqi ilə  Ərbəini yola salırlar. 2000-nə yaxın insanın iştirak etdiyi əzəmətli Ərbəin mərasimi bir daha sübut etdi ki, müqəddəs amal uğurunda Şəhid olanlar hər zaman sevgi ilə anılır və ən saf qəlblərdə özlərinə isti yuva qururlar. Aradan keçən min illər əziz Şəhidlərimizin sevgisini qəlblərdən uzaqlaşdıra bilmədi. Əksinə onlara olan sevgi günbəgün artmaqdadır. Xaçmazda bu gün baş tutan Ərbəin mərasiminin iştirakçılarının gözərində bu sevgini gördük."


Top
JoomlaLock.com All4Share.net