Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə və Hərəkatın üzvləri Abbas Hüseynlə Cabbar Cabbarlının cəza çəkdikləri Qobustan qapalı həbsxanasında aclıq aksiyası keçirdikləri bəllidir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, fevralın 15-də Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev Qobustan qapalı həbsxanasına baş çəkib. Bu barədə R.Əhmədli məlumat verib: "Qobustan qapalı həbsxanasından verilən işgəncə xəbərlərinin ictimaiyyətdə, əhali arasında,məhbus ailələrində yaratdığı ciddi narahatlıqlar,Hacı Tale Bağırzadə və digər məhbusların bu qanunsuz davranışlara etiraz olaraq artıq 16 gündür ki, aclıq aksiyası keçirməsi ilə əlaqədar İnanclı məhbusların hüquqlarını müdafiə komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məktubla rəsmi müraciət etmişdi. Bu gün saat 14-00 da Komitənin həmsədrləri Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə Qobustan qapalı həbsxanasında AİP-in lideri və sədri Hacı Mövsüm Səmədovla, Müsəlman Birliyi Hərəkatının lideri və sədri Hacı Tale Bağırzadə və həmçinin Nardaran hadisələrində 19 il müddətinə azdliqdan mərhum edilmiş Cabbar Cabbarlı ilə görüşə icazə verilmişdir.Hər bir dustaqla vəkillər üçün ayrılmış otaqda ayrı ayrılqda görüşməyə şərait yaradıldı.Qobustan həbsxanasında baş verən hadisələr ətrafında aparılan müzakirələr bir sıra müsbət nəticələr əldə olunmasıyla yekunlaşa bildi.H.Tale Bağırzadə komitə həmsədrlərinin, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının bu görüş üçün xoş məramlı jestlərini nəzərə alaraq bu gündən( 15.02.19 ) aclıq aksiyasını dayandırdığı haqda qərarını bildirdi. Görüş zamanı çox nikbin və mübariz əhval-ruhiyyədə olan qardaşlarımız bütün əqidə və mübarizə dostlarına təşəkkür və salamlarını çatdırmağımızı xahiş etdilər. Var olun DOSTLAR !!!"

Qeyd edək ki, görüş haqda geniş reportay və müsahibələri inşallah sizlərə təqdim edəcəyik.

Böyük Britaniya vətəndaşı Şamima Begum 2015-ci ildə İŞİD-ə qoşulanda 15 yaşı var idi. Amma o, tək deyildi. Şamima ilə birlikdə Xədicə Sultan, Əmirə Abase də Türkiyəyə uçaraq, oradan Suriyaya keçib və İŞİD sıralarına qoşulmuşdu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, orta məktəbdə əla qiymətlərlə oxuyan bu qızlar valideyinlərini aldadaraq Suriyaya gedib, İŞİD-a qoşulurlar. 

Картинки по запросу shamima begum

Şamima İŞİD sıralarında Yaqo adlı holland döyüşçüyə ərə gedib. Onunla nikahdan iki oğul dünyaya gəlib, amma hər ikisini itirib. Xəstəliklər, üstəlik, Rakkada lazımi tibbi ləvazimatların olmaması üzündən uşaqları tələf olub.

Şamima üçüncü uşağa da hamilədir. Əslində Şamima terror təşkilatına qoşulduğuna görə peşman deyil. O, verdiyi açıqlamada bildirib ki, Suriyadakı həyatı çətin və qayğılarla dolu olduğu üçün İngiltərəyə qayıtmaq istəyir: "Suriyada üçüncü uşağı da itirəcəyimdən qorxuram".

Şamima ilə Suriyaya qaçan Kadiza Sultananın 2016-cı ildə Suriyadakı bir hava hücumunda öldüyü bildirirlir. Amma bu iddianın dəqiqliyi hələki sübut olunmayıb.

Qeyd edək ki, Suriya və İraqdakı terror təşkilatlarına indiyə qədər 8 mindən çox İngiltərə vətəndaşının qoşulduğu bildirilir.

Картинки по запросу şamima begum işid\

İngiltərədən Suriyaya qaçan 3 rəfiqə

Soçidə Rusiya, Türkiyə, İran liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhaninin görüşü keçirilib.

Suriya münaqişəsinin nizama salınması, Suriya Məşvərət Komitəsinin yaradılması və digər məsələlərin müzakirə olunduğu Sammitdən əvvəl Rusiya Prezidenti Türkiyə və İran liderləri ilə təkbətək görüşüb.

Sammitdən sonra keçirilən mətbuat konfransında Suriyada atəşkəsə nail olunması məhz Astana prosesi iştirakçılarının səyləri kimi qiymətləndirilib. Tərəflər İdlibdə cəm olmuş terrorçularla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması, ölkə ərazisinin Suriya qoşunlarının nəzarətinə verilməsi, suriyalı qaçqınların vətənə dönməsi, Suriyaya humanitar yardım göstərilməsi və digər məsələlərə toxunublar. Rusiya Prezidenti Vladimir Putin çıxışında qeyd edib ki, ölkəsi separatizmlə bağlı heç nəyi dəstəkləmir və suriyadaxili dialoq dövlətin və cəmiyyətin tam bərpa olunması ilə nəticələnməlidir.

Mətbuat konfransından sonra Sammit iştirakçıları işgüzar şam yeməyinə dəvət olunublar. Burada onlara Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko da qoşulub.(azertac)

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilab Keşikçiləri Korpusunun hərbçilərinə qarşı olunan terror aktı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən sərt tənqid olunub. 

Ayətullah Xamenei Sistan və Bəluçistan əyalətində baş vermiş cinayət qurbanların ailəsi və yaxınlarına başsağlığı verib və bu cinayətdə bölgə və digər ölkələrin barmağı olduğunu və bu məsələnin ciddi araşdırılmasını istəyib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Düşmənlərin əli yenə ölkənin ədalətli gənc xidmətçilərinin qanına bulaşdı. Onlar sərhədlərin qorunması və xalqın təhlükəsizliyini qorumaq üçün canlarını fəad etdilər. Bu cinayətdə bölgə və digər ölkələrin casus təşkilatlarının barmağı var və aidiyyatı qurumlar bu məsələni ciddi araşdırılmalıdırlar.

Mən bu məzlum şəhidlərin və Sepahın böyük ailəsinə təbrik və başsağlığı verirəm Uca Yaradandan onlar üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Yaralılara Allahdan təcili şəfa arzulayıram. İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) bu ağrılı hadisəni araşdırmalı, boşluqlar və zəiflikləri tapmalı və həll etməlidir."

1 -dən səhifə 1260
Top
JoomlaLock.com All4Share.net