Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalov 2009-cu ilin fevralından Rusiya Federal Vergi Müfəttişliyinin 31 saylı Moskva ərazi vergi xidmətində fərdi sahibkar kimi qeydiyyatdadır. Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

Sənədlərə görə Rəşad Camalova Rusiya Federasiyasında daşınmaz əmlak biznesi dahəsində fəaliyyət göstərmək üçün lisenziya verilib.

2008-ci ildə 1087746656205 saylı lisenziya və 300 min rubl nizamnamə kapitalı ilə 24 saylı Moskva ərazi vergi xidmətində qeydiyyata alınmış "Olimpik Star" MMC-nin ("Олимпик Стар" ООО) təsisçisi də Rəşad Camalovdur. Şirkət Moskvanın Orexovıy Bulvar 31a ünvanında 2016-cı il iyulun 25-ə qədər fəaliyyət göstərib. Şirkət restoran biznesilə məşğul olub. Qeyd olunan ünvanda Rəşad Camalova məxsus "Olimpik Star" ticarət mərkəzi fəaliyyət göstərib.

Rusiya mənbələrindən məlum olur ki, Camalovun Moskvadakı biznesi geniş profilli olub, bura reklam xidməti göstərən şirkət, "Atrium" mebel salonu, "Pioner" Ticarət Mərkəzi, çoxsaylı daşınmaz əmlak aiddir.
Ən maraqlı məqam isə Rəşad Camalovun vətəndaşlığı ilə bağlı məqamdır. Federal Vergi Xidmətinin fərdi sahibkarlıqla məşğul olanlar haqqında qeydiyyat bazasında 2017-ci ilin avqustun 10-a aid məlumata əsasən Rəşad Camalov Rusiya vətəndaşı olub.

Rəşad Camalov bağlı Rusiya mətbuatında keçən bir xəbər də diqqətçəkicidir. "Novaya Vremya" qəzetinin 2013-cü il 16 dekabr tarixli 42-ci saylı buraxılışında Rusiya oliqarxları ilə bağlı "МОСКВА ЧИНОВНАЯ" başlıqlı maraqlı bir araşdırma dərc olunub.
(https://newtimes.ru/articles/detail/76009)
Jurnalist ОЛЕГ РОЛДУГИН yazırdı ki, Kremlin yaxınlığındakı Şvedskiy dalanı 3-də Rusiya prezidentinin İşlər İdarəsinə aid bina Moskvanın superstatuslu yaşayış binalarındandır.

Bu binada Rusiya xarici işlər naziri Lavrov, Rusiya hökumət başçısının müavini İqor Seçin, Rusiya Hesablama Palatasının hazırki sədri (keçmiş maliyyə naziri) Aleksey Kudrin, baş nazirin müavini Sergey Prixodko (Putinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri), Rusiya 1-ci telekanalının baş direktoru, mediamaqnat, Konstantin Ernst, neft maqnatı Gennadi Timçenko ilə qonşuluqda azərbaycanlı işadamı Rəşad Yavər oğlu Camalov da var.

Ralduqin qeyd edib ki, Moskva nomenklaturası üçün prestij sayılan bu binada mənzillərin q kv. metri 50 min dollardan başlayır. Məsələn, Kremlə panoraması və böyük terrası olan 1000 kvadrat metrlik mənzillərdən biri əmlak şirkətləri tərəfindən 50 milyon dollara təklif olunur.

Jurnalist qeyd edib ki, Camalov "Olimpik Star" şirkətinin (RООО "Олимпик Стар") sahibidir, restoranları, otelləri var, çörəkdən spirtli içkilərə kimi ən müxtəlif məhsulların parakəndə satışı ilə məşğuldur. Moskvada meyvə-tərəvəzin satışı ilə məşğul olan "Zarya" ticarət şəbəkəsi ona aiddir.

Şirkət 2004-cü ilin iyulunda 1 milyon rubl nizamnamə kapitalı ilə Moskvada qeydiyyatdan keçib, 2007-ci ilin dekabrından təsisçisi dəyişdirilib və Rəşad Camalovun qohumu Şahin Əliyevin adına rəsmiləşdirilib. Əsasən ticarət sahəsində fəaliyyət göstərib, 2016-cı ilin aprelin 11-də ləğv edilib.

Təkcə Moskvada bu adda 3 supermarket fəaliyyət göstərib. Rəsmi təsisçisi Denis Kalinin adlı işadamı olub, lakin şirkətə müxtəlif vaxtlarda Mustafayev Rasim Şirzad oğlu və Məlikov Mahir Südeyif oğlu rəhbərlik ediblər.

Moskvada Rəşad Camalovla bağlılığı olan daha bir şirkət MPK-GLADİATOR MMC (ООО "МПК-Гладиатор") 1996-cı ildə Şahin Baratxan oğlu Əliyevin adına qeydiyyatdan keçib. O, Şİrvan şəhərindəndir, qardaşı Əliyev Şamil Baratxan oğlunun adı 3 il əvvəl "Unibank"la məhkəmə çəkişməsində keçir.2017-ci ildə Şirvan məhkəməsində "Bank of Baku" tərəfindən də Şamil Əliyevə qarşı pul tələbi ilə iddia qaldırılmışdı.

Daha bir məhkəmə çəkişməsi 2018-ci ildə Şahin Əliyevin özü ilə "Atabank" ASC arasında baş verib. Hər iki halda Camalovun qohumlarının məhkəməyə verilməsinə səbəb onların banklara borcları ilə bağlı olub.

Təəssüf ki, qardaşların banklara borclarının həcmi haqqında əlimizdə dəqiq məlumat yoxdur, amma yəqin ki, burada ciddi məbləğlərdən söhbət gedir. Adıçəkilən şəxslərin Azərbaycanda faktiki biznesləri olmayıb, Rusiyada fərdi sahibkar kimi qeydiyyatdadırlar, orada şirkətləri var. Belə çıxır ki, Azərbaycan banklarından götürülən kreditlər ölkədən çıxarılıb və Rusiyadakı biznesə yönəldilib, yaxud vəsait Azərbaycanın özündə başqa şəxslərin adına biznesə yatırılıb.

Şahin Əliyev 2009-cu ildən 43 saylı Mosvkva şəhər regional vergi müfəttişliyində sahibkar kimi qeydiyyatdadır. Fəaliyyəti daşınmaz əmlak biznesindən tutmuş, ticarət və restoran biznesinə qədər ən müxtəlif sahələri əhatə edir.

Yeri gəlmişkən, onların daha bir qardaşı - Əliyev Mehdi Baratxan oğlu da ötən ilin dekabrından Tver şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb. Mehdi Əliyev Tver vilayətində parakəndə ərzaq ticarəti ilə məşğuldur. 1996--cı ildə Moskva Qeydiyyat Palatasında 1 milyon rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş MPK-GLADİATOR MMC (lisenziya nömrəsi7719119858) də Rusiya paytaxtında daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərir. 2016-cı il martın 10-dan baş direktoru Şahin Əliyevdir. Şirkətin 2016-cı il maliyyə sənədlərinə görə gəliri 28 milyon 268 min rubl, yaxud 460 min dollar, xərcləri isə 47 milyon 509 min rubl təşkil edib.

Bu şirkət üzərindən 1997-ci ilin sentyabrında daha bir şirkət "Bejetsk" Qapalı Səhmdar Cəmiyyəti qeydiyyatdan keçirilib, lakin 2007-ci ildə onun fəaliyyəti dayandırılıb. Şirkətin digər təsisçisi "Moloko" ASC olub.

Yavər Camalovun qardaşı Əlikram Camalov da 2008-ci ildən Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib. Moskvada sahib olduğu daşınmaz əmlakın biznesi ilə məşğuldur. Onun 2006-cı ilin avqustun 18-də Rusiya paytaxtında 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi "AQROPLYUS" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АГРОПЛЮС") ötən ilin fevralına qədər fəaliyyət göstərib, hazırda ləğv prosesindədir. 99 faiz sahiblik hüququ Yavər Camalovun qardaşına aid olan bu şirkət də daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərib.

Əlikram Camalov Rusiya vətəndaşıdır. Vaxtilə Azərbaycanda Şirvan və Salyan rayonlarını əhatə edən "Hacı Camalxan" adlı fermer təsərrüfatı da açmışdı. Bu təsərrüfat vasitəsilə 2010-cu ildə "Dəmirbank"dan 5 milyon dollardan artıq kredit götürmüşdü və 2013-cü ildə krediti qaytarmadığı üçün bankla qalmaqal yaranmışdı.

Yavər Camalovun digər qardaşı Mərdan Camalov isə hazırda Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Mərdan Camalovun oğlu Alı Camalov da 2007-ci ilin iyunundan 2013-cü ilin fevralına qədər Rusiyanın Tümen vilayətində fərdi sahibkar kimi qeydiyyatda olub.

Vaxtilə Yavər Camalovun ailə biznesində çalışmış Salamov Elcin Zahid oğlu bu ailənin Azərbaycandakı biznes obyektlərinin geniş siyahısını açıqlamışdı.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Gəncə məhbusu Alim Yusifovun səhhətində ciddi problemlər var. Alim ilk istintaq zamanı verilən işgəncələr nəticəsində bütün sağlamlığını itirdiyini deyir. Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəində saxlanan məhbus dəfələrlə Müəssisə rəhbərliyinə müraciət etsə də onu müayinə və müalicə hüquqndan yararlanmağa imkan verməyiblər.

Bu barədə məhbusun anası Arzu Əliyeva Vetenugrunda.az-a açıqlama verib: "Alimin böyrəklərinə o qədər vurublar bütün sağlamlığını itirb. Aylardı rəhbərliyə müraciət etsə də onu Pentensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmürlər. Alimə istintaq zamanı çox işgəncə veriblər. Onun başına, böyrəklərinə "dubinka" ilə çox döyüblər. Bütün daxili orqanları sıradan çıxıb. Sağlam yeri yoxdur.

Tutulandan sonra o qədər döymüşdülər ki, qolunu, burnunu sındırmışdılar. Ciyərləri çox pis zədələnmişdi. Neçə ay ciyərlərini müalicə etdirdim. Ciyəri sağalmamış indi də böyrəkləri sıradan çıxıb. Çünki işgəncə verəndə böyrəklərini təpikləyirmişlər".

Qeyd edək ki, 2019-cu ilin 10 iyun tarixində məhbusun anası oğlunun ağrılardan bayıldığını, lakin həkimin ona müdaxilə etmədiyini bildirmişdi".

Alim Yusifov 1989-cu ildə, iyulun 6-da Bakı şəhərində anadan olub. Körpəlikdən atasız böyüyüb. Atasını itirdikdən sonra ailə Şəmkirə köçüb və bu günə qədər rayonun Dəlilər kəndində yaşayırlar. Alim isə ailə qurduqdan sonra Şəmkir rayonunda kirayə evə köçüb. Biri 8, digəri 9 yaşında iki övladı var. Həyat yoldaşı onkoloji xəstədir. 

Məhbusun anası deyir ki, oğluna etmədiyi cinayəti boynuna qoymaq üçün olmazın işgəncələr verilib: "2018-ci ilin iyulun 11-də səhər saat 10: 00-da kirayədə yaşadığı evdən Şəmkirə rayon polis idarəsinə, oradan Kəpəzə, sonra Gəncəyə aparıblar. Ağlasığmaz işgəncə veriblər. Üzünə o qədər vurublar ki, üzündə yara izləri uzun müddət sağalmadı. Döyürmüşlər ki, ya narkotik alveri ilə məşğul olduğunu ya da digər hər hansı cinayəti boynuna götür".

YADDAŞ

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazovu güllələyən Yunus Səfərovun işgəncə verilmiş şəkilləri internetdə yayıldı. Buna etiraz edən bir qrup vətəndaş iyulun 10-da isə Gəncə şəhərində, icra hakimiyyətinin qarşsındakı meydanda etiraz aksiyası keçirmək istəyib. Lakin etiraz aksiyasında kimlərsə öncədən hazırlanmış təxribat törədərək, dinca aksiyanı qanlı qarşıdurmaya çevirib. Hadisə zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bu hadisədən sonra həbslər başlayıb.

Həbs edilənlər məhkəmə zamanı verdikləri ifadədə onlara qarşı dəhşətli işgəncələr verildiyini bildiriblər.

Məhkəmə prosesi zamanı məhbusların və onların müdafiəçilərinin qaldırdıqları vəstatlər təmin edilməyib. Məhbuslar və onların yaxınları hadisənin baş verdiyi meydandakı kameraların görüntülərini və işgəncə aldıqlarını sübuta yetirmək üçün ekspertiza təyin edilməsini tələb etsələr də onların vəsatəti rədd edilib.

Xatırladaq ki, Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Cümüşüdov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevin təmsil olunduğu 7 nəfərlik qrupa 2019-cu il, mayın 10-da Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, E.Əliyev 6 il, Z.Cümşüdov isə 8 il, Alim Yusifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

2019-cu ilin avqustun 23 də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, iş üzrə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digər təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.

Adıçəkilən qrupun üzvləri 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işində ittiham olunsalar da, məhkəmə zamanı bu ittihamların heç biri öz əksini tapmayıb.

Bazar ertəsi, 27 Yanvar 2020 16:21

Daşaltı əməliyyatından 28 il ötür

Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür.

Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək məhv edilib.

Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır.

Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

Şənbə, 25 Yanvar 2020 15:18

Elazığı zəlzələ silkələdi-VİDEO

Türkiyədə zəlzələ oldu -Təlafat olduTürkiyədə zəlzələdə ölənlərin sayı 22-ə, yaralıların sayı 1030-a çatıb – VİDEO

Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Ölənlərin sayı 21-ə, yaralıların sayı isə 1030-a çatıb.

1 -dən səhifə 1540
Top
JoomlaLock.com All4Share.net