Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bakı – Məşhəd aviareyslərinin uçuş vaxtı və qiymətləri məlum olub.

Dekabr ayının 16-dan Bakıdan Məşhədə birbaşa reys olacaq.

"BakuStar Travel" şirkətinin məlumatına görə, Bakı – Məşhəd reysi üzrə uçuş bir tərəfli 170 manat, iki tərəfli isə 323 manat təşkil edəcək.

Bundan başqa şirkət 3, 4 və 7 gecəlik turlar da təşkil edəcək.

Aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı "Bakustar" şirkətidir.

Şirkət bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.

Məlumatda bildirilir ki, bir ildən sonra zəvvarların sayı çoxalarsa ola bilsin bu uçuşlar gündəlik həyata keçirilsin.

Dekabrın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində görkəmli dövlət xadimi, artilleriya general-leytenantı, sovet dövründə uzun illər Azərbaycanın Rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyovun büstü açılıb.

Açılış mərasimində Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Abidənin qoyulduğu ərazi general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir.

Mərasimdə büstün üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb.

Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb: “Bu gün biz qədim Dərbənddə Rusiya və Azərbaycanın şərəfli oğlu, general-leytenant Hüseyn Rəsulbəyovun abidəsini açırıq. Biz tarixdə parlaq iz qoymuş Hüseyn Rəsulbəyovla fəxr edirik. O, Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçib. Bir çox döyüş əməliyyatlarının iştirakçısı olan Hüseyn Rəsulbəyov cəsarətli və qətiyyətli zabit idi. Xalqlarımız görkəmli dövlət və hərbi xadimin xidmətlərini bu gün də ehtiramla xatırlayırlar”.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərini qeyd ediblər.

Vurğulanıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verirlər.

Abidənin açılışının Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsinə təsadüf etdiyini vurğulayan Cəmil Əliyev Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevə müharibə iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində səylərinə görə mərasim iştirakçıları adından minnətdarlığını bildirib.

"Bu gün yalnız bizim ailəmiz üçün deyil, iki qardaş xalqın həyatında əlamətdar hadisə baş verir. Əziz dərbəndlilər, Hüseyn Rəsulbəyovun xatirəsinə göstərdiyiniz yüksək ehtirama görə hamınıza minnətdaram" - deyə akademik Cəmil Əliyev qeyd edib.

Açılış mərasimində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb.

Bildirilib ki, peşəkar hərbçi kadrların yetişdirilməsində mühüm xidmətləri olan Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabit və əsgərlər üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclər arasında geniş təbliğ olunmalıdır.

Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. 1932-ci ildə o vaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan H.Rəsulbəyov sonradan təhsilini Leninqrad Elektrotexnika İnstitutunun siqnalizasiya və rabitə mühəndisi fakültəsində davam etdirib.

1941-ci ildə isə F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Həmin il Hüseyn Rəsulbəyov Odessada Primorsk Qoşunlar Qrupuna göndərilib və hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi vəzifəsində xidmət göstərib.

Böyük Vətən müharibəsi zamanı hava hücumundan müdafiə qoşunlarının tərkibindəki qərargahlarda müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibənin sonlarında isə Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə qoşunları diviziyasının artilleriya rəisi olub.

Müharibədən sonra uzun illər Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışan H.Rəsulbəyov mühəndis-texniki xidməti general-mayoru rütbəsi alıb, 1966-1975-ci illərdə Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı vəzifəsində xidmət edib.

1968-ci ildə nümunəvi xidmətlərinə görə ona artilleriya general-leytenantı hərbi rütbəsi verilib. H.Rəsulbəyov sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.

Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın Rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub.

Həmin dövrdə Azərbaycanda Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və digər mühüm obyektlər inşa edilib. Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var.

Görkəmli dövlət və hərbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Hüseyn Rəsulbəyovun xidmətləri yüksək qiymətləndirilib, o, müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olan H.Rəsulbəyovun Bakıda yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bundan başqa, Bakı Rabitə Texnikumu onun adını daşıyır. Dərbənd şəhərində doğulduğu küçəyə və təhsil aldığı məktəbə də xatirə lövhəsi vurulub. Dərbəndin prospektlərindən biri general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyır. Qusar və Xaçmaz şəhərlərində də onun adını daşıyan küçələr var.(azertac)

Birinci qrup Qarabağ əlili Natiq Abbasov Mingəçevir şəhərindəki mağazalardan birinin anbarında 20 ildən artıqdır ki, ailəsi ilə birlikdə yaşayır. Bir ayağını itirmiş, digərini isə yaranmış problemlərə görə yavaş-yavaş itirən Qarabağ əlili acınacaqlı vəziyyətdə olduğunu bildirir.

Bu günlərdə olaraq Qarabağ əlilinin yaşadığı mənzildə olduq. Natiq Abbasov Mingəçevir şəhərində anadan olub. 1992-ci ildən 1994-cü ilə qədər Ağdam, Ağdərə, Goranboy istiqamətində gedən döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda vuruşub. Daxili Qoşunların N saylı hərbi hissəsinin əsgəri olub. Goranboy döyüşlərində yaralanıb.

Natiq bildirir ki, Mingəçevir şəhərində icra başçı vəzifəsində işləmiş iki icra başçısına yaşayışımla bağlı müraciət etmişəm. Gəlib baxıblar amma heç bir tədbir görməyiblər: "6 ay bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Mingəçevirdə vətəndaşları qəbul edəndə mən də vəziyyətimlə bağlı müraciət etdim. Mənim vəziyyətimlə bağlı Sahil Babayevin xəbəri var.

Aidiyyətı qurumlar hamısı bilir ki, mən hansı şəriatdə yaşayıram. Mingəçevir GEM stansiyası (Gigiyena və Epidemiologiya Mərkəzi) mənzilə baxış keçirib və rəy verib ki, bu anbarda yaşamaq insan sağlamlığı üçün təhlükəlidir.

Bu rəyə də baxan olmayıb. Mən iki övladım və həyat yoldaşımla birgə bu anbarda siçan, siçovul, kərtənkələ ilə birlikdə yaşayırıq. Yatmağa yerim yoxdur, acınacaqlı vəziyyətdəyəm. Antisanitar vəziyyət, nəmişlik övladlarımı və məni xəstəliyə salıb. Ayaqyolu və hamam yoxdur.

Artıq mənim bu gündən sabaha ümidim yoxdur. Mən də bir ata kimi övlad toyu görmək istəyirəm. Yetkinlik yaşına çatmış bir qız və 25 yaşlı oğum var. Onların evlənmək vaxtı ötür lakin, buna yaşadığımız şərait imkan vermir. Xahiş edirəm aidiyyatı qurumlar səsimə səs versin".(yeniavaz.com)

Dekabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovun hüquqlarının pozulmasını tanıyıb.

Hüquqşünas Xalid Ağaliyevin yaydığı məlumata görə, məhkəmə qərara alıb ki, İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədovun 2011-ci ildə həbs edilməsi Avropa Konvensiyasının pozuntuları ilə müşayiət olunub.

Bu iş Mövsüm Səmədovun 2011-ci ildə İslam Partiyasının toplantısındakı çıxışı ilə bağlıdır. Həmin çıxışın məzmunu məktəblərdə hicaba yasaq qoyulması ilə bağlı idi, hökumət, ölkə rəhbərliyi sərt dillə tənqid edilir, insanlar etiraza çağırılırdı. Həmin çıxış internet üzrəindən yayılmışdı. Ardınca, Səmədov Nərimanov rayon polisi tərəfindən saxlanılıb, inzibati pozuntuda (polisə müqavimət) günahlandırılıb, həbs olunub.

İnzibati həbs cəzası başa çatan gün Mövsüm Səmədova cinayət işi açılıb. O, terrorçuluqda, qanunsuz silah saxlamada və hakimiyyəti zorla dəyişdirməyə çağırışda ittiham edilib, barəsində məhkəməyə qədər həbs qərarı verilib.

Hazırda həbsdə olan Mövsüm Səmədov Avropa Məhkəməsinə 2011-ci ildə şikayət edib (vəkil Yalçın İmanov, Anar Qasımlı), şikayətin kommunikasiyası 5 il əvvəl - 2014-ci ildə başlanıb.

Avropa Məhkəməsi qərar verib ki, milli məhkəmələr Mövsüm Səmədovla bağlı qərarlar verərkən onun azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edib. Qərara görə, dövlət həbsdəki Səmədova ümumilkdə 4 min avro təzminat ödəməlidir.

Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları Mövsüm Səmədovu siyasi məhbus kimi tanıyır. Ancaq, Azərbaycan rəsmiləri deyir ki, ölkədə siyasi məhbus yoxdur. Siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb edilib.

5 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net