Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Cümə axşamı, 12 Dekabr 2019 12:28

Vəkil prezidentə şikayət etdi

Vəkil prezidentə şikayət etdi: "Rüstəm Usubov vəkillərə təzyiq edir..."

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Elçin Sadıqov baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən təzyiqlərə məruz qaldığını iddia edib. Onun müraciətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə

Xarici ölkələrin Azərbaycandakı Səfirliklərinə

Cənab Prezident!

Mən Sadıqov Elçin Əli oğlu 2007-ci ildən başlayaraq vəkillik fəaliyyəti ilə məşğulam. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. On illik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm.

Fəaliyyətim boyunca hər zaman vəkil adını, andını yüksək tutmuşam. Hər zaman ölkəmizin qanunlarına uyğun olaraq reallaşdırdığım fəaliyyətim daim cəmiyyətin gözü önündə olub, insanlar fəaliyyətimlə bağlı həmişə razılıq hisslərini ifadə ediblər. Əsasən, insan haqları müdafiəsi sahəsində tanındığımdan, davamlı olaraq, təqiblərə, təyziqlərlə məruz qalmışam.

Cənab Prezident!

Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar yenidən basqılarla üzləşməyimdir. Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Rüstəm Usubov tərəfindən üzvü olduğum Vəkillər Kollegiyasına şikayət edilib, heç bir qanuni əsası olmadığından bunu şəxsimə qarşı təqiblərin davamı hesab edirəm.

Cənab Prezident,

Oktyabr ayında "Siyasi Məhbuslarsız Azərbaycan Birliyi”nin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev qəza keçirib. Bakının mərkəzində o, avtomobillə vurulub.

Mən 30 oktyabr 2019-cu il tarixdə özümün facebook səhifəmdə aşağıdakı məzmunda status yazmışam: "Oktay Gülalıyev-in vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil, qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq".

AR Baş Prokurorluğu həmin statusdan sonra mənim barəmdə 05/137/XİD saylı "material" yaradaraq "araşdırma" aparıb. Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyəti vermir, prokurorluğun belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur.

Qanunvericiliyə əsasən, belə araşdırmalar yalnız hüquq mühafizə orqanlarının işçiləri barəsində aparıla bilər.

Barəmdə qanunsuz xidməti araşdırma aparan AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ünvanlanmış 05/137/XİD saylı, 14 noyabr 2019-cu il tarixli şikayət ərizəsində göstərilir ki, "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil Sadıqov Elçin Əli oğlu özünə məxsus facebook sosial şəbəkəsindəki profilində "Oktay Gülalıyev-in vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil qəsddir!

Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq" yazısını paylaşmış və kütləvi informasiya vasitələrində baş vermiş hadisə ilə bağlı "videoyazıya baxdım, bu ehtiyatsızlığın nəticəsi deyil, sui-qəsddir" şərhini vermişdir.

AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra qeyd edib ki, "vəkil Sadıqov Elçin Əli oğlunun istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqda məqsədi baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaqdır.

Ona görə də vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, vəkil etikası normasını pozmuş, AR Vəkillər Kollegiyasının üzvü Sadıqov Elçin Əli oğlu barəsində "Vəkillər və vəkillik Fəaliyyəti haqqında" Qanuna müvafiq tədbir görülməsi məsələsinə baxmağınızı və nəticəsi barədə Respublika Baş Prokurorluğuna məlumat verməyinizi xahiş edirəm".

Cənab Prezident,

AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənim barəmdəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanın mütərəqqi dünyanın gözündən salmağa xidmət edir.

Hüquqi biliyi olan hər bir şəxs bilir ki, prosessual qanunvericiliyə, prokurorluq haqqında, vəkillik fəaliyyəti haqqında qanunlara görə, qeyri prosessual vəziyyət olmadan prokurorluq orqanının vəkildən Vəkillər Kollegiyasına şikayət etməsi, Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur.

Çünki, prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil.

Cənab Prezident,

Ümumiyyətlə, AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov əsasən, 2017-ci ildən Azərbaycanda ifadə azadlığı hüququndan geniş, ancaq qanunlar çərçivəsində istifadə edən vətəndaşlarının qəniminə çevrilib.

Bu kontekstdə, ən çox zərər görənlər azərbaycanlı vəkillərdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycanda vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir.

Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır.

AR Baş Prokurorunun birinci müavininin həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib.

Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, soz zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir.

Möhtərəm Prezident!

Müstəqil vəkillik, ifadə azadlığı hüququ demokratik cəmiyyətlərin əsas sütunlarındandır. Konstitusiyamızda, Azərbaycanın tərəfdar çıxdığı müqavilələrdə ən yüksək səviyyədə təsbit olunmuş hüquqlardan istifadəyə görə, insan haqlarını daha aktiv müdafiə etməyə görə, yüksən pillədə duran rəsmi şəxslərin insanları təqib etməsi, onlara təzyiqlər göstərməsi, ləkələməsi yolverilməzdir. Belə addımlar ilk növbədə ölkəmizin nüfuzuna uyğun deyil. Sizdən AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənə qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına, belə hallara son qoyulması üçün gərəkli addımların atılmasına göstəriş vermənizi xahiş edirəm.

Hörmətlə,
Vəkil Elçin Sadıqov"

Vəkil müraciətini həmçinin beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanlayıb.

Əsrin ən dəhşətli insan qətliamı-Bosniyada törədilən soyqırıma haqq qazandıran avstriyalı yazar Peter Handkeyə ədəbiyyat üzrə "Nobel" mükafatı təqdim edilib.

Mükafat İsveçin paytaxtı Stokholmda keçiriləm mərasimdə İsveç Kralı 16-cı Karl Qustav təqdim edib.

Bu ilki təqdimatda "Nobel" mükafatına sahiblənənlərə diplomla yanaşı 900 min avro pul mükafatı da verilib.

Hər fürsətdə Bosniyada qırğın törətmiş keçmiş serb lider Slobodan Miloçeviçə heyranlığını ifadə edən, hətta Milosevicin dəfninə qatılan Handkeyəverilməsi bir çox ölkələrdə etirazla qarşılanıb.

Картинки по запросу Peter Handke

Yazar Peter Handkey

Hətta etirazçılar İsveçdə mərasimin keçirildiyi məkanın yaxınlığında toplaşaraq şüarlar səsləndiriblər. Onların arasında 1988-ci ildə "Nobel Sülh Mükafat"ı almış isveçli jurnalist Kristina Doktare də olub. O, soyqrım törədənlərin dostu və heyranı olan Handkeyə mükafat verilməsinə etiraz olaraq öz "Nobel" mükafatından imtina etdiyini, mükafatını geri qaytaracağını açıqlayıb:

"İsveç Akademiyası duyduğum qürur hissi indi utanc və günahlhissi ilə əvəzlənib.

Bosniyadakı soyqırım zamanı orada idim və hər şeyin şahidi olmuşam. Soyqırımı inkar edən Handkeyə etiraz olaraq öz mükafatımı geri qaytaracağam".


YADDAŞ

Yuqoslaviyadakı vətəndaş müharibəsi zamanı baş verən Srebrenitsa soyqrımı tarixin ən dəhşətli səhifələrindəndir. Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda 3 gün ərzində 8372 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır. Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədildi. Bu soyqrım idi. Çünki əlisilahlılar qadın və uşaqları, qocaları, xəstələri, bir sözlə, qabağlarına çıxan hər kəsi vəhşicəsinə qətlə yetirirdilər. Bu vəhşilik artıq, sənədlərlə sübuta yetirilib.

Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etdi. BMT- isə özünü sülhsevər kimi göstərmək məqsədi ilə Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirdi. Lakin onlar müsəlmanların vəhşicəsinə qətlə yetirilməsinə kənardan maraqla baxırdılar. Sanki şouya baxırlar. Çünki qətlə yetirilən müsəlmanların silahları bir həfə öncə BMT sülhməramlıları tərəfindən yığışdırılmışdı.

Srebrenitsa soyqırımı II Dünya Müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II Dünya Müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır. Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni "müdafiə" altına almağa məcbur etdi.

Srebrenitsa da bu bölgələrdən biri idi. Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar onları müdafiə edən" BMT sülhməramlıları tərəfindən yığılmışdı.

Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi.

BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi. Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar.

Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar. Yəqin bu "qəhrəmanlıqlarına" görə idi ki, holland sülhməramlılarını bu qətliamdan sonra Hollandiya hökuməti "Ən üstün cəsarət" medalı ilə təltif etdi. Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.

BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
 
 
 
 
 
 
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO
 
BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir-VİDEO

"Eurohome"da malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, dekabrın 11-də tikinti materiallarının satıldığı "Eurohome"  bazarında baş verən yanğın zamanı ziyana düşən sahibkarlara kompensasiya verilməyəcəyi deyilib. Ziyana uğrayan sahibkarlar öz etirazlarını bildirmək üçün yolu bağlayıblar.

"Ermənistan jurnalistlərin qarşılıqlı səfəri ətrafında şou yaradıb"

"Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı təklif bu ilin yanvar ayında Rusiya tərəfindən edilmişdi. Azərbaycan tərəfi də konstruktiv mövqe göstərərək, bu təkliflə razılaşdı".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, qarşılıqlı səfərlər dövlətlərarası danışıqlarda hər hansı müsbət nəticə əldə olunduğu zaman faydalı ola bilər:

"Lakin təəssüf ki, dövlətlərarası danışıqlarda heç bir irəliləyiş yoxdur. Belə olan halda, qarşılıqlı səfərlərin effekti ola bilməz".

Qarşılıqlı səfər zamanı Ermənistan tərəfinin şou göstərdiyini deyən Mərkəz sədri qeyd edib ki, düşmən tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir.

F.Şəfiyev əlavə edib ki, hazırda deputatların qarşılıqlı səfərləri ilə bağlı təklif var.

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

Erməni jurnalistlər isə azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Azərbaycandan Ermənistana gedən jurnalistlər "Trend" Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan"ın müxbiri Orxan Yolçuyevdir.

Ermənistandakı "Şant" telekanalanın əməkdaşı Artyom Yerekyan, "Mediamaks" İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin "İctimai TV"sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakıda olublar. Erməni jurnalistlər Gəncəyə də gediblər... Onların Azərbaycanda ictimai təşkilatların nümayəndələri ilə görüşdüyü, şahmat məktəbini ziyarət etdiyi və həmkarları ilə bir araya gəldiyi bildirilir.(modern.az)

6 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net