Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı cəmiyyətdə dərin bir sarsıntı müşahidə olunur. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilir. Həbs olunan, hadisəni törətdiyi iddia olunan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun edam olunması istəyi ilə bağlı kampaniya başlayıb.

Bir qisim isə onun Rusiyanın ən nüfuzlu universitetində təhsil almasını, iki-üç dil bilməsini, bir sözlə intellektual biri olmasını əsas götürüb, belə bir hadisəni törətməsinin mümkün olmadığını bildirilər.

Tarixdə isə intellektli şəxslərin ağır cinayətlər törətməsi faktlarına dəfələrlə rast gəlinib.

Beynimizdəki dəyişikliklər nələr yaşadığımızı və necə biri olduğumuzu əks etdirir. Bəs beyin bir xəstəlik, ya da zədə nəticəsində dəyişikliyə uğrasa? Bu, kimliyimizi, şəxsiyyətimizi, ya da davranışlarımızı dəyişdirərmi?

1 avqust 1966-cı ildə 25 yaşlı Çarlz Uitmen Ostindəki Texas Universitetində gözlənilmədən, heç bir səbəb olmadan insanlara atəş açmağa başladı. 13 nəfər öldü, 33-ü nəfər yaralandı. Uitmenin özü də polis tərəfindən güllələndi. Hadisədən sonra qatilin evinə yollanan hüquq-mühafizə ordanlarının əməkdaşları Uitmenin bir gecə əvvəl arvadı ilə anasını da öldürdüyünü aşkarladılar.

Bu hadisədə ən çox təəccübləndirən bir fakt var idi - Çarlz Uitmenin həyatında belə bir dəhşəti törədə biləcəyinə dair ehtimal yaradan hər hansı bir ipucu yox idi. O, birinci dərəcəli kəşfiyyatçı idi, bankda kassir işləyirdi və mühəndislik təhsili almışdı.

Arvadı ilə anasını öldürdükdən az sonra yazı makinasının arxasında oturub intihar məktubu hesab olunan bu sətirləri yazmışdı:

"Özümü bu günlərdə tam olaraq anlaya bilmirəm. Ağlı başında və dərrakəli bir gənc olaraq tanınıram. Amma son zamanlar (nə zamandan başladığını xatırlaya bilmirəm) qeyri-adi və məntiqsiz düşüncələrin qurbanı olmuşam... Ölümümdən sonra hər hansı bir fiziki pozğunluq olub-olmadığını təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsini istəyirəm".

Uitmenin istəyi yerinə yetirildi və autopsiya zamanı onda kiçik bir beyin törəməsi aşkarlandı. Kiçik bir qəpik böyüklüyündəki törəmə qorxu və təcavüzlə bağlı bir nahiyə olan "badamvari cisim"ə (Badamvari cisim ‒ (lat. corpus amugdaloideum) beyinin badam formasında olan xarakterik nahiyəsi) təsir etmək üzrə idi. "Badamvari cism"in məruz qaldığı bu kiçik təzyiq belə Uitmenin beynində bir sıra reaksiyaya yol açmağa bəs etmişdi və nəticə etibarilə, normal halda qeyri-adi sayılacaq bir çox davranışlar sərgiləməsinə gətirib çıxarmışdı. Yəni, dəyişikliyə uğrayan beyin maddəsi Uitmenin şəxsiyyətini də dəyişdirmişdi.

Əlbəttə, bu, ekstremal bir nümunə olsa da, miqyasına görə dramatik olmayan zehni dəyişikliklərin belə sizi siz edən tənzimləmələrdə ciddi rol oynaya bildiyi bir həqiqətdir. Orqanizmlər üçün xarakterik olmayan maddələr və ya alkoqoldan istifadə buna nümunədir. Başqa bir misal, bəzi epilepsiya formaları insanları daha dindar hala gətirə bilər.

Parkinson xəstələrinin inanclarını itirməsi tez-tez rast gəlinən bir hal olduğu halda, parkinsonizmin müalicəsi üçün verilən dərmanların xəstələri qumar aludəçisinə çevirə bildiyi də məlumdur. Üstəlik, bizi dəyişdirən yalnız xəstəlik və ya kimyəvi maddələr deyil: izlədiyimiz filmlərdən çalışdığımız işlərə qədər hər şey neyron şəbəkəsinin davamlı olaraq yenidən formalaşdırılmasına yardım edir. Elə isə siz tam olaraq kimsiniz? Bu "tikilinin" dərinliklərində, mərkəzdə duran biri varmı?"(medcina.az)

Devid İqlmanın "Beyin sənin hekayən" əsəri 

Bazar, 12 Yanvar 2020 19:57

İlkin Süleymanov Bakıya gətirilib

İtkin düşdükdən 45 gün sonra tapılan 10 yaşlı Nərmin Quliyeva cinayətində şübhəli şəxs kimi saxlanan 47 yaşlı kənd sakini İlkin Süleymanov Bakıya gətirilib.

İlkin Süleymanovun işi Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılacaq. 

İlk dindirmə zamanı İ.Süleymanov Nərmini necə saxladığını və onu saxladığı müddətdə etdiyi rəftar haqqında danışıb. 

YADDAŞ

Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini 10 yaşlı Nərmin Şərif qızı Quliyeva 2019-cu il 21 noyabr tarixində itkin düşüb. Atası o günü belə xatırlayır: "Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı.

Qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb".

Nərminin meyiti 2020-ci ilin 6 yanvar tarixində tapılıb. Onun meyitini evlərinin yaxınlığında yandırıblar.

Aparılan axtarışlar zamanı şübhəli şəxs qismində saxlanan İlkin Süleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişinin iştirakçısı Ümmü Gülsümün qələbəsinə onunla yanaşı sevinənlər çox oldu. Səbəb isə bu gənc xanımın əzimkarlıığ oldu.

Verlişdə onu müşayiət edən bacısı bildirib ki, Ümmü Gülsüm 4 yaşındaykən keçirdiyi xəstəlikdən yaranmış yüksək tempuraturdan sonra danışa bilməyib.

27 yaşlı gənc suallara yazı lövhəsi vasitəsiylə cavab verib. Ümmü Gülsem apardığı mübarizə nəticəsində 125 min TL (36 min AZN) qazanıb. O, qazandığı pulları əkiz qardaşlarının təhsili üçün xərcləyəcəyini bildirib. 

Yezidi kürdlərinin lideri, AZƏRBAYCANA OD "PÜSKÜRDÜ"…  "Azərbaycan nə istəyir Qarabağdan?"

Yerevanda ürəyindən ağır əməliyyat keçirən yezidilərin başçısı Əziz Tonoyan erməni hakimiyyətindən də şikayətləndi, amma sonra yaltaqlanmağa başladı: "Qoy bu günkü erməni hakimiyyəti yezidilərə fərq qoymasın və bizə qarşı görməməzlik etməsin. Bizə çoxları kürd deyirlər. Bununla da bizi kürdləşdirmək istəyirlər. Biz kürd deyilik, biz yezidiyik.

Kürdlər müsəlmandırlar. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Mən yezidi xalqının tarixini yazan bir aliməm. Bu gün 60 kənddə yezdi dilində dərs keçilir. Təəssüf ki, onlardan 5 kənddə yezidilərə kürd dilində dərs keçillər, buna son qoymalıyıq.

 

eziz Tonoyan üçün şəkil nəticəsi

Əziz Tonoyan

Biz Qarabağ müharibəsində 500 nəfər yezidi əsgər yollamışıq döyüşə 42 nəfər müharibədə həlak olub. Qarabağ hərəkatı başlayanda mən də onların yanında olmuşam. Azərbaycan nə istəyir, Qarabağdan? Mənim valideynlərim də deyirdilər ki, Qarabağ ermənilərindir. Biz Azərbaycana bir qarış da torpaq verməyəcəyik. Onlar çox qorxaq mıllətdir. Bizim uşaqlar bir güllə atan kimi hamısı qalxıb qaçırdılar".

Dəyərli alimimiz İsmayıl Tanrıverdi bu yezidə yazdığı şərh:

Գետինը մտնես հաաա, դավաճանի մեկը՝: Երեսուն տարվա ընթացքում 70 հազարից 6 հազար եք մնացել: Քեզ նման անխելքի գլխավորությամբ ձեր ժողովրդին այնտեղ որպես համաբալ են պահում.

TƏRCÜMƏSİ: Yerə girəsən həəə, xəyanətkarın biri. Otuz il ərzində 70 min nəfərdən cəmisi 6 min nəfər qalmısınız. Sənin kimi ağılsız başçıya görə Sizin xalqı orada hambal kimi saxlıyırlar.

İsmayıl Tanrıverdi 

P.S. Xatırladaq ki, Suriyada və İraqda yezidilərə ən böyük yardımı Azərbaycanın "Azərsun" holdinq adlı şirkəti etdiyini xarici KİV-ləri heyrətləndirmişdi…(fedai.az)

7 -dən səhifə 1536
Top
JoomlaLock.com All4Share.net