Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra boğazından asılı vəziyyətdə ölü tapılıb.

Bu haqda mərhumun qardaşı Yusif Baxışov mediayay məlumat verib. O, deyib ki, uzun müddətdir işləmək üçün müstəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib.

"Ancaq qardaşım işə götürülmədi. Səbəb bu idi ki, son vaxtlar Laçın rayon icra başçısı Aqil Nəzərlini sosial şəbəkələrdə fəal şəkildə tənqid edirdi. Qardaşım Aqil Nəzərlinin heç vaxt orduda xidmət etmədiyini və saxta diploma sahib olduğunu yazırdı" -Yusif Baxışov deyib.

Qardaşının dediyinə görə, Müqabil Baxışov məktub yazaraq ona təhdidlər olduğu üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib. Y.Baxışov deyib ki, 7 qardaşdılar və ailələri təhlükədədir.

Müqabil Baxışov Laçın rayonunun bundan əvvəlki icra başçısını da sosial şəbəkələrdə tənqid edirdi. Bir müddət əvvəl-2016-cı ilin payızında M.Baxışov sosial şəbəkədə özünü PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi təqdim etmişdi. O, PKK bayrağı ilə şəkil çəkərək sosial şəbəkələrdə paylaşmışdı. M.Baxışovun həmin vaxt Laçın Rayon Təhsil Şöbəsində işlədiyi bildirilirdi. Lakin təhsil şöbəsi Baxışovun 2014-cü ildə işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığını açıqlamışdı.

Bundan sonra Baxışov 2016-cı ilin noyabrında saxlanılıb. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. Və həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl isə M.Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib..

Baxışov dekabrın 5-də canlı yayım edərək Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli haqqında da danışıb:

"Aqil Nəzərli ali məktəblərə test imtahanlarında yetərli bal toplaya bilməyib, ali məktəb tələbəsi adını almayıb. Bundan sonra Futurologiya Universitetinə qəbul olub. O universitetin sertifikatı olmadığına görə diplom ala bilməyib, hansı yolla Təfəkkür Universitetindən diplom alıb. Saxta yollarla alıb. Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb. Aqil Nəzərli müvəqqəti icra başçısı təyin olunanda etiraz etmişdim. Çünki onun diplomunun saxta olması ilə bağlı məndə məktub vardı".

Ertəsi gün dekabrın 6-da Facebook-da onun çıxışının altında Faiq Məmiyev adlı istifadəçi M.Baxışovun əmisi oğlu olduğunu, səhhətində heç bir problem olmadığı halda təhdidlərə məruz qalaraq canına qəsd etdiyini yazıb.

"Müqabil mənim əmim oğludur. Səhhətində heç bir problem yox idi. Ali savadlı, layiqli pedaqoq, Laçın Rayon Təhsil Şöbəsində metodist və inspektor vəzifələrində işləmiş müəllim idi. Son illər Laçın rayonunda onun başına gəlməyən müsibətlər qalmadı. İlyarım ərzində işlə bağlı etdiyi müraciətlərinə baxılmadı və təhqiqlərə məruz qalaraq canına qəsd edib, bu dünyadan köçdü".

"Repressiya və İşgəncələrə Əleyhinə Komitə" Oktay Gülalıyevin sağlıq durumu ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına üç dildə (Azərbaycan, ingilis, rus dillərində) çağırış edib.

Çağırışın mətnini diqqətinizə təqdim edirik:

"Repressiya və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin koordinatoru Oktay Gülalıyevin sızın köməyinizə ehtiyacı var. 2019-cu il oktyabrın 29-da komitənin iclasından qayıdarkən yolda onu maşınla vurublar. O aldığı travmadan komaya düşüb. Təəssüf ki, vaxtında tibbi yardım göstərilmədiyi üçün vəziyyəti kritikləşib və hazırda durumu ağırdır.

İstanbuldakı Amerikan xəstəxanasının həkimləri onun həyatı üçün mübarizə aparırlar. Bir aydan çoxdur ki, müalicəyə vəsait ayıran Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində tibbi yardım göstərilir.

Lakin dekabrın 10-dan Fond Türkiyədə müalicənin maliyyələşdirilməsini dayandırır və müalicənin Azərbaycanda davam etdirilməsini təklif edir.

Azərbaycanda bu müalicənin effektli ola biləcəyinə əmin deyilik. İxtisaslı müalicəni davam etdirmək üçün vəsait və beyin travması sahəsində aparıcı mütəxəssislərin məsləhəti lazımdır.

Sizə müraciət edərək Oqtay Gülalıyevin müalicəsinin davam etməsi və həyatını xilas etmək üçün səyləri dəstəkləməyə çağırırıq.

Sizin hüquq-müdafiə həmrəyliyinizə ümid edirik.

Repressiya və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi

Bakı, 04.12.2019"

Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi qətlə yetirilmiş yazar-publisist, Rafiq Tağının işi ilə bağlı qərarını açıqlayıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatına görə qərar mərhum Rafiq Tağının "Avropa və Biz" yazısına görə məhkum edilməsi işi ilə bağlıdır.

Söhbət mərhum yazıçı-jurnalistin və onun həmkarı Samir Sədaqətoğlunun (Hüseynov) bir məqaləyə görə, 2006-cı ildə azadlıqdan məhrum edilmələri üzrə göndərilmiş şikayətdən gedir.

Avropa Məhkəməsi hesab edib ki, jurnalistin bir məqaləyə görə, cinayət cəzasına məhkum eidlməsi onun ifadə azadlığı hüququnu (Maddə 10) pozub.

Qərara əsasən, hökumət Rafiq Tağının həyat yoldaşına və Samir Sədaqətoğluna ümumilikdə 12 850 avro təzminat ödəyəcək.

Rafiq Tağı 2006-cı ildə "Sənət" qəzeti ilə əməkdaşlıq edirdi. Samir Sədaqətoğlu isə "Sənət"in baş redaktoru idi. Həmin il qəzetdə RafiqTağının "Avropa və Biz" sərlövhəli məqaləsi yayıldı. Məqalədə İslam və Xristiyanlıq dini əxlaq və humanizm kontekstində müqayisə edilmişdi.

Yazının yayılmasından sonra qəzetçilərə basqılar başladı, İranda hansısa dini xadimin yazı müəllifinin ölümünə fətva verməsi haqda xəbərlər yayıldı. Ardınca, jurnalistlərə məqaləyə görə cinayət işi açıldı, istintaq dövründə həbs edildilər. Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu məhkəmənin hökmü ilə Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılaraq (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi – milli, irqi və dini ayrı-seçkilik) həbs edilib.

2007-ci ilin mayında isə Səbail Məhkəməsi R.Tağını 3, S.Sədaqətoğlunu isə 4 il azadlıqdan məhrum etdi. Onlar dini nifrət və düşmənçiliyi təşviq etməkdə günahkar bilindilər. 2007-ci ilin sonunda Azərbaycan prezidenti hər iki jurnalisti əfv etdi, onlar azadlığa çıxdılar.

R.Tağının vəkili Avropa Məhkəməsinə 2011-ci ildə müraciət etmişdi. Şikayətdə iddia edilirdi ki, dövlət onların din azadlığı və ifadə azadlığı hüququna müdaxilə edib. Şikayətdə həmçinin qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi hüququna müdaxilə edilməsi də mübahisələndirilirdi.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boynuna, qarnına və çiyninə bir neçə bıçaq xəsarəti yetirib və qaçıb gizlənib. Publisist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və üç gün sonra – noyabrın 23-də dünyasını dəyişib.

Publisistin qətli və qətlin motivi indiyədək açılmayıb.

O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.(amerikanınsesi)

Nazirlər Kabineti Aparatının şöbələrinin sayı artırılıb. Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.

Yeni strukturda Nazirlər Kabineti Aparatının şöbələrinin sayı 9-dan 13-ə qaldırılıb.

Yeni yaradılan şöbələr – İqtisadiyyat şöbəsi, Xarici iqtisadi əlaqələr şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Hüquq və qanunvericilik şöbəsi, Sosial məsələlər şöbəsi, Humanitar məsələlər şöbəsi, Sənaye və energetika şöbəsi, Aqrar və ekologiya şöbəsi, Regionların inkişafı şöbəsi, Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi və Ümumi şöbədir.

Qeyd edək ki, Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi ləğv edilərək İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi ləğv edilərək Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi ləğv edilərək Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi ləğv edilərək Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi və Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi yaradılıb.

Bundan əlavə, Nazirlər Kabineti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib. Həmçinin Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər şöbəsi və Humanitar məsələlər şöbəsi yaradılıb.

8 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net