Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Yeməkdən sonra isti çay içməyin tarixi elə də qədimlərə gedib çıxmır. Əgər çayın vətəni Şərqə baxsaq orda çay ayrıca vaxtda içilərdi. Yeməkdən sonra çay içmək xroniki qanazlığı və dəmir əsklikliyinə səbəb olur.

Bu sözləri Türkiyənin tanınmış həkimi Canan Karatay bildirib.

O qeyd edib ki, əslində qədimdə nənə-babalarımız çay içməzdilər. İçməyə qarşı deyiləm, amma yeməkdən sonra olmaz. Ən azı yeməkdən 3 saat keçməlidir.
Yaxşı olar ki, çay içmə vaxtı ayrı olsun. Çünki çay qanda dəmiri azaldır, dəmir əskikliyi yaradır.

Qeyd edək ki, bundan öncə də, amerikalı alimlər çayın sümüklərdə mineralları yuyub azaltdığını və isti çayın qida borusu və mədə xərçənginə səbəb olduğunu bildirmişdilər.(medicina.az)

Bazar, 12 Yanvar 2020 21:58

Şəmkirin Şəhid Təbrizi

23 yaşında Şəhadət zirvəsinə ucalan Təbriz Hamlet oğlu Əsgərovun bu gün mübarək mövlud günüdür.

O, 12 yanvar 1993-cü Şəmkir şəhərində anadan olub. 2010-cu ildə Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbi bitirib. 

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu 2016-cı ildə Aprel döyüşləri zamanı Şəhid olub.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində, uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.

NATO missiyasının "Resolute Support" qrupuna daxil olan Amerika kontingentinin döyüş maşını Qəndəhar əyalətinin cənubundakı Dand əyalətində partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində daha iki əsgərin yaralandığı da bildirilir.

Məlumatda Talibanın məsuliyyəti üzərinə götürdüyü bildirilir.

Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin Şəhidi Qaytaran Abbasov 1964-cü ilin bu günü-12 yanvarında Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.

Vetenugrunda.az çoxlarının unutduğu, məzarının da torpağı kimi işğal olunduğu qəhrəmanı xatırladacaq bu gün. 

Qaytaran Abbasov 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra o, Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb.

Qaytaran Abbasov 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qoşulub. Həmin il Ağdam, Tərtər, Qubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə "Zəngilan" Batalyonunda döyüşüb. O, 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına Şəhid olub.

Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub.

Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.

9 -dən səhifə 1539
Top
JoomlaLock.com All4Share.net