Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Vergilər nazirliyinin görkəmli ekstrasensi iddia edir ki, dostu psixoloq Dəyanət Rzayev otüstü xokkey komandamız üçün magik xidmətlər göstərib.
O eyni zamanda bəyan edir ki, Dəyanəti Bakıda itləri şeytana qurban verən satanist məmurlar öldürüb.

Dövlət Proqramına əsasən baramaçılığın yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı tinglərin gətirilməsi prosesi həyata keçirilir.

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirild. Bu məqsədlə Çin Xalq Respublikasından Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. Tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.

Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.

Cümə axşamı, 05 Dekabr 2019 11:47

Rusiya Azərbaycandan pomidor almayacaq

Rusiya bir neçə aydan sonra idxala qadağa qoyacaq!

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, son 5 il ərzində ölkənin min hektarlarla ərazisində istixanalar salınıb və burada yetişdirilən tərəvəzin həcmi 65 faiz artıb. Bu il istixanalardan rekord səviyyədə - 1,2 milyon ton məhsul əldə ediləcəyi gözlənilir. Yəni bu rəqəm 2018-ci ildə olduğundan 20 faiz çoxdur.

Beləliklə, Rusiya Federasiyası 2020-ci ilin aprelindən etibarən ölkəyə dövlət sifarişi ilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır.

Bu xəbər Azərbaycanın aqrar sektorunda ən gəlirli sahə hesab olunan tərəvəzçiliklə məğul olan fermerlər üçün olduqca məyusedicidir. Çünki son illər böyük investisiya yatırılan, ən müasir xarici texnologiyalarla təchiz olunmuş istixana təsərrüfatlarının cəmi bir böyük bazarı var - Rusiya! Bakıda və Azərbaycanın bir neçə rayonundakı istixanalarda istehsal olunan kənd təsərrüfatı məhsulları bütün mövsümlərdə qonşu ölkənin bazarlarına daşınır. Yerli bazar bu məhsulları realizə etmək gücündə deyil, həm qiymətləri, həm də istehsal həcmi kifayət qədər yüksəkdir.

Qonşu ölkələr də bu sahədə Azərbaycan sahibkarlarına ciddi rəqibdirlər. Onlar böyük istehsal gücünə sahibdirlər və əldə etdikləri məhsulların əsas satış bazarı Rusiyadadır.

Cümə axşamı, 05 Dekabr 2019 11:30

İmam Həsən Əskərinin (ə) məşhur duası

İmam Həsən Əskərinin (ə) Həzrət Sahibəz-Zamana (ə.c.) salavat və duası

اللّهُمَّ صَلِّ عَلى وَلِيِّكَ وَابنِ أولِيائِكَ الَّذينَ فَرَضتَ طاعَتَهُم، وأوجَبتَ حَقَّهُم، وأذهَبتَ عَنهُمُ الرِّجسَ وطَهَّرتَهُم تَطهيرًا. اللّهُمَّ انتَصِر بِهِ لِدينِكَ، وَانصُر بِهِ أولِياءَكَ وأولِياءَهُ وشيعَتَهُ وأنصارَهُ وَاجعَلنا مِنهُم. اللّهُمَّ أعِذهُ مِن شَرِّ كُلِّ باغٍ وطاغٍ ومِن شَرِّ جَميعِ خَلقِكَ، وَاحفَظهُ مِن بَينِ يَدَيهِ ومِن خَلفِهِ وعَن يَمينِهِ وعَن شِمالِهِ، وَاحرُسهُ وامنَعهُ أن يوصَلَ إلَيهِ بِسوءٍ، وَاحفَظ فيهِ رَسولَكَ وآلَ رَسولِكَ، وأظهِر بِهِ العَدلَ وأيِّدهُ بِالنَّصرِ، وَانصُر ناصِريهِ، وَاخذُل خاذِليهِ، وَاقصِم بِهِ جَبابِرَةَ الكَفَرَةِ، وَاقتُل بِهِ الكُفّارَ وَالمُنافِقينَ وجَميعَ المُلحِدينَ، حَيثُ كانوا وأينَ كانوا مِن مَشارِقِ الأَرضِ ومَغارِبِها وبَرِّها وبَحرِها، وَاملَأ بِهِ الأَرضَ عَدلاً، وأظهِر بِهِ دينَ نَبِيِّكَ عَلَيهِ وآلِهِ السَّلامُ، وَاجعَلنِي اللّهُمَّ مِن أنصارِهِ وأعوانِهِ وأتباعِهِ وشيعَتِهِ، وأرِني في آلِ مُحَمَّدٍ ما يَأمُلونَ وفي عَدُوِّهِم مايَحذَرونَ، إلهَ الحَقِّ آمينَ.

“İlahi, Öz vəlinə və övliyalarının övladına salavat göndər ki, Özün onlara itaəti və onların haqqını vacib sanmısan, onlardan çirkinlikləri uzaqlaşdırıb, pak-pakizə etmisən!

İlahi, onu dininin himayədarı et, həm Özünə, həm də onun dostlarına, şiə və tərəfdarlarına yardımçı ol və bizi də onlara qoş!

İlahi, onu hər bir zülmkar və tüğyançının, bütün yaranmışların şərindən Öz pənahında saxla, onu ön və arxadan, sağ və soldan qoru, ona pisliyi yaxın qoyma, onu qorumaqla Peyğəmbəri və xanədanını qoru, onun əli ilə ədaləti aşkar et, ona və dostlarına yardımçı ol, onu tək və köməksiz qoyanları tək və köməksiz qoy, onun əli ilə küfrün hamilərini məhv et, kafirləri, münafiqləri, dinsizləri hər nə qədər və harada olsalar – dünyanın şərqində, qərbində, quruda və suda hamısını öldür, onun vasitəsilə yer üzünü ədalətlə doldur və Peyğəmbərin (ona və Əhli-beytinə salam olsun) dinini rövnəqləndir!

İlahi, bizi də onun dostları, köməkçiləri, ardıcılları və şiələri sırasına qat, məni Muhəmmədin xanədanının amal və arzularına çatacağı günü görmək üçün diri saxla və düşmənlərini qorxduğu bəlaya düçar et! Amin, ey haqq məbud!" ("Misbahul-mutəhəccid", səh.409; "Cəmalul-usbu", səh.300.)

10 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net