Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

Polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb.

Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.(report.az)

Şənbə, 14 Dekabr 2019 01:15

Yeməklər arasında 10 saat fasilə verin

Səhər və axşam yeməyi arasında 10 saat fasilə verin – Sağlamlığın yeni düsturu

Səhər yeməyi ilə axşam arasında 10 saatlıq fasilə vermək diabet, ürək-damar, maddələr mübadiləsi pozulmalarının qarşısını alır.

Xüsusən maddələr mübadiləsi zəif olanlar və preddiabet, şəkər ərəfəsində olanlar bu rejimdə qidalanmaya keçməlidirlər.

Kaliforniya və Solka Universitetinin tədqiqat qrupu pilot araşdırmalarının nəticələrini dərc ediblər.
Tədqiqatda 19 pasiyent iştirak edib. Onlar diabet xəstəliyi ərəfəsində idilər.

Metobolik sindromdan əziyyət çəkən bu insanlardan tələb olunur ki, 12 həftə ərzində səhər yeməyi ilə axşam naharı arasındakı intervalı 10 saata çatdırsınlar.

Bununla belə pasiyentlərə icazə verilmişdi ki, səhər yeməyi saatını özləri seçsin. Bir neçə nəfərt gec oyanıb gec səhər yeməyi yemişdi, digərləri tezdən.
Amma hər iki halda sonrakı yemək 10 saat sonra olmalıydı.

Digər 5 nəfər isə adət etdikləri rejimdə, istədikləri qədər və saatda yemək qəbul etməkdə sərbəst qaldılar.
Nəticədə sutkada 12 saatdan çox qidasız qalan iştirakçılarda çəki 3% azaldı, xüsusən bel piylənməsində azalma oldu və yuxuları normallaşdı.

Digər müsət dəyişikliklərdən: təzyiqin düşməsi, qanda xolesterinin azalması, aclıq şəkərinin düşməsi, əhvalın yaxşılaşması, qəbul etdikləri dərmanlarının dozasının azaldılması baş verdi.

Alimlər hesab edir ki, bu tədqiqat daha çox sayda xəstə üzərində geniş araşdırılmalıdır. Bu qaydada qidalanma hər bir insan üçün əlçatandır və çətinlik yaratmır.(medicina.az)

Şənbə, 14 Dekabr 2019 00:55

200 il yaşamağın sirri çözüldü

200 il yaşamağın sirrini kəşf edən 83 yaşlı dağıstanlı kişinin Möcüzəsi – Səudiyyə kralının bacısını öz metodu ilə sağaldıb

Dağıstanlı Payzulla İsayev Rusiya və Dağıstanda "İnsan uzun ömür üçün yaradılıb" kitabları ilə tanınan, tibbi məsləhətçi, mühəndis, sağlam və uzun ömrün eliksirini kəşf edən məşhur insanlardan biridir.

Hazırda 83 yaşı olan Payzulla kişi 200 il yaşamağı qarşısına məqsəd qoyub. O, çox yaxşı fiziki formadadır, hər gün idman edir, kitablar yazır, çəkilişlərə gedir, yaxşı eşidir, aydın danışır, gözləri 100% görür, sonuncu övladı 68 yaşında olanda doğulub. 11 dəfə Həcc ziyarətində olub və hər il də getməyə hazırlaşır.

Gəncliyində robottexnika mühəndisi olan Payzulla 20 ildir uzun ömrün sirlərini araşdırıb, müxtəlif formullar kəşf edib və insanı 200 il yaşadacaq çörək və suyun reseptini hazırlayıb.

Hazırda o, Dağıstan prezidentinə, Rusiya Prezidenti Putinə müraciət ünvanlayaraq, onun kəşfi olan icadları patentləşdirib, bütün ölkə üzrə tətbiq etməyə dəstək istəyir. O, ölkə əhalisinin sağlamlığını təmin edəcəyinə söz verir.
Hələ ki, icadlarını özünün və ətrafının, eləcə də onun yolu ilə getmək istəyənlərin üzərində tətbiq edən Payzullanın maraqlı açıqlama və reseptlərini təqdim edirik.

Hər şey Payzulla kişinin 20 il əvvəl ağır xəstələnməsi və həkimlərin ona kömək edə bilməməsindən sonra başladı. 1 il dərman qəbulundan sonra öləcəyini anlayan dağıstanlı kişi özü-özünə kömək etməyə, dərmansız, təbii metodlar, xüsusən çörək və suyunu dəyişməklə müalicəyə başladı.

Həmin vaxtdan tibbi öyrənməyə başladı. Özü də dəqiq mexanika və optika üzrə mütəxəssis olduğundan kimya, biologiya, fiziki-kimyəvi prosesləri öyrənmək, başa düşmək onun üçün çətin olmadı. Bu vaxta qədər bir çox tibbi dərslikləri, professorların kitablarını oxuyaraq konkret nəticələrə gəlib çıxır.

Səudiyyə kralının bacısını öz metodu ilə müalicə edən Payzullaya kral kitab nəşr etməyi tapşırır və bunun üçün vəsait ayırır. Payzulla kitablarını yazır, o kitablar rus və ərəb dilində çap olunub.

"Allah bizi elə hüceyrələrlə, elə sistemlərlə yaradıb ki, onlar uzun ömürlüdür, 100 il belə azdır. Bu elmdir, mən istənilən alimlə mübahisə edib, molekulyar hüceyrə səviyyədə metodlarımı isbat edə bilərəm ki, insanın ömrü bu qədər qısa olmamalıdır".

Qlütensiz və mayasız təmiz Çörək

Payzulla İsayev hesab edir ki, indiki çörək, un və bundan bişirilən məmulatlar insan hüceyrəsi üçün uyğun deyil. Eləcə də içdiyimiz su bizim hüceyrələri təmin etmir. Ona görə bütün hüceyrələr tələf olur, tez qocalır, 200 il ömür sürəcəyi halda, cəmi 50-60 il fəaliyyət göstərir. Bu, isə insan yarananda onun proqramlaşmasına uyğun deyil.

Xüsusi reseptlə bişirdiyi çörəyə o adi çörək yox, dərman deyir.
Yüksək keyfiyyətli buğdanı xüsusi mühitdə o qədər saxlayır ki, onda olan qlüten və nişasta tamam yuyulub gedir. Yalnız bundan sonra həmin buğdadan un hazırlayıb, çörək bişirir.

Dondurulmuş su

İçdiyi suyun resepti də fərlqlidir. Təmiz içməli suyu o əvvəlcə soyuducuda dondurub buza çevirir. Sonra buzun üzərində yaranmış ağ ərp qatını yığır, hesab edir ki, bu zəhərdir, sudakı toksinlərdir. Daha sonra qalan buzu qabda əridir və ordan süzülüb gələn suyu içir.

Payzulla deyir ki, orqanizmdə ən dərində gedən həyati vacib proseslər, hüceyrələrin yenilənməsi, yaşaması üçün birinci yerdə su dayanır. Hidroliz prosesində olduğu kimi susuz bölünmə və parçalanma yoxdur.İçdiyimiz su isə bu proseslərə təsir etmir.

İdmanı

Hər gün səhər dəniz kənarında 1 saat gəzir, qaçır, eləcə də onurğa, boyun, bütün bədəni sağa-sola dairəvi hərəkətlərlə idman edir. Bu qan dövranını yaxşılaşdırır. Bir hərəkəti 100 dəfə edir. Gözlər üçün: bir gözünü bağlayır, digər gözü ilə çox uzaqda bir nöqtəyə baxır, daha sonra digər gözünü bağlayır.(medicina.az)

Şənbə, 14 Dekabr 2019 00:46

Rövnəq Abdullayevə yeni vəzifə verildi

Prezident İlham Əliyev "Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Sərəncamla Dövlət Komissiyasına tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

2 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net