Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Çərşənbə axşamı, 25 Oktyabr 2016 12:04

Bu maşının bir günlük icarəsi 2 min manatdır- VİDEO

“Rolls-Royce” 2 min manat, “Ferrari” 1500 manat, “Galenvagen” 1000 manat və sair. Əslində rəqəmləri düz eşitdiniz. Amma bu, onların sadəcə bir günlük icarə haqqıdır. Bu cür lüks avtomobillərin özü kimi, elə bir günlük icarə qiymətləri də göz qamaşdırır.

Avtomobil icarəsi sahəsində çalışan Kamran Rzazadə deyir ki, avtomobilin dəyərindən, istehsal ilindən asılı olaraq, bu qiymətlər, hətta daha yüksək ola bilər.

Qiymətləri isə şirkətlər özləri müəyyənləşdirir. Doğrudur, ümumi bir düstur var. Avtomobilin mövcud dəyəri 3 ilin aylarının sayına bölünür və günlük kirayə haqqı çıxarılır. Məsələn, əgər avtomobilin dəyəri 150 min manatdırsa, onun bölürük 36-ya. Bir günü təxminən 4 min manata düşür. Avtomobilin dəyəri isə modelinə və istehsal müddətinə görə dəyişir. Amma bu da şablon qiymət deyil, qiymətin artmasına, yaxud azalmasına təsir edən məqamlar var.

Bu faktorlar avtomobilin icarə qiymətinə, adətən, 400-500 manat təsir edir.

Əgər sürücü avtomobili bir gün yox, bir neçə günlük istəyirsə və şəhər daxilində sürəcəksə, ona müəyyən güzəştlər ola bilər.

Lüks avtomobillərin icarəyə verilməsinin şərtləri nisbətən ucuz avtomobillərlə müqayisədə ağırdır. Belə ki, şirkətlər onu sürücünün özünün idarə etməsinə elə də müsbət yanaşmır. Çünki bu avtomobillərin detalları da çox bahadır.

Bu sahədə çalışanların sözlərinə görə, lüks avtomobil müştərilərinin çoxu məhz qısa müddətə və özləri idarə etmək üçün onlara müraciət edir.

Bu zaman isə onların sürücülük keyfiyyətləri və təcrübəsi hökmən nəzərə alınır.(xezertv)

Çərşənbə axşamı, 25 Oktyabr 2016 11:51

Almaniyada azərbaycanlı atanın qızları əlindən alındı

Almaniyanın Keln şəhərində azərbaycanlı Davud Əliyevin iki doğma qızını əlindən alıblar.

Üç il bundan öncə gənclərlə iş üzrə yerli təşkilatın təşəbbüsü ilə 10 yaşlı Armanda və 8 yaşlı Tamillan atalarından alınaraq həmin strukturun düşərgəsinə yerləşdirilib.

40 yaşı Davud Əliyev mühacirlər düşərgəsində mühafizəçi işləyir. Arvadı ilə ayrılmaq qərarına gəldikdən sonra qızlar anaları ilə yaşayırdılar.

“Qızlarımı qaytarmaq üçün məhkəməyə müraciət etdim və məhkəmə prosesində uddum, – Əliyevin sözlərini “Anadolu” agentliyi sitat gətirib. – Bütün bəlalar da məhz bundan sonra başladı”.

Qızlara baxmaq üçün Davuda anası yardım edirdi. Ailə Vyanaya istirahətə getdiyi üçün Armanda və Tamillan bir neçə günlük dərslərə getməyiblər. Sabiq həyat yoldaşı bundan şikayət etmək üçün səbəb kimi istifadə edib.

“Gənclərlə iş üzrə təşkilatın nümayəndələri məktəbə bir neçə gün getməməyi və uydurulmuş ittihamlardan istifadə edərək qızları məndən aldılar, – Davud Əliyev deyib. – Həmin an biz haqlarımızı bilmirdik. Üç ildir məhkəmələri gəzirəm və yalnız bu yaxınlarda mənə qızlarımı görməyə icazə veriblər”.

O, qızları ilə ayda iki dəfə görüşə bilər. Görüşlərin birində qızlarının xaç vurduqlarını görüb, bununla bağlı sual verdikdə isə düşərgədə onlara xristianlığın təbliğ edildiyini öyrənərək şok olub.

“Onları kilsəyə aparırlar. Onlar İsaya inandıqlarını deyirlər”, – Davud Əliyev deyib.

Qızların nənəsi Tamara Əliyeva nəvələri ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyib, çünki qızlar nə Azərbaycan, nə də türk dilində danışa bilirlər, qadın isə alman dilini bilmir.

“Biz gənclər təşkilatının nümayənədlərinə qızların müsəlman olduğunu dedik, eləcə də onlara doğma Azərbaycan və ya türk dilinin öyrətmələrini xahiş etdik, – Tamara Əliyeva deyib. – Amma onlar nəvələrimə yalnız ingilis və alman dilini öyrədirlər mən artıq onlarla ünsiyyət qura bilmirəm. Bundan başqa onlara batsitliyi (protestant xristianlığın bir qoludur) təbliğ edirlər, bu bizi çox kədərləndirir. Bizə yardım edin. Bunun öhdəsindən gəlməyə gücümüz yetmir”.

“Qızlarım görüşlər zamanı məndən onları nə zaman evə aparacağımı soruşurlar, amma onlara nə cavab verəcəyimi bilmirəm…”, – Armanda və Tamillanın atası deyib.

Türk KİV-i qeyd edir ki, hər gün Almaniyada 250 uşaq yoxa çıxır, 50 min uşaq hami ailələrdə yaşayır. Bununla yanaşı, 5 min türk uşaq ailəsindən alınıb, belə ki, alman qanunları yetkinlik yaşına çatmayan uşaqların ailədən alınmasına imkan verir.(haqqin.az)

Çərşənbə axşamı, 25 Oktyabr 2016 11:16

Yol polisi bir sürücünün öhdəsindən gələ bilmir - VİDEO

Qayda pozan sürücünü məsuliyyətə cəlb etməmək üçün yol polisi hər dəfə bir bəhanə edir.

Avtosfer.az-ın daimi oxucularından biri yol hərəkəti qaydalarını pozaraq ona qəza şəraitin yaradan sürücünün cəzalandırılması üçün yol polisinə müraciət edib. Lakin yol polisi bir neçə aydır həmin sürücünü tapmaq əvəzinə şikayətçiyə bəhanələr danışmaqla məşğuldur. Söhbət Qazax rayon Dövlət Yol Polisi Bölməsindən gedir.

Müraciəti olduğu kimi təqdim edirik: «İdarə etdiyim avtomobillə 07.07.2016 tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 471-ci kilometrində (Qazax rayonu, Dağ Kəsəmən kəndindən keçən hissəsində) hərəkətdə olarkən qarşıdan gələn 35-BG-933 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxıb axına qarşı hərəkət edirdi. Görüntülər avtomobilimdəki videoqeydiyyat qurğusuna qeyd olunub.

Bununla əlaqədər yol polisinə müraciət etdim və görüntüləri də təqdim etdim. Xahiş etdim ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə icraata başlayıb xəta törədən sürücünü məsuliyyətə cəlb edib protokol tərtib etsinlər. Müraciətimə baxmayaraq dəfələrlə yol polisindən müxtəlif bəhanələr gətirdilər. Gaş dedilər, araşdırma gedir, gah dedilər, tapa bilmirik. Nəhayət, Qazax Rayon DYPB-nin rəisi Eldəniz müəllim mənə bildirir ki, sizin kamera əsasında sürücüyə cərimə yaza bilmərik. Mən ərizəmdə də bildirmişəm ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsini rəhbər tutaraq həmin şəxs barəsində protokol tərtib edəsiniz.

Qeyd etdiyim maddədə yazılıb ki, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar, inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına əsasdır. Buradan görünür ki, Eldəniz müəllim qanunvericiliyin bu hissəsini əsassız sayır. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında deyir ki, "Ölkədə ictimai nəzarət olmalıdır". Prezidentin çıxışından sonra ictimai nəzarət güclənir, ancaq ictimaiyyətin müraciətini saymayanlar da var". 

Çərşənbə axşamı, 25 Oktyabr 2016 10:53

Antalyada güclü partlayış baş verib-VİDEO

Türkiyənin Antalya vilayətində güclü partlayış baş verib.

Ticarət və Sənaye Palatasının binasında baş verən partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Partlayış nəticəsində Palatanın binası və yaxınlıqdakı digər binalara ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən gün Türkiyə təhlükəsizlik qüvvələri iki PKK-lı gənci tutmuşdular. Bu gənclər PKK terror təşkilatından Türkiyədəki böyük icarət mərkəzlərini partlatmaq əmri almışdı.

5abcb20216192172d5643d2091e11fa1

57b5dc02fbb07f8f9c3e38370ccde9ae

 265959c67d153dedc12933fdc38a3632

 d1d5f28c077d5beb50982b31ef5d0a47

580efec00f2544379c1fcf3b

580efec10f2544379c1fcf48

 

580eff9818c7732164e901db

 580effde18c7732164e901e3

Top
JoomlaLock.com All4Share.net