Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.

"Turan" xəbər verir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər ("TPDN", "Oyuncaq Dünyası", "H2A Studio", "Dinamo-Qarabağ" və "The Toy Story") eyni ünvanda qeydiyyata alınıb.

Aynur Alışanovanın atası AzTV-nin sabiq sədri Arif Alışanovdur.

ABŞ Senatı qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ABŞ senatı 1915-ci ildə Türkiyədə baş verən olayları "erməni soyqırımı" kimi tanıdı.

Qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim edib.

Ermənistanin xarici işlər naziri Zoqrab Mnatsakanyan bu qərarı "həlledici addım" adlandırıb. XİN rəhbəri senator Robert Menendesə, Ted Kruza və ABŞ Senatına təşəkkür edib.

Rəsmi Türkiyə məsələyə sərt reaksiya verib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Tarixi siyasi məqsədləri üçün istifadə edənlər gerçəklərlə üzləşmək istəməyən qorxaqlardır" deyərək ABŞ senatının qərarını pisləyib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun icraatında keçiriləcək. Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvar ayının 7-ə təyin edilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək.

Səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər.

Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular.
Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik:
- Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir
- Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir
- Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi
- Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi
- Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini
- Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini
- Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi
- Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru
- Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi
- Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub.(yeniavaz.com)

3 -dən səhifə 1515
Top
JoomlaLock.com All4Share.net