Print this page

"Elmar ŞƏHİD olub və bununla fəxr edirik"
Featured

03 May 2017
Bu gün daha bir Şəhid əsgərimiz Elmar İlham oğlu Məmmədovun yaşadığı Bakı şəhəri Ramana kəndində il mərasimi keçirilib.
Şəhid əsgərimizin valideynləri Elmarın Şəhid olması haqda öz təssüratlarını danışıblar. 
Şəhid əsgərimizin atası İlham Məmmədov:
 
“Elmar mayın 1-də Şəhid oldu, mayın 2-də isə onu dəfn etdik. Onu deyim ki, mayın 1-də ailəmlə birlikdə Elmarı ziyarətə getmişdik. Gündüz saat 12-də Elmarın yanında olduq. Axşam saat 19:00-dan sonra Elmarın Şəhid xəbərini aldıq. Elmarsız çox çətindi. Hər bir valideyn üçün övlad itkisi çətindi. Düzdü, Elmar Şəhid olub və bununla fəxr edirik. Amma bir ildir ki, bizim günümüz gün olmadı. İstədiyimiz kimi gülə bilmədik. Elmardan sonra əməliyyat keçirdim. Gözlərim də zəiflədi. Çox çətindi. Elmardan sonra bizim ailəyə diqqət göstərən sizin kimi media nümayəndələridi, sadə vətəndaşlardı Şəhid ailələridi. Bizə İrandan da baş sağlığı yazırlar. Hamınıza minnətdaram. Elmar aprel döyüşlərinin iştirakçısıdı. Elmarın vəzifəsi baş tuşlayıcı idi. Amma aprel döyüşlərindən sonra Elmar Şəhid oldu”. 
Şəhidimizin anası Minarə xanım:
“Nə bilim və nə danışım. Allah hamıya can sağlığı versin. Bu il mərasiminə gələn insanlara qonşularıma, Elmarın yoldaşlarına təşəkkür edirəm. Yaxşı ki, millətim var, bu insanlar var, sənin kimi insanlar var fəxrimizsiniz sizinlə fəxr edirəm. Siz dəstək olmasaydınız biz bu çətin yükü qaldıra bilməzdik. Hamıdan razıyam. Başqa nə deyim. Bir il elə bil dünən idi, hər gün eyni idi. Dünən Elmarın yanında olduğumuz gün idi. Çox çətin oldu. Ayaq üstə durmağa çalışıram, amma görürəm ki, bu yük çiynimdədi. Elmarımla fəxr edirəm, qəhrəman balamla fəxr edirəm”.
 
Şəhidimiz Məmmədov Elmar İlham oğlu 1996-cı il avqustun 18-də Göyçayda anadan olub. Sonra isə ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçərək orada yaşamağa başlayıb. Şəhidimiz Qaraçuxurdakı 146 saylı orta məktəbdə sonra isə Sabunçu qəsəbəsindəki 67 saylı orta məktəbdə təhsil alıb. Şəhid əsgərimiz Razin qəsəbəsində yerləşən 1 saylı liseydə neft operatoru üzrə təhsil alıb. 2015-ci ilin iyulun 15-də hərbi xidmətə yollanıb. Şəhid əsgərimiz 2016-cı ilin may ayının 1-də qəhrəmancasına Şəhid olub.(moderator.az)
 
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!