Onlar da 14 fevralda doğulmuşdu-VİDEO
Featured

14 Fevral 2018

Fevralın 14-ü şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyevin doğum gündür. 

Şəhid təyyarəçi baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1968-ci il fevralın 14-də Nehrəm kəndində doğulub. 1985-ci ildə Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alıb. Təhsilini başa vuran Yusif Vətənin dar günündə vətəni Azərbaycana dönərək, doğulduğu Naxçıvan torpağında xidmət etməyə başlamışdır. 

Картинки по запросу Şəhid təyyarəçi baş leytenant Yusif Yaqub oğlu Vəliyev

Yusif Vəliyev

1992-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümunəsi göstərən Vəliyev Yusif Yaqub oğlu 1992-ci ilin mayın 12-də Şəhadətə qovuşub.

Şəhidimizin Nehrəm kəndində Şəhidlər Xiyabanında büstü ucaldılıb.

Bu gün eyni zamanda aprel döyüşlərində Şəhid olan Nurlan Rasim oğlu Abdullazadənin doğum günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan 14 fevral 1994-c ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. O, 2016-cı ildə aprelin 2-də döyüş zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Похожее изображение

Nurlan Abdullazadə

Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salınıb.  

Qeyd edək ki, Nurlan Abdullazadənin məzarına Zərdab rayonunun icra başçısı Lütfəli Babayevin etdiyi hörmətsizlik ölkədə böyük narazılığa səbəb oldu. Şərlənərək həbs edilən jurnalist Mehman Hüseynov həbsindən öncə Zərdab rayonunun Böyük Dəkkə kəndinə üz tutub və ailə ilə görüşüb baş verənləri ictimailəşdirmişdi. Aşağıda təqdim etdiyimiz linkdə baş verənləri izləyə bilərsiz:

Top
JoomlaLock.com All4Share.net