Örənqala qəhrəmanı -Nazim Quliyev
Featured

07 Fevral 2020

Vetenugrunda.az Milli Qəhrəman Quliyev Nazim Qabil oğlunu bu gün oxucularına xatırladacaq. 

Şəhid Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olub.

1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarına hücumu zamanı o, könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır.

Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini xilas edir.  O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində gedən döyüşlərdə iştirak edir.

9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda gedən şiddətli döyüşlərdə 7 əsgərimiz mühasirədə qalır. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 24 yaşında Şəhadət zirvəsinə ucalır. 

Füzuli rayonunda dəfn edilir. 

Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. 

Yuxarı Yağləvənd və Örənqala məktəbləri onun adını daşıyır.

Ruhu şad olsun!

Top
JoomlaLock.com All4Share.net