Gürcüstan parlamenti Əfqan Muxtarlıya azadlıq istədi-FOTO
Featured

06 İyun 2017

Bir ilə yaxın müddətdə Gürcüstanda yaşayan jurnalistimiz, Qarabağ döyüşlərinin veteranı Əfqan Muxtarlını mayın 29-da Tbilisidə oğurlayıb, başına torba keçirib, cibinə pul atıb Azərbaycana gətiriblər. 

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, onun Gürcüstanda oğurlanması böyük səs-küyə səbəb olub. Hətta Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu olaya münasibət bildirərkən deyib ki, jurnalist Əfqan Muxtarlının itməsi məsələsinə görə ölkəsinin beynəlxalq imici zərər çəkir: "Bir neçə gün əvvəl Tbilisidə adam itib və Bakıda peyda olub. Bütün ictimaiyyət belə hadisənin necə baş verə biləcəyi barədə düşünür. Bu, uşağa sehr göstərmək kimidir".

Bu gün isə gürcüstanlı jurnalistlər Gürcüstan parlamentində bu olaya etiraz ediblər. Onlar başlarına qara torba keçirib, "Əfqan Muxtarlıya azadlıq" istəyiblər.

Top
JoomlaLock.com All4Share.net