“Dünya Yəhudi Konfransı yardımlardan toplanan 7 milyardlıq sərvətə sahibdir”

19 Oktyabr 2016 Author :  

Bu video Kanadanın məşhur Vaterloo Universitetində mühazirə zamanı çəkilib. Vidoe tanınmış filosof Norman Finkelstein yəhudi qızına verdiyi cavabla məşhurlaşıb. Belə ki, N. Finkelsteinin mühazirəsi zamanı ağlayaraq yəhudi soyqırımından danışan yəhudi qızına professor möhtəşəm cavab verir: “Timsahın göz yaşlarına inanmıram”.

Qeyd edək ki, amerikalı məşhur politoloq, professor Norman Finkelstein İsrail-Fələstin problemləri üzrə alimdir. 

SUNY Binghamton məzunu, Princeton Universitetinin politologiya üzrə doktorantı, Rutgers Universitetinin, Nyu- York Universitetinin və DePaul Universitetinin müəllimi olan professorun ana babası İkinci Dünya müharibəsində Varşavada yaşayıb və yəhudi soyqırımının şahidi olub. 

Finkelstein yəhudi ailəsində doğulub. Atası faşistlərin zülmündən qaçaraq xilas olub. Amma bütün bunlara baxmayaraq o, Holokostu müdafiə etmir. Norman Finkelstein yəhudi olsa da İsrailin Fələstinə qarşı apardığı amansız siyasəti daim tənqid edir. 

Norman Finkelsteinin yəhudi soyqırımı haqqında dediyi bu sözlər çox məşhurdur: “Soyqırım yaşadığını iddia edənlərin çoxu yalançıdır. Əslində, yəhudi soyqırımı yəhudilər tərəfindən gəlir əldə etmək üçün icad edilib. Sionistlərin “soyqırım” iddiası “soyqırım sənayesi”dir”.

Dünyada yəhudi soyqırımını anladan ən güclü roman kimi məşhurlaşan “Gecə” əsərinin müəllifi Elie Vieseli isə Norman Finkelstein belə təqdim edir: “Nobel mükafatı almış Elie Viesel əslində pul qazanmaq üçün soyqırımı müqəddəsləşdirən fırıldaqçıdır. Bu məşhur fırıldaqçının “Gecə” romanındakı insan hekayələri o qədər ziddiyyətlidir ki, yalan olduğu o anda hiss edilir. Elə bu yalanlardan qazandığı milyonların hesabına yazıçı Viesel limuzinlərdə gəzir”.

Daha sonra Beynəlxalq Soyqırım Komissiyasının rəhbəri Lavrense Fagleburgeri tənqid edən professor deyir: “Lavrensenin bir illik gəliri 300 min dollardan çoxdur və bu soyqırım qurbanlarına ödənən pullardan əldə edilir. Dünya Yəhudi Konfransı bu təzminatlardan və edilən saysız-hesabsız yardımlardan toplanan 7 milyardlıq sərvətə sahibdir”.

N.Finkelstein 150 səhifəlik “Holkost sənayesi” adlı kitabı dünyanın onlarla dilinə tərçümə edilib və uzun müzakirələrə səbəb olub.

Top
JoomlaLock.com All4Share.net