Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü oldu.

Repressiya və İşgəncələr Əleyhinə Komitə (RİƏK) bu Musavat Partiyasının qərərgahında növbəti tədbirini keçirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbirdə partiya sədrləri, media işçiləri, ölkənin siyasi-ictimai fəalları, repressiya və işgəncələrə məruz qalan vətəndaşlar və onların yaxınları iştirak edib.

RİƏK-in kordinatoru Namizəd Səfərovun apardığı tədbirdə Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri Əli Kərimli, Müsavat Partiyasının sədri Arif Hacılı, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, keçmiş siyasi məhbus Seymur Həzi, hüquq müdafiəçisi Əlövsət Sadıqlı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və digərləri çıxış edib.

Çıxış edənlər son dövlər ölkədə repressiya və işgəncələrin daha şiddətli və daha geniş vüsət aldığını bildiriblər. 

Tədbirin sonunda RİƏK-in bəyanatı səslənib. 

Bu qida ağciyər xərçənginə səbəb olan xərçəng hüceyrələrinin 86% -ni öldürür. Ləzzətli və sağlamlıq mənbəyi kimi tanınan qarağat son illər bütün dünyada xərçəngə qarşı vasitəsi kimi məşhurlaşıb. Qarağatın bir çox xəstəliyi müalicə etdiyi sübut edilib.

-Olduqca kövrək olan bu giləmeyvə Mərkəzi və Cənubi Amerikada yetişir. Bəzi meyvələrdə yüksək dərəcədə təbii şəkər var. Qarağatda isə digər meyvələrə nisbətən daha az şəkər var.

-Bu giləmeyvədə olan antioksidantlar xərçəngin qarşısını alır. Xüsusilə qan xərçəngi hüceyrələrini məhv edir. Araşdırmalara görə, ağciyər xərçəngi hüceyrələrinin 86 faizi uğurla məhv edilə bilir.

-İştahı azaltdığı üçün arıqlamaöa da kömək edir.

-Qarağat aclıq şəkərini və qlükozanı tarazlama funksiyasını da həyata keçirir.

Unutmayın ki, qeyri-üzvi qida məhsullarında kimyəvi maddələrin yüksək bir hissəsi var. Buna görə mövsümün tərəvəz və meyvələrini istehlak etmək yaxşıdır.Bundan əlavə unlu və şəkərli qidalardan uzaq durmaq, həftədə yarım kilodan çox olmayaraq ət istehlakı əsas həyat prinsipi olmalıdır. (bakupost)

Cümə axşamı, 21 Noyabr 2019 11:10

Mövlud Çavuşoğlu ilə Mayk Pompeo görüşüb

Brüsseldə keçirilən NATO ölkələrinin XİN başçılarının iclası çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.

Çavuşoğlu və Pompeo görüşlə bağlı Tvitter hesablarından paylaşım etsələr də NATO qərargahında keçirilən görüş mətbuata qapalı olub.

Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərindən sonrakı gündəmi müzakirə etdiklərini bildirib.

Pompeo da öz növbəsində Brüsseldə Çavuşoğlu ilə konstruktiv görüş baş tutduğunu vurğulayıb.

1 -dən səhifə 1493
Top
JoomlaLock.com All4Share.net