Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu saatlarda "Elite" ticarət mərkəzi ilə üzbəüz, maşın təmiri ilə məğul olan obyektlərdən birinin həyətindəki çayxanada olan balon qazın partlaması  2 nəfər ustanın ağır yaralanmasına səbəb olub.

Vetenugrunda.az-a bu barədə məlumat verən şahidlər hadisə nəticəsində iki ofsiantın yanaraq dünyasını dəyişdiyini deyib.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) və Təcili tibbi yardım maşınları cəlb olunub. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

FHN partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı “Zindana məktub...” layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını “Zindannamə”nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Beşinci günün məktubunu jurnalist Əfqan Sadıqova onun xanımı və həmkarı Sevinc Sadıqova ünvanlayıb.

 

Evə zəng gəldi. Əfqanla eyni korpusda olan bir məhbus zəng etmişdi. Dedim nəsə olub ki, siz zəng etmisiz Əfqan yox. Dedi bacı, narahat olma bir söz deyəcəm, bəs Əfqanı 14 günlük karsa salıblar... Çox pis oldum.

Xatırlayıram ki, havanın soyuyan vaxtları idi və səhəri gün hava çox soyuq oldu. Bilirdim ki, Əfqanın isti paltarı yox idi yanında. Səhər tezdən durdum, Əfqan üçün isti paltar götürdüm, bir az yemək və bir məktub yazdım tələsik.

17 saylı həbsxananın görüş otağına daxil oldum. Xatırlayıram görüşü yazan Nəcəf adlı bir oğlan idi. Məni görən kimi dedi: bilirsinizdə Əfqana 14 günlük kars verilib və sizə görüş verə bilmərik. Dedim ki, bilirəm narahat olmayın. Hava soyuyub, bu günsə çox soyuqdu dedim. Əfqanında isti paltarı da yoxdu yanında, bir azda yemək gətirmişəm... Çox xahiş edirəm Nəcəf müəllim, bunları Əfqana çatdırasınızmı!?

Əvvəl düşündüm ki, deyəcək ki, bacı, narahat olma niyə çatdırmıram... Amma əksi oldu, dedi: Siz Allah inciməyin mümkin deyil. Əlimi saldım gödəkçəmin cibinə, yazdığım məktubu dört qatlayıb cibimə qoymuşdum. Məktubu uzatdım Nəcəf müəllimə: Çox xaiş edirəm heç olmasa bu məktubu verərdiniz.

Yenə düşündüm ki, yəqin ki, heç olmasa məktubu alar amma çox təəsssüf, dedi ki, mümkin deyil, karsa heçnə göndərmək olmaz. Başımı qaldırdım baxdım Nəcəf müəllimin üzünə, gözlərim elə dolmuşdu ki, ağlamayım deyə özümü güclə tuturdum. Evə qayıdanda yolda o qədər ağladım ki, çox pis olmuşdum.

...Həmin məktubu hələdə saxlayıram

Əfqan salam, necəsən demiyəcəyəm, çünki necə olduğunu məndən yaxşı heç kim hiss edə bilməz. Çünki mən sənin hər ağrını, acını yanında olmasamda hiss edirəm. Mən səni həyatımdan da çox sevirəm, sənin nəinki, özünə, barmağının bir ucuna nəsə olsa dözmərəm. Mənim ən zəif və ən güclü nöqtəm sənsən. Xaiş edirəm ki, pis heçnə düşünmə. Yaxşı günləri düşün, Allaha dua et ki, pis günlərin rahat keçsin. İnanıram ki, Allah səni sağ-salamat çıxardacaq bu zindandan inşAllah, Amin!!!

Bu həftə görüşə gələcəkdim qismət- alınmadı. Amma sən karsdan çıxan kimi gələcəm yanına. Nə qədər canım sağdı, Allah mənə ömür verib səni tək qoymayacağam. Allaha əmanət ol! Möhkəm ol! Səbirli ol!

İmza: Həyat yoldaşın Sevinc

29.09.2017-ci il.””

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. OnaCM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib.

Diaspora rəhbərindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Cənab Fuad Muradova

Hörmətli Fuad bəy,

İlk öncə Sizi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə seçilməyiniz münasibətilə Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyəti adından ürəkdən təbrik edir, Sizə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Azərbaycan Respublikasının mənafeyinin beynəlxalq miqyasda qorunması işində uğurlar diləyirik.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində baş verən kadr dəyişikliyindən sonra Cəmiyyətimizlə Diasporla İş üzrə Dövlət Komitəsi arasında səmərəli və faydalı əməkdaşlığa ümid edirik. Təəssüflə bildiririk ki, Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin qara siyahısında idi və bundan dolayı daim ayrı-seçkiliyə məruz qalıb.

Bizim Cəmiyyətimiz - Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti rəsmi qeydiyyatdan keçən və Avropada fəaliyyət göstərən azərbaycanlıların qurduğu ilk təşkilatlarından biridir. Fəaliyyət göstərdiyi keçən müddət ərzində Cəmiyyətimiz bir sıra uğurlara imza atmış, Azərbaycanın Avropada tanıtmaq və Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq işində zəhmət və enerjini əsirgəməmişdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixində sərəncam imzalayıb. Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq biz də Prezidentin adı çəkilən Sərəncamından irəli gələrək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Avropanın müxtəlif şəhərlərində, xüsusən Brussel və Haaqada müəyyən tədbirlən planlamışıq.

Bununla əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən xahiı edirik ki, Cəmiyyətimizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Respublikada hazırlanmış əyani vəsaitlərlə: kitablar, bükletlər, plakatlar, broşuralar, Azərbaycan Respublikasının dövlət rəmzləri və s. təmin edəsiniz.

P.S: Bu müraciət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və eləcə də şəxsən komitənin sədri Fuad Muradova da göndərilib.

Hörmətlə,

Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital"da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.



5 -dən səhifə 975
Top
JoomlaLock.com All4Share.net