Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Çərşənbə axşamı, 15 Yanvar 2019 21:28

Azərbaycanı dünyaya tanıdan ziyalı-CƏMİL HƏSƏNLİ

Bu gün Azərbaycanın nüfuzlu ziyalısı, tarixçi, alim, ictimai-siyasi xadim, tarix elmləri doktoru -professor ,Azadlı Hərəkatının öncüllərindən olan Cəmil Həsənlinin doğum günüdür.

Cəmil Həsənli 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya gəlib.

Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, Milli Şuranın qurucu üzvlərindən biri, Azərbaycan Respublikasının əməkdar müəllimi, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru, Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı, Milli Şuranın sədri Cəmil Həsənli 1960-1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil alıb.

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirdikdən sonra Cəlilabad rayonunun Təzəkənd orta məktəbində tarix müəllimi işləyib.

Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturasını bitirdikdən sonra Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçib.

1984-cü ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında “SSRİ-Amerika münasibətləri” mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini alıb.

1990-ci ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülüb. 1992-ci ildə “Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini alıb.

1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə “Avropa və Amerika ölkələrinin müasir tarixi” kafedrası üzrə professor vəzifəsini tutub. 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur.

1998-cü ildə Cənubi İllinoys Universitetində yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak edib.

Cəmil Həsənli 1988-1991-ci illər Milli Azadlıq Hərakatının iştirakçılarından biri olub və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin də üzvü olub. AXC-nin BDU təşkilatında təmsil olunub. 1994-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olub.

Cəmil Həsənlinin "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918-1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 1920-1930-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından ox önəmlidir.

Kitab eyni zamanda Azərbaycan Respublikasının 1918-1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılıb.

1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlaylb.

C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan araşdırmalarından biri də soyuq müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlayıb. Professor Həsənlinin dərc olunan "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bir də görünməyən tarixi var idi.

Bu iri həcmli monoqrafiyalardan əlavə C.Həsənli 100-dən artıq emi məqalənin müəllifidir. Bu məqalələr Azərbaycan, rus, ingilis, türk, alman, italyan, polyak, fars, yapon, koreya dillərində nəşr olunub. Onun 2009-cu ildə Berlində nəşr olunmuş “Qara dəniz boğazları üzərində Stalinin nəzarət cəhdləri”, həmin il Romada italyan dilində nəçr olunmuş “Soyuq müharibənin Türkiyə böhranı”, 2011-ci ildə Vyanada alman dilində nəşr olunmuş “Sovet İttifaqının Yaxın Şərqdə neft uğrunda mübarizəsi” kimi məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. C. Həsənlinin araşdırmalarının əsas hədəflərindən biri XIX –XX əsrlərdə Qarabağda cərəyan edən hadisələrdir. Bu mövzuda professor Həsənlinin yazdığı məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc edilib. Bu araşdırmalarda XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı fəth etməsindən 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına qədər hadisələrin maraqlı mənzərəsi yaradılıb.

C.Həsənli Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və İranda nəşr olunmuş 27 monoqrafiyanın müəllifidir. Professor Həsənlinin 2008-ci ildə böyük marağa səbəb olmuş “Azərbaycanda milli məsələ: siyasi hakimiyyət və ziyalılar, 1954-1959” adlı monoqrafiyası nəşr edildi. Bir il sonra bu əsər rus dilində Moskvada, 2012-ci ildə isə Təbrizdə fars dilində nəşr edildi. 2009-cu ildən başlayaraq professor Həsənli üç cildlik “Azərbaycan Respublikasının diplomatiya tarixi” kitabı üzərində işə başlamışdır. Bu kitabın 1918-1920-ci illəri əhatə edən birinci cildi, 1920-1939-cu illəri əhatə edən ikinci cildi həm Azərbaycan, həm də rus dillərində Bakıda və Moskvada artıq nəşr edilmişdir. Onun Azərbaycan tarixi ilə bağlı araşdırmaları xarici nəşriyyatların diqqətini cəlb etmiş, ABŞ-ın Nyu Yorkda yerləşən böyük “Şarp” nəşriyyatı professor Həsənlinin “Foreign Policy of the Republic of Azerbaijan, 1918-1920. The Difficult Road to Western Integration. M. E. Sharpe, Armonk, New York, 2013” kitabını oxuculara təqdim etdi.

Cəmil Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov“ kitabı çapdan çıxıb və bu kitab oxucuların böyük marağına səbəb olub. Dünya tarix elminin nailiyyəti kimi qiymətləndirilən bu əsərlər artıq ABŞ, Rusiya və Türkiyənin bir sıra nüfuzlu universitetlərində tədris proqramlarına daxil edilib.

Çərşənbə axşamı, 15 Yanvar 2019 16:03

AzTV-nin sədri Arif Alışanov işdən çıxarıldı

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Onun yerinə AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədov təyin olunub.

Çərşənbə axşamı, 15 Yanvar 2019 15:51

19 yanvar mitinqinə icazə verildi

Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqə icazə verilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Coşqun Cəbrayılovun imzası ilə verilən icazə kağızında deyilir ki, 19 yanvar saat 15:00-dan 17:00-dək Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman Sağlamlıq Kompleksinin stadionunda planlaşdırdığınız mitinqin keirilməsinə etiraz etmirik.

Qeyd edək ki, aksiya Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbilə keçiriləcək. Bu barədə məlumatı MŞ sədri Cəmil Həsənli verib: "Əziz dostlar! Milli Şura Yanvar ayının 19-na mitinq qərarı vermişdir. Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir. Mitinq üçün "Məhsul" stadionunun və ya "Ulduz" metrosunun qarşısındakı meydanın ayrılması barədə Bakı Şəhər İcra hakimiyyətinə xəbərdarlıq göndərilmişdir. Milli Şuranın 19 yanvar mitinqi saat 15-dən 17-yə qədər keçiriləcəkdir. Hamını mitinqlərə dəvət edirik!"

Ilham Huseyn adlı şəxsin şəkli.

AXCP sədri Əli Kərimli Tale Bağırzadə, Abbas Hüseyn və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı son günlər daha da artan qəddarlıq haqda yazıb. AXCP sədri T.Bağırzadənin dini, siyasi görüşlərinə münasibətindən asılı olmayaraq hamını bu anti-insani hərəkətlərə etiraz etməyə, siyasi məhbuslara sahib çıxmağa çağırıram: "Vaxtilə Hüsnü Mübarəkdən İslam Kərimova qədər müsəlman dünyasının xeyli diktatoru elə hesab edirdi ki, islamçıları radikallaşdırmaq onlara əbədi hakimiyyət vəd edir. Bu gerizəkalılar dinc islamçılara olmazın əziyyətini verirdilər ki, onları radikallaşdırsınlar, sonra da dünyaya göstərsinlər ki, guya onların alternativi ancaq radikal islamçılardır.

Dünya da bunu görüb, guya bunların dünyəvi diktaturasına göz yumacaq. Nəticəsini bilirsiz. Bu oyunu oynayanların hamısı tökdükləri nahaq qanların içində boğuldular. Azərbaycan hakimiyyəti heç bir perspektiv vəd etməyən bu yola niyə sürüklənir? Tale Bağırzadə, Abbas Hüseyn və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı son günlər daha da artan qəddarlıq hansı ağlın məhsuludur?

Tale Bağırzadə özü ailəsinə zəng edərək, Abbas Hüseynin kamerasına basqın edildiyini, onun vəhşicəsinə döyülüb, başqa yerə aparıldığını görüb. Özünün qollarına qanlı qandal vurub, möhkəm sıxırlar. Qandaldakı qanın kimə məxsus olduğunu və həmin şəxsin hansısa xəstəliyi olduğunu da təbii ki, Tale bəy bilmir. Ancaq ola bilsin ki, bu yolla onu qan ilə keçən hansısa ağır xəstəliyə yoluxdurmaq istəyirlər. Daha əvvəl öz kamera yoldaşını öldürmüş bir xəstə cinayətkarı indi Tale bəyə kamera yoldaşı ediblər…

Bir sözlə, bütün bunları etməkdən ötrü əvvəla gərək insanlıqdan məhrum biri olasan. Sonra da gərək məsuliyyət hissin olmaya.
Əziz həmvətənlər, Tale bəyin dini, siyasi görüşlərinə münasibətinizdən asılı olmayaraq hamınızı bu anti-insani hərəkətlərə etiraz etməyə, siyasi məhbuslara sahib çıxmağa çağırıram. Milli Şuranın 19 yanvar mitinqi bütün bu haqsızlıqlara dinc və kütləvi etiraz etmək imkanıdır. Mitinqə hazırlaşmaq lazımdır!"

6 -dən səhifə 1241
Top
JoomlaLock.com All4Share.net