Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Çərşənbə, 21 Dekabr 2016 17:07

"İllər sonra" filminin seçim turu olacaq

"İLLƏR SONRA” adlı qısametrajlı film çəkilişinə start veririk.

Filmdə iştirak etmək üçün 25-30 yaş arası 2 xanım və 5-7 yaş arası oğlan uşağı lazımdır. Həvəskar və aktyorluq bacarığı olan xanım və oğlan uşaqları müraciət edə bilər. 

QEYD: Filmin çəkilməsində məqsəd əsasən festivala göndərilməsidir.Film istədiyimiz kimi alınsa Bakı və Gəncə şəhərində təqdimat keçiriləcək.

Film büdcəsiz çəkilir deyə aktyorlara qanarar verə bilməyəcik. Lakin qarşılığında iştirak edən şəxsin reklamı üçün əlimizdə olan imkanlar daxilində kömək edəcəyik. Müraciət edən xanımlar nəzərə almalıdır ki, filmdə hər iki xanım uşaqlı ana obrazını canlandıracaq.

"İLLƏR SONRA” qısametrajlı filmin mövzusu Gənc və uğurlu karyerası olan bir həkimin keçmişdə yaşadığı kədərli olay və illərlə onun bu hadisəni xatırlamaqdan belə çəkinməsi. Həkim səhvi, atasız qalan balaca oğlan və onun daxili əzabları...

Ssenari müəllifi: GÜLNARƏ SADİQ

Rejissor və idea müəllifi: ELVİN MİKAİL

Filmin səslədirilməsi: VÜQAR SÜBHAN (V-Records studio)

Texniki dəstək: SOLTAN ABDULLAYEV (FİNE VİSİON production) ELMAR RƏCƏBOV (PERFECT PİCTURES)

İnformasiya dəstəyi: BİBİSİ.AZ, XEBERMAN.COM

Al Jazeera və Al Jazeera Türkdə köşə yazarı olan Məhəmməd Muxtar Şankiti Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən terrorçunun ünvanına mədhiyyələr yağdırıb.

Türkiyə mediasının verdiyi xəbərə görə, Mavritaniya əsilli Al Jazeera və Al Jazeera Türkdə köşə yazarı olan Məhəmməd Muxtar Şankiti Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mert Altıntaşı "Hələb şəhidi" adlandırıb.

Özünün "tvitter" səhifəsində Altıntaşdan "günahsız türk gənc" olaraq bəhs edərək onun ünvanına mədhiyyələr yağdırıb.

Al Jazeera Türk yazar haqqında bu məlumatları paylaşıb; Məhəmməd Muxtar Şankiti Mavritaniyalı şair və siyasətçidir. Qətər İslami Araşdırmalar Fakültəsinin müəllimidir. Siyasət hüququ, siyasət tarixi və islam dünyası-Qərb əlaqələri mövzusundakı araşdırmaları ilə tanınır. "Səhabə arasındakı siyasi anlaşılmamazlıqlar", "Siyasi fətvalar" və "Şeir divanı" əsas əsərlərindəndir.

Qeyd edək ki, Türkiyədə bəzi media orqanları, qatili FETÖ-cu olaraq qələmə vermək istəyir. Ancaq bu məsələni qəbul etməyənlər də az deyil.

Rus səfirinin qatili Mövlud Mert Altıntaşın diplomatı öldürdükdən sonra "Nusra cəbhəsi"nin naşidini oxuması deyilənlərin əsassız olmasına sübut kimi göstərilir.(islamazeri.az)

Dekabr ayının 17-si ərəb KİV və sosial şəbəkələrində Hələbin şərqində NATO-nun 10 zabitinin yaxalanması barədə xəbər yayılmışdı. Məşhur iş adamı (Hələbdəki Ticarət palatasının rəhbəri) və Suriya parlamentinin üzvü Faris Şəhabi bu haqda öz feysbuk səhifəsində paylaşıb.

Əsir götürülmüş hərbi məsləhətçilər ABŞ, Fransa, Almaniya, Türkiyə, İsrail, Mərakeş, BƏƏ və Səudiyyə Ərəbistanı kimi NATO-ya üzv və ya onlarla müttəfiq dövlətlərin zabitləridir. Operativ məlumata əsasən, Suriya hərbçiləri onların son günlər gizləndiyi – şərqi Hələbdəki meydanlardan birinin zirsəmisini aşkar ediblər.

Bundan sonra onları diri halda əsir götürüblər. Deyilənə görə, NATO zabitlərini zirzəmidə olan təhlükəsizlik siqnalı ələ verib. Faris Şəhabi artıq məlum olmuş bəzi ad və soyadların siyahısını göstərir:

Moataz Uqx Lakan oğlu (Türkiyə), Devid Skott Vayner (ABŞ), David Şlomo Aram (İsrail), Məhəmməd – İslam Şeyxi (Səudiyyə Ərəbistanı), Amcad Qasim Tiraui (İordaniya), Məhəmməd Əhməd (BƏƏ), Əbdül Fəhəd Əl Xrii (BƏƏ), İslam Salim Əl Zəhran Qlen (BƏƏ), Məhəmməd Şəfi Əl İdrisi (Mərakeş).

Newsli.ru xəbər verir ki, Faris Şəhabinin fikrincə, Suriya hökuməti çox vacib bir dəlillər əldə edib, hansı ki Suriya və Rusiya hökumətlərinə imkan verir ki, NATO dövlətləri ilə danışıqları özlərinə lazım olan yöndə aparsınlar.

Digər xəbər mənbələrinin məlumatına görə, əsir düşmüş NATO zabitlərinin sayı xeyli çoxdur. Xəbər verilir ki, bir neçə xarici məsləhətçi qruplar və onları qoruyan ABŞ və digər NATO dövlətlərinin xüsusi təyinatlı hərbçiləri tutulublar. Son məlumatlara əsasən, Hələbdə əsir düşüblər: ABŞ zabitləri – 22; Britaniya zabitləri – 16; Fransa zabitləri – 21; İsrail zabitləri – 7; Türkiyə zabitləri – 62 nəfər.(truthngo.org)

"Nəinki uşağı Almaniyaya aparmağa, heç onlara çörək almağa pul tapmıram"

Bir az öncə xəbər verdiyimiz kimi, Mətbuat prospektində yerləşən "Azərbaycan Nəşriyyatı"nın giriş hissəsinin divarına "Ailə vəziyyətimlə əlaqədar böyrəyimi satıram" elan vurulub. Ad və soyadını göstərməyən vətəndaşımız elana mobil nömrəsini yazmaqla kifayətlənib. Elanın fotosunu çəkib ictimailəşdirdik, bundan sonra həmin şəxsin kimliyini və bu addımı hansı səbəblərə görə atdığını müəyyənləşdirmək üçün elandakı nömrə ilə əlaqə saxladıq.

Ad -soyadının Rəsulov Rəşad Nazim oğlu olduğunu söyləyən elan sahibi Sherg.az-a Yasamal rayonunda yaşadığını bildirdi: 
"36 yaşım var, ailəliyəm, bir oğlan, bir qız olmaqla iki övlad atasıyam. Ali təhsilim var. İlk ali təhsilimi Azərbaycan Texniki Univsersitetində, ikinci ali təhsilimi isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsində almışam. Əvvəllər 11 il Quba rayonunda orta məktəblərin birində riyaziyat müəllimi kimi fəaliyyət göstərmişəm.
Müəllimlik fəlaliyyətimlə bağlı 180-190 manat əmək haqqı alırdım. Bu maaşla ailəmi dolandıra bilmirdim. Ona görə, məktəbdən çıxdım. Bakıya köçüb, 2 il yarım tikinti şirkətlərinin birində fəhlə kimi çalışdım. Amma bir ildən çoxdur işsizəm. Fəhləlik işi də tapmıram".
İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə müraciət etdiyini söyləyən R. Rəsulov deyib ki, sözügedən qurumlardan da bir səs çıxmadı: 
"Bu nazirliklərə müraciət etdim ki, ailəm və xəstə uşağım var. Bir iş verin, işləyim. Məni məşğulluğa göndərdilər. Orada da hələ gözlə dedilər".
Övladlarının birinin gicgah nahiyəsinə maye yığıldığını söyləyən R. Rəsulov onu da əlavə edib ki, həkimlər uşağı Almaniyaya aparmağını tövsiyə edib:
"Dedilər ki, onu Azərbaycanda əməliyyat etmək təhlükəlidir. Zəmanət verə bilmərik. Ona görə ki, maye təhlükəli yerdədir. Əməliyyatdan sonra uşaq iflic ola bilər. Çox çalışdım ki, pul yığıb, övladımı Almaniyaya aparım. Vəziyyət elə gətirdi ki, iş tapa bilmədim. Nəinki uşağı Almaniyaya aparmağa, heç onlara çörək almağa pul tapmıram. Uşağın dərmanlarını almaq üçün 3600 manata qədər borc etmişəm.
 
Yoldaşımın qızıllarını satdım. Çox acınacaqlı durumdayam. Çıxış yolu kimi böyrəyimin birini satmaq qərarına gəldim. Almaniyada yaşayan tanış adam var. Onunla əlaqə saxladım. Maraqlanıb mənə bildirdi ki, həmin xəstəliyin Almaniyada müalicəsi mümkündür. Bunun üçün isə 12-15 min dollar pul lazımdır".

843 -dən səhifə 1058
Top
JoomlaLock.com All4Share.net