Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı və "Qələm" Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə "AXC-nin 100 illiyi münasibətilə əfv sərəncamından gözləntilərimiz" adlı tədbir keçirildi.

Tədbiri açan "Qələm" Yazarlar Birliyinin rəhbəri, jurnalist Qurban Cəbrayıl Şərqdə qurulan ilk demokratik Respublika - ADR-in 100 illiyi ilə əlaqədər gözlənilən əfv sərəncamı ilə bağlı təşkil edilən tədbirin önəmindən danışdı. 

Tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev cəmiyyətdə ziyalıların tutduğu əvəzolunmaz rola toxundu. O qeyd etdi ki, istənilən toplum, ziyalılara, mənəviyyat daşıyıcılarına hörmət edərsə böyük səadət və xoşbəxtçiliyə nail olar.

O, dövlət rəhbərliyinin İslamdan danışıb əməldə isə İslama qarşı göstərilən ögey münasibəti pislədi. İlham Əliyev bildirdi ki, cəmiyyət şərlənərək həbs edilən din xadimlərinin tezliklə azadlığa çıxmasını tələb edir.

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq, rejissor Eldəniz Quliyev Konstitusiyasında etiqad azadlığı olan ölkədə siyasi məhbus sayının durmadan artdığını və bu faktın dövlət adına böyük utanc sayıldığını bildirdi.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bu gün cəmiyyətimizin sağlam olması üçün çalışan insnalarımızın şərlənib uzun müddətli həbslərə salınmasının xoşagəlməz nəticələrindən danışdı: Bizim ulu babalarımız məgər bu cür cəmiyyətdən ötrümü 100 il bundan qabaq cumhuriyyəti yaratmışdılar?

Əslində insanları biganələşdirmək, onları öz həyatlarına laqeyd etmək çox təhlükəlidir. Çünki ən təhlükəli insan bitərəf insandır, bigabnə insandır. Əksinə cəmiyyətin hər bir fərdi özünü dövlətin sahibi kimi hiss etməlidir və bu yolda cəmiyyət üçün faydalı işlər görməlidir. 

Niyə babalarımız canlarından keçib bu dövləti qurdular? Qurdular ki, ədalət, rifah, azadlıqlarımız olsun! 20 faiz torpağımız işğal olunub, rifahımız aşağı səviyyədədir, azadlıqlarımız məhdudlaşıdırılıb və bütün bu neqativ təsirlərin aradan aparılmasına səy göstərən, cəmiyyətimizin sağaltmağa çalışan vətəndaşlarımız da həbsə, təqiblərə məhkum edilib.

Ramazan ayında dövlət orqanlarına səslənirik, heç bir günahı olmayan vətəndaşlarımızın azadlığını təmin etsinlər!"

Tədbirdə çıxış edən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Hilal Məmmədov əfv sərəncamının əslində böyük cinayət etmiş, qayda qanunları pozmuş, insanlara qarşı cinayət əməlləri törətmiş məhkumlara aid olduğunu dedi və bu gün şərlənərək həbs edilənlərin bu kateqoriyaların heç birinə aid olmadığını bildirdi.

Nardaran məhbusu Abbas Hüseynin anası Rəhimə Hüseynova oğlunun günahsız olduğunu, amma buna baxmayaraq zindanda insanlığa sığmayan işgəncələrə məruz qaldığını bildirib: "Allaha yalvarıram bu müqəddəs ayın xatirinə zindanda günahsız məhbuslara işgəncə verənləri də hidayət etsin. Onlar ancaq hidayət olunandan  sonra nə günahsız adama qarşı etdikləri zalımlığın nə qədər böyük günah olduğunu başa düşəcəklər".

AİP funksioneri Akif Heydərli Cumhuriyyət tarixinin Azərbaycan tarixinə öz dərin möhrünü vurmuş hadisələrdən biri olduğunu dedi.

Daha sonra çıxış edən ilahiyyatçı alim Araz Şiyəkəranlı alimin, Allah yanında peyğəmbərdən daha uca məqama sahib olduğunu bildirdi.

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik.

Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını "Zindannamə"nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Altıncı günün məktubunu Nardaran məhbusu Seyfəddin Şirinovun bacısı göndərib.

Seyfəddin Şirvanovun bacısı: "SİZ BİZƏ DƏRD YOX, DƏRMAN OLDUNUZ"

"Allahın salamı və rəhməti hər kəsin üzərində olsun.

Bu gözəl ayda Allahın bağışlayan bəndələrindən olaq İnşəAllah. Öncə bu layihəyə görə vetenugrunda.az saytına dərin təşəkkürümü bildirirəm. Cox sağolun, bu layihə qəlbimizin dərinliyində olan ürək sözlərimizi işıqlandırır və zindandakıların gücünü, əzmini artırır. Onlara olan sevgimizi, onlarla birgə olduğumuzu aləmə car çəkir.

"Ən dəyərlim yaşama gücüm, sənin həpsinlə həm yıxıldım, həm də gücləndim. İlk günlər kaş daş olub çırpılaydım, quş olub vurulaydım amma bacı olmayaydım deyirdim. Sənin "bandoteldə" soyuq divarlar arasında ac- susuz olduğunu bildiyimdə isti evimdə titrəyirdim, isti yatağa girmirdim, utanırdım, boğazımdan su belə keçmirdi. Bir bacının qardaşı soyuq yerdə yatarkən o bacı necə nəfəs alar?

Amma sonra bu cür imtahanla məni üz-üzə qoyduğuna, sənə Mücahid adı qazandırdığına görə Allahıma şükür etdim. Hər kəs bu məqama yüksələ bilməz. Bir bacının başını ancaq bu cür ucaltmaq olardı.

Düzdü, hələ də çətinlik çəkirəm. Anamın qəlbi qan ağlaya-ağlaya bizə təsəlli verməyinə,hər adın çəkiləndə atamın göz yaşlarını görəndə, övladların hər “ata” deyib səni soraqlayıb gözləri dolanda...

Amma getdiyin yol İmam Hüseyn yoludur. Bu yolda bütün gözəllikləri qurban verməyə dəyər. Bax bu fikirdi məni möhkəm saxlayan, yıxılmağa qoymayan.

Bu məktubu tək sənə xitab etmək istəmirəm, axı mən bütün mücahidlərin, Haqq uğrunda canını qurban verən dörd Şəhidin bacısıyam. Ağam Əbəlfəzin yolunu gedən, Əbəlfəz qardaşın bacısıyam.

Mən "övladlarımı, anamı, bacımı bu yolda qurban vermişəm" deyən qardaşın bacısıyam. Ancaq Allahın buyurduğu Yolla getdiyi üçün 20 il günahsız yerə məhkum olan və hələdə Haqqı deyən qardaşın bacısıyam...

Mən ölümlə hədələnən qardaşın bacısıyam...

İstidə qaynar dəmirə bağlanıb, çarmıxa çəkilən qardaşın bacısıyam...

Quran Hafizi olan qardaşın bacısıyam...

Kərbəla dönüşü həbs olunan qardaşın bacısıyam...

Körpələrinin gözü önündə günahsız yerə, qollarına qandal vurulan qardaşın bacısıyam…

Yas mərasimində tutulan və hökmləri oxunarkən başını dik tutub, gülər üzlə “Allahu Əkbər” deyən qardaşların bacısıyam...

Mənim dəyərli Mücahid qardaşlarım, hər birinizin adını tək-tək yazmaq istərdim.

Qoy hamı bilsinki mənim necə qeyrətli və mərd qardaşlarım var.

Bunu bilməyinizi istəyirəm: SİZ BİZƏ DƏRD YOX, DƏRMAN OLDUNUZ.

Siz bu əməlinizlə kor gözləri, kar qulaqları açdınız. Düzdür, bəziləri bu gözəllikdən məhrum qaldılar, amma bu gözəllikdən məhrum qalan o kəslər Allahın lütfünə layiq olmayanlardır. Mən sizinlə fəxr edirəm, qürur duyuram. Sizlərə verilən işgəncələrdən, o cür dəhşətli əzablardan sonra dim-dik ayaqda qaldınız və 4 divar arxasında belə mübarizənizə davam etdiniz.

Mənim mücahid qardaşlarım siz nə qədər güclü olsanız biz o qədər dözümlu olacağıq. Haqq hər zaman qalib gəlib, gələcəkdə.

İnşəAllah tezliklə Haqq yerini tutacaq və hər biriniz cismi azadlığa qovuşacaqsınız. Yalan ayaq tutar yeriməz, yerisədə cəhənnəm əzabında öz payını tapacaq. Gecə-gündüz dualarımdasınız. Nəinki mən bütün analar, bacılar, qardaşlar və körpələr Sizlər üçün dua edir. Əminəm ki bu dualar tezliklə qəbul olunar. Mənim günahsız məhkum qardaşlarım. Bir gün sizi günahkar adlandıran bütün günahkarlar məhkum olacaq və həmin gün mənim həyatım işıqlanacaq. Allah məni sizlərə qurban etsin. Allaha əmanət olun.

Allah bu gözəl ayın xatirinə bütün gözü yolda olanları sevindirsin.

2018-05-23"

XATIRLATMA:

2015-ci ildə Nardaran olayları zamanı həbs edilən Seyfəddin Şirvanovun işi şərti olaraq "Nardaran işi-2" adlandırılan qrupda araşdırılıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda Seyfəddin Şirvanov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyfəddin Şirvanov ona qarşı irəli sürülən ittihamları böhtan adlandırıb və qəbul etməyib.

Qeyd edək ki, Seyfəddin Şirvanov siyasi məhbus statusu daşıyır.

Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb.

Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər.

14 manat elektrik borcuna görə, ailənin işığı "Azərişıq" tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib. E.Lətifov deyib ki, onlar Qarabağda döyüşən, əlil olan birinin ailəsidir. Bir az güzəşt edin. Prezidentin də göstərişi var ki, güzəştlər edilsin. Bu ailə də kasıbdır. 14 manata görə işıqlarını kəsməyin. Müavinətləri hələ verilməyib, bir az gözləyin.

Ona cavab verən "Azərişıq" ASC-nin Ağdaş rayon idarəsinin rəisi olan Mirkazım Qubadov adlı şəxs deyib ki, 1 manat borcları belə olsa işıqları kəsilməlidir. Tapşırıq belədir. Qarabağ döyüşçüsü olsa da fərq etmir. Bu zaman onların arasında dava düşüb. İdarəyə polis çağırılıb və Eyvaz Lətifov bölməyə aparılıb. Sonra isə azad edilib.

Bütün bunlardan sonra rayonda yaşayan Qarabağ döyüşçüləri və əlilləri etiraz aksiyası keçiriblər. Onlar "Azərişıq" ASC-nin Ağdaş rayon idarəsinin qarşısına yürüyüş edib, rəisin işdən çıxarılmasını tələb ediblər.

Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb.

Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər.

14 manat elektrik borcuna görə, ailənin işığı "Azərişıq" tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib. E.Lətifov deyib ki, onlar Qarabağda döyüşən, əlil olan birinin ailəsidir. Bir az güzəşt edin. Prezidentin də göstərişi var ki, güzəştlər edilsin. Bu ailə də kasıbdır. 14 manata görə işıqlarını kəsməyin. Müavinətləri hələ verilməyib, bir az gözləyin. Ona cavab verən "Azərişıq" ASC-nin Ağdaş rayon idarəsinin rəisi olan Mirkazım Qubadov adlı şəxs deyib ki, 1 manat borcları belə olsa işıqları kəsilməlidir. Tapşırıq belədir. Qarabağ döyüşçüsü olsa da fərq etmir. Bu zaman onların arasında dava düşüb.

İdarəyə polis çağırılıb və Eyvaz Lətifov bölməyə aparılıb. Sonra isə azad edilib. Bütün bunlardan sonra rayonda yaşayan Qarabağ döyüşçüləri və əlilləri etiraz aksiyası keçiriblər. Onlar "Azərişıq" ASC-nin Ağdaş rayon idarəsinin qarşısına yürüyüş edib, rəisin işdən çıxarılmasını tələb ediblər.(minval.info)

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.

Bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

2 -dən səhifə 975
Top
JoomlaLock.com All4Share.net