Arzu Abdulla

Arzu Abdulla

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İraqda, Əfqanıstanda, Pakistanda müsəlman uşaqlarını nişangah seçib, mərcə girən amerikalı əsgərlər körpə, günahsız uşaqların gicgahından vurmaq üçün yarışırlar. Əfqanıstanda bir gündə 15 azyaşlını Amerika əsgərləri bax beləcə qanına qəltan etmişdilər. 

Dünyanın o başından bu başına hücum çəkib sanksiya tələb edən ABŞ təşkilatlarının deyəsən Lynndie Englandın xoşbəxt həyatı haqqında verdiyi müsahibələrdən xəbərləri yoxdur.  Bu qadın yəqin ki, sizlərə də tanışdır.  İraqda günahsız insanları itinə parçalatdıran Lynndie England adlı amerikalı qadın əsgər buna görə cəmi 3 il həbs cəzası aldı. Üstəlik etdiyi vəhşiliklərdən ibarət "Tortured" ("Əzaba düçar olmuşlar") adlı kitab buraxdı.

Şəkildə: Lynndie Englandın “Tortured" ("Əzaba düçar olmuşlar") kitabının üz qabığı

 

l

Kitabının təqdimatında isə jurnalistlərin ona yönəltdiyi: “İnsanlara qarşı etdiyiniz dəhşətli əməllərdən peşimansınızmı?” sualına belə cavab verdi: “Peşiman deyiləm. Mən gedib ərəbləri İraqda qırmasaydım, onlar gəlib məni Amerikada öldürərdilər”.

Yüzlərlə insanı ağlasığmaz işgəncələrə vadar edən amerikalı əsgər qadın cəmi üç il həbs cəzası aldı. Çünki o, iraqlıları, müsəlmanları təhqir etmişdi. Lynndie England məhkəmədə də ona yönələn “Peşimansınızmı?” sualına “Qətiyyən, əməllərimdən çox xoşbəxtəm” deyə cavab vermişdi. 

Azyaşlı uşağın başını kəsən, əsirləri işgəncə ilə qrup halında seksə məcbur edən, əsirlərin başına it xaltası bağlayıb sürüyən, müsəlman qadını itinə zorlatdıran England hazırda ABŞ-ın Virginia əyalətinin kiçik bir qəsəbəsi olan Keyserdə övladı ilə birgə yaşayır. Yenə də maraqlı sual doğur, nə əcəb Amerikada 11 sentyabrda guya qüllələri partladan, dünyaya meydan oxuyan müsəlman terror təşkilatları  günahsız müsəlman bacı-qardaşlarının, körpələrinin qisasını almaq üçün ona toxunmurlar? Çünki belə “qisas” ABŞ-a sərf etmir və ya ortaya digər maraqlı sual çıxır, nə əcəb "islam təəsübkeşi" olan İŞİD liderləri indiyə qədər müsəlmanları ən çirkin şəkildə aşağılayan bu qadının ölümünə fətva verməyiblər? Aha, yəqin ki, bu barədə ağalarından -ABŞ-dan əmr almayıblar.

Şəkildə: Lynndie England müsəlman məhbusun boğazına itinin xaltasını bağlayıb

Картинки по запросу Lynndie Englandı

Sualdan sual doğur, hamısı da cavabsız. Ey, məmləkətimin qrantyeyən “demokratiya” carçıları, sizə bir məsləhətim var. Amerikalı ifritə Englandı belə səbirsizliklə gözləməyin! Ən azından it xaltasından ayıbdır. O gələsi olsa xalta ilə birgə gələcək! Biz ABŞ-dan, İsraildən, İngiltərədən və digərlərindən saədət gözləməməliyik. Biz səadətmizi haqqımız uğurunda döyüşərək qazanmalıyıq.

Şəkildə: Lynndie England iraqlı əsrə işgəncə verir.

Похожее изображение

Yenidən təkrarlamaq istədiyim bir məqam var. ABŞ-ın qurub yaratdığı, bütün dünyada müsəlmanları, islamı gözdən salmağa və müsəlmanları bir-birinə qırdırmağa hesablanmış onlarla terror təşkilatının gözündən nədənsə ucqar bir kənddə yaşayan England yayındı. Ən azından elə İraqda yaradılmış İŞID üzvləri nə əcəb iraqlıları itə zorlatdıran Englandı öldürmək fikirinə düşmədiər? Axı niyə? Cavab isə çoxdan bəllidir. Birincisi England ABŞ-ın xarici siyasətini yerinə yetirirdi. İkincisi England müsəlman deyil.

 

İşğalçı siyasətin zərif qurbanı...

Amerikalı qadın əsgərlərin hər yüzündən qırx biri əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalır. Bu açıqlamanı Kaliforniya senatoru Jane Harman Amerika ordusunda xidmət edən qadın əsgərlər haqqında danışarkən deyib: Amerika ordusunda xidmət edən qadınlar İraqda mərmilərə hədəf olmaqdan daha çox əsgər yoldaşlarının cinsi təcavüzünə məruz qalmaqdan qorxurlar. Amerikanın Müdafiə Nazirliyi təkcə 2007-ci ildə Amerika ordsunda əsgər yoldaşları tərəfindən zorlanan qadınların sayının 3 mini keçdiyini bildirb. Nazirlik İraq və Əfqanıstanda hərbi xidddmətdə olan qadın əsgərlərin təcavüz qorxusu altında yaşadıqlarını və bu həyatın onlara əsl cəhənəm əzabı olduğunu bidlirib.

Əziz oxucum, əgər Amerika orusunda xidmət edən qadınların cəhənnəmə çevrilən həyatı ilə tanış olmaq istəsəniz Nyu-Yorkdakı Kolumbiya Univerrsitetinin qəzetçilik bölümünün professoru Helen Benediktin müharibə ərazilərində Amerika ordsnda xidmət edən və əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalan 40 əsgər qadının dəhşətli tarixçəsi olan kitabı dünyada ən çox satılan kitablardandır. Kitab “Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” adlanır. Kitabla tanış olarkən qadın əsgərlər hətta tualetə də tək getmədiklərini, özlərini qorumaqdan ötrü üsərzlərində daim soyuq silah gəzdirdiklərini bəlli olur.

 “Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” kitabında yazılır ki, ABŞ Müdafiə Nazirliyi İraq və Əfqanıstanda xidmət edən hər on əsgərindən birinin qadın olduğuu açıqlayıb. Kitab İkinci Cahan Savaşından bu yana ən çox qadın əsgərin Amerika ordusunda İraqda vuruşduğunu və öldüyünü qeyd edir.

Şəkildə: "Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı" kitabının üz qabığı.

 

Bu kitabı oxumaq yetər ki Amerikanın işğalçı xarici siyasətinin milyonlarla insanın həyatını məhv etdiyinin şahidi olasan. Deməli, ABŞ öz vətəndaşının da həyatını cəhənnəmə çevirməyə hazırdır. Təki dünyadakı bütün torpaqların altından axan qara neft ABŞ-ın olsun.

 

Amerika "demokratiyasının" tarixi

Rus tədqiqatçı alimi Oleq Platonovun "Amerika niyə məhv olacaq?" kitabı dünyaya demokratiya dərsi keçən Amerikanın iç üzünü açır. İllərlə Amerikada tədqiqat aparan müəllif tutarlı dəlillərə söykənməklə çox uzaqlara gedir.

Əgər siz də Amerika "demokratiyasını" izləmək istəyirsinizsə, o zaman kitabla yaxından tanış olun: "Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.

1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.

1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.

1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.

1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.

1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.

1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.

1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.

1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.

1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.

1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli".

1918-ci il qırğını- Bakı neftinə susamış ingilis siyasəti

Alman generalı rəsm sərgisində gəzişərkən gözünə bir tablo sataşır. Tabloda əsir düşmüş çılpaq qadınlara və uşaqlara silahlı alman əsgərlərinin işgəcə verməsi təsvir olunur.  Alman general dərhal rəssamı yanına çağırıb ondan soruşur:- Bu rəsmi sənmi çəkdin? Bu əsərin müəllifi sənmisən?

Tablonun müəllifi Pablo Pikasso sakit tövrünü heç pozmadan alman genarala belə cavab verir: - Xeyr, general, bu sizin əsərinizdir.

Bəli cənab Obama, bu gün dünya  "Ərəb Baharı"nın istisindən yanır. Bu istiyə günahsız yerə öldürülmüş və dəfn edilməmiş insanların çürüyən meytlərinin də üfunətli qoxusu qarışıb. Axı baharda qızılgüllər açır, gül qoxuyur. Ərəb baharı niyə belə insan meyiti qoxuyur? 

Suriyada hər gün yüzlərlə günahsız adam qətlə yetrilir. Ananın qucağında qanı axıb quruyan o, körənin meyiti gözlərim önündən getmir. Açıq qalmış gözlər hələ də isti ana ovcunun sığalını axtarır. 

İraqda övladlarının gözü qarşısında Amerika əsgərləri zorladıqları ərəb qadınına bundan daha ağır əzab verirlər. Onun övladlarını da işgəncə ilə öldürürlər. Sonra isə ananı öldürüb, bütün ailəni evə yığıb od vurub yandırırlar. İraq bizim məmləkətdən çox uzaqdır. Amma o, suçsuz insanların yanıq qoxusu burnuma dolur. 

Yeniyetməliyini düşmən gülləsinin altında yaşayan Ramil hər gün ata-anasının iş yerinə gələndə bütün xəstəxanada bədən üzvləri kəsilmiş, başının dərisi soyulmuş, gözləri çıxarılmış, tanınmaz hala salınmış meyitləri, düşmən işgəncəsindən param-parça olmuş yararlıların ah-vayının şahidi olur. Kimdir müqəssir? Bu sualla böyüdü, bu mənzərə ilə baxdı dünyaya Ramil. Ramilin gözlərindən "Müharibə" adlı tablo asıldı. 

Ingilis dilini öyrənmək üçün gəldiyi Macarıstanda gənc ömürü sona çatan Qurgenin də yolunu onun doğmaları gözləyirdi. Amma gənc bir adamın özü deyil, meyiti onun doğmalarına təhvil verilir. 

1916-1918-ci ildə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər: 1918-ci il Bakı qırğını” adlı kitab yazır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş mindən çox türkü, farsı, rusu qətlə yetirdiklərini deyir.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirili. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Əslində 1918-ci il Azərbaycanda baş verən erməni qırğının arxaında ABŞ-ın neft maraqları dayanmışdı ki, bu maraq üçün ABŞ bütün dünyada indiyə qədər milyonlarla insanı günahsız yerə qətlə yetirib. Dəhşətli tablodur.

Amma müsəlmanlıqda CİHAD da var axı. İslam uğurunda həyatını qurban verənlərə ŞƏHİD deyilir!

 

Arzu Abdulla

2015-iyul

Qəzza bölgəsi, Fələstin, fələstinli qadın, fələstinli uşaqlar... Gözünüzün qabağına gələn mənzərəni görürəm və bu ağrı çarəsizliyimizin real acısına qatılaraq damarlarıma axır...donuram...

...Toppuş əlləri ilə üzünün qanını silən o, körpənin ürkək baxışları...

...Müsəlman qadınının üstünə itini salan o hissiyatsız qatil...

...Balasını düşmən gülləsindən yaralı qolları ilə qorumağa çalışan o zavallı ana...

...Dağıdılmış, viran qoyulmuş evlərinin xarabalığında oynayan o atasız-anasız uşaqlar. Bu mənzərənin bir rəssamı var-İsrail rejimi...

 

 Картинки по запросу газа израиль

Min illilər sürəcək qətliamın müəllifi və  hamisi-BMT

Bu əslində dünya ədalətsizliyinin və amansızlığının real görüntüsü idi. Fələstin torpaqlarının 56 faizi 650 min nəfərlik yəhudi xalqına, 44 faizi isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verildi.

Bundan sonra olanlar oldu. Göylər günahsız öldürülən insanların ahından qaralmadı, yerlər körpələrin axıdılan qanından doymadı, hələ də müqəddəs torpaqlara hopur o qan...

Картинки по запросу газа израиль

Fələstində, Qüdsdə o müqəddəslərin doğulduğu torpaqları qanla suvarıb, günah əkib becərdi İsrail rejimi. Amma bəs olmadı, davam etdi, etməkdədir və...

...Bu bölgədə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 68 illik müharibə daha qanlı təsvirlərlə dünyanı sarsıtmaqdadır. Amma dünya bu dəhşətləri çox susqun şəkildə seyr edir. Hər nə olsa imerialist rejimlərin idarə etdiyi dünyada “kimdir ölən” sualı qoyulmur, “kimdir öldürən” sualı lal sükutla sorulur və...

Əslində Fələstin ərazisində İsrail dövləti yaratmaq Britaniya hökumətinin maraqlarına xidmət edirdi. Odur ki, İngiltərənin xarici işlər naziri olan milliyyətcə yəhudi Artur Balfour 1917-ci ildə yəhudi milyonçusu Rotşildə məktub yazaraq, İngiltərə hökumətinin Fələstində yəhudilər üçün milli dövlətin qurulmasında maraqlı olduğunu bildirdi:

“Cənab Rotşild İngiltərə kökümətinə təqdim etdiyim bəyannamə olduqca xoş qarşılandı. Fələstin torpaqlarında bir yəhudi dövlətinin  qurulması ideyasnda İngiltərə höküməti sizlərə dəstəkləyir.

İngiltərə yəhudi dövləti ideologiyamızı sonuna qədər dəstəkləyir. Bu istəyin reallaşması üçün isə əlindən gələni edəcəkdir. Hörmətlə “Artur Ceyms Balfour”.

Bolferin Deklarasiyası ilə bu ideya daha da sürətləndi.

Yəni II Dünya müharibəsindən sonra BMT ilə səlahiyyət verilənə qədər sionist dövləti faktiki olaraq mövcud deyildi.

Balfour Deklarasiyası 1918-ci ildə Fransa, İtaliya, daha sonra isə ABŞ tərəfindən dəstəkləndi. Deklarasiya Yaxın Şərqdə İsrail dövlətinin qurulması müddətinin ən əhəmiyyətli  hissəsi hesab edilir.

1929-cu ildə qanlı döyüşlər başladı. İlk ağır döyüşdə 133 yəhudi, 110 fələstinli öldü.

Müharibənin başlaması, sona varmaması səbəbini axtarmaq və cavab əldə etmək o qədər də çətin deyil. Yetər ki, İsrail dövlətinin yaradılması prosesinə nəzər salaq; 1897-ci ildə Tedor Herzl (Tedor Herzl-sionizimin qurucusu-qəzetçi. Məşhur “Der Judenstaat” (“Yahudi Dövləti”) kitabının müəllifi) İsveçrədə I Dünya Sionist qurultayını çağırdı. Bu qurultayda başda İngiltərə olmaqla Qərb ölkələri Fələstində İsrail dövlətinin yaradılmasına dəstək verdi.

Похожее изображение

 

Bu ideya Almaniyada davam etdirildi. “Yəhudi soyqrımı” ilə... Məqsəd İsrail dövlətini yaratmaq idi. Fləstinlilərin əlindən torpaqlarını aldılar, sonra isə həyatlarını cəhənnəmə çevirdilər. Eynilə yurdsuz ermənilərin vaxtilə bizə sırınıb, sonra isə İrəvanmıza, Qarabağımıza yiyələndikləri kimi...

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın14 -də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.

Картинки по запросу газа израиль

 

Bəli, bu tarixçəyə nəzər salmaq kifayət edər ki, Fələstin-İsrail müharibəsinin nəinki başlanma səbəblərini, hətta hansı xəttlə inkişaf edəcəyini dəqiqləşdirəsən.

Bu müharibə bitməyən bir eşqin gerçək acısının ifadəsidir. Acısı isə çox acıdır. Evləri dağılmış, övladları, əzizləri gözləri önündə gülləyə düzülmüş insanların faciəsi qədər...

Картинки по запросу газа израиль

Bir fələstinlinin üzündəki, gözlərindəki o acının, o əzabın, sevgili əzabın yaşı böyükdür. Quranda-müqəddəs kitabımızda oxuduq o əzabın doğuluşunu.

Bəli, Fələstin də, Yəmən də, İraq da, Liviya da, Suriya da, İran da, Azərbaycan da müqədəsdir. Müqəddəsliyimizi də Kitabımız- Quran dedi bizə. Bu barədə yazımın sonunda danışacam. İndi isə qonağımız haqqında...

İnsan qatili Netanyahu gələndə...

 

Dekabrın 13 -də İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri gözlənilir.

Bu arada deyim ki, Azərbaycan İsraildən ən çox silah alan ölkələrin siyahısındadır. Elə İsrail də dünyaya ən çox silah satan ölkələrin siyahsında ilk onluqdadır.

Məgər Azərbaycan hökumətini İsrail rejimi ilə birləşdirən silah idxalı və ixracıdırmı? Yox. Amma nədənsə 2 aprel döyüşlərində bəzi media qrumları və dövlət kanalları bu cümləni az qala gözümüzə soxurdular: “Erməniləri İsrail silahları ilə vurduq”. Aha, yerigəlmişkən, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard vəsait xərcləyib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2012-ci ildəki hesabatında Azərbaycanın İsrail rejimindən 1 milyard 600 milyon dollarlıq hərbi sursat aldığını açıqladı.

Hesabatda Azərbaycanın 2008-ci ildən bəri İsrail rejimindən sursat aldığı bildirilir. Bu bazarlıq bu gün də davam edir.

“Strategy Page” saytı  isə 2013-cü ildə Azərbaycana həsr etdiyi məqalədə ölkəmizin bir-iki il ərzində İsraildən və Rusiyadan 5 milyard dollarlıq yeni silah növləri aldığını qeyd edib.

Məqalədə Azərbaycanın öz hərbi büdcəsini 3.7 milyard dollara çatdırdığı, bu pulların təxminən yarısının yeni silahlar alınmasına sərf olunduğu deyilir.

Qeyd edək ki, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatlar və Cənubi Afrika Azərbaycanla silah sazişləri imzalamış digər ölkələrdir. Amma nədənsə mediamız “İsrail silahları ilə vurduq” dedi. Üstəlik, büdcəmizdən bu silahlara ayrılan 22 milyard vəsait də gözə görünmədi.

Rokfellerin məhşur məsəlində deyildiyi kim: Siz mənə bir vicdansız mətbuat verin, mən bəşəriyyəti məhvərindən oynadım.

Sanki İsrail bizə pulsuz silah verib- İran kimi...

 

İndiki söhbət Qarabağ müharibəsindən və silah yardmından gedir, bu işdə bizə təmannnasız yardım edən qonşu dövlətdən-İran İslam Respublikasından danışmamaq ədalətsizlik olar. Çünki Qarabağ müharibəsinin ən şiddətli məqamlarında bizə İran dövləti yardım etdi.

Lakin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayini illər sonra bu sükutu pozdu. Onun Qarabağla bağlı açıqlaması Ermənistan mediasında bomba effekti verdi. Elə bizim ölkədə də kifayət qədər islamafobiyadan əziyyət çəkənlərimiz var ki, Möhsün Rzayinin açıqlamasını uydurma, yuxu, hətta iftira da adlandırdı. Keçmiş nazirlərdən biri, televiziyada “Şuşa gedərsə, başıma güllə vuracam” vədini verib, vədinə xilaf çıxan pafosu ilə İrəvanı “işğal edən” “qəhrəmanımız” da etirazlara qoşuldu və İranın Azərbaycana yardım etməsi haqqında açıqlamaları iftira adlandırdı.

Bəli, Azərbaycan Respublikasındakı qərbpərəst və anti-İran dairələr kimi bəzi erməni mənbələri də M.Rzayinin açıqlamasına kölgə salmağa cəhd etdilər. Çünki onlar Vahid Azərbaycan ideyası uğrunda şəhid olan SEPAH döyüşçülərinin qəhrəmanlığını tarixdən silməliydilər, bu günki “qəhrəmanları” yaratmaq üçün.

Möhsün Rzayi islamafobların cavabını verdi: “Əslində İran Qarabağda ermənilərə qarşı ön cəbhədə döyüşüb, şəhid verib, Azərbaycan ordusunu milyardlarla dollarlıq silah və hərbi təchizatla təmin edib. Lakin  Azərbaycan Respublikasındakı Qərbə və İsrailə bağlı medialar Qarabağda İranın Azərbaycanı himayə etmədiyini, hətta Ermənistana yardım göstərdiyini iddia edərək, İranı qaralamağa çalışırlar. Belə bir böhtanla İranı müsəlman cəmiyyətində pisləyirlər. Maraqlı burasıdır ki, İranla birlikdə cəbhədə ermənilərə qarşı döyüşən bir çox igid azərbaycanlılar öz ölkəsində yox edilib. Onların bəziləri həbs olunub, bəziləri isə sui-qəsdlərlə öldürülüb”.

Картинки по запросу İran qarabağ döyüşündə

İran mediası bu olaylara belə reaksiya verdi: Qarabağ müharibəsinin ilk dövründə “SEPAH” döyüşçülərinin sayəsində Qarabağın 1 qarış torpağı da itirilməyib: “Lakin ABŞ oyunları və Azərbaycanda türklük, millətçilik duyğularının yayılması nəticəsində “SEPAH” bölgədən çıxarıldı. Elə o zamandan Qarabağ addım-addım alınmağa başladı. İran bölgədən çıxarıldıqdan sonra Azərbaycan Qarabağ müharibəsini uduzdu, torpaqlarını itirdi. Daha doğrusu, Qarabağ biriləri tərəfindən satıldı.

 

Qarabağda yaralanan SEPAH döyüşçüləri İrana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunurdu. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Çünki Qarabağ İslam torpağıdır”.

Qarabağ islam torpağıdır: Qüds kimi, Fələstin kimi...

 

 

Bəli, Qarabağ islam torpağıdır, Fələstin kimi, Qüds kimi... Ona görə də Qarabağımızda hər gün qan tökülür. Ona görə də Qarabağımız yağı əlindədir. Qüdslə-Qarabağı eyni tale birləşdirir. Qüdslə Qarabağı bizə ağrı şəklində ötürənlərdən biri, İsrailin baş naziri Benyamin Netanyahu  dekabrın 13-də Bakıya gələcək. Qonağa zaval yoxdur. O, qonağdır. Amma qonağımızın kimliyini duyub da onu sevgiylə qarşılamaq mümkünsüzdür.

Qonağımız Benyamin Netanyahu 2014-cü ilin 7 iyulunda Qəzzaya planlaşdırdığı 51 günlük hücum zamanı 2159 insanın ölümündə, 11 mindən çox insanın isə yaralanmasında təqsirkar bilinir. Hətta dünyanın onlarla ölkəsində, o cümlədən İngiltərədə 100 minə yaxın insan Benyamin Netenyahunun həbsi üçün imza toplamışdı. Bu Fələstində illərlə davam edən müsəlman qətliamlarından sadəcə biri idi. Çox maraqlıdır, Bakı islam dünyasının mədəniyyət paytaxtı elan edilir, Bakı İslam Həmrəyliyi Oyunlarına möhtəşəm hazırlıq tədbirləri keçriir,  eyni zamanda da müsəlman qatilinin, islam düşməninin pişvazına hazırlaşır.

Hansı ki, hətta Avropa ölkələri, xristianlar belə Netanyahunu insan qatili elan edir. Azərbaycanda isə durum tamam başqadır. Biz Netanyahunu sevməyə məhkumuq...

Türkiyə ilə İsraili birləşdirən dəyər -İŞİD

 

Türkiyə prezidenti Ərdoğan bir ara İsraili qatil dövlət adlandırırdı. Ən azından İsrailin “Mavi Mərmərə” damğası var idi. Ərdoğan o zaman Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisində İsrail əsgərlərinin öldürdüyü türkiyəli hərbiçilərin qanını alacağına hayqıraraq söz versə də sonradan neft ətirli İŞİD sevgisi bu vədi unutdurdu.

 Bu gün Ərdoğan İsrailə olan sevgisinin hər ötən gün daha da artdığını hayqırır. Bəli, İŞİD terror təşkilatı Türkiyə ilə İsraili birləşdirən ortaq dəyərdir.

İŞİD terrorçularının hazırda NATO-nun nəzarətində olan Türkiyənin İncirlik Hərbi Hava Bazasında ABŞ –İsrail ordusu tərəfindən təlim keçdiyi də dəfələrlə dünya mediasında yazılıb və dərin müzakirələrə səbəb olub. Eyni zamanda Suriyada, İraqda yaralanan İŞİD terrorçuları İsrail və Türkiyədə müalicə olunaraq, yenidən terror əməliyyatlarında iştirak edirlər.

Amma İsrail rejimi İŞİD-i islam aləmini gözdən salmaq və müsəlmanları bir –birinə qırdırmaq üçün sevirsə, Ərdoğan İraq və Suriya nefti üçün sevir.

İsrailin İŞİD sevgisi daha uzaq əsrlərə hesablanmış ideyanın -islamı məhv etməyin tərkib hissəsidir. Ərdoğanın İŞİD sevgisi isə Türkiyəyə ailəlikcə sahiblənmək məqsədi kimi cılız hislərdən başqa bir şey deyil.

Netanyahu Fələstini fələstinlilərdən çox düşünür və ya...

Netanyahunun bu çıxışı az bir zamanda izləmə rekordu qırdı. Bu videoçıxışda fövqaladə heç nə yox idi. Sadəcə o, and içib deyirdi ki, Fələstini fələstinlilərdən daha çox düşünür: “Fələstin xalqı daha yaxşı yaşamı haqq edir və biz də buna çalışırıq”.

Aha, bu Benyamin bu qədər alturist, humanist, demokrat imiş xəbərimiz yox... O zaman xatırlayaq...“Mavi Mərmərə” gəmisinə basqın edən İsrail əsgərlərinə qatil deyən ərəb millət vəkili Hanin Zuabinin səlahiyyətinin azaldılması üçün göstəriş verən bu Benyamin Netanyahu deyildimi?

Zuabi,  “İnsanları öldürən İsrail əsgərləri və İsrail hökuməti üzr istəməlidir” dediyi üçün İsrail dövlət radiosunun xəbərinə görə, baş nazir Benyamin Netanyahu hökumətin hüquq müşaviri ilə telefon danışığında “Zuabi yalanları ilə bütün cizgiləri aşdı. Knessetdə yeri yoxdur” dedi.

Amma Benyamin Netanyahnun maskasız bir çıxışı da var. Əsl Netanyahnun mahiyyəti və məqsədi onun bu cümləsində birləşib: “Bizi fələstinlilər qorxutmur, bizi sünni və şiənin sıx birləşdiyi döyüşkən islam qorxudur”.

Bayaq Qüdsü, Liviyanı, İraqı, İranı, Suriyanı, Azərbaycanı müqəddəs torpaq adlandırdım. Bəli, müqəddəs Kitabımızda müqəddəs döyüşümüzdən yazılmışdı. Bu gün adıçəkilən bu məmləkətlər qan qoxuyur. Bu həqiqi islamın məhv edilməsi uğurunda DÖYÜŞÜN qanıdır.

Qan axıtmayan da isə ideya döyüşü ilə islamı məhv etməyə çalşacaqlar. O zaman zombiləşmiş islamafoblar öz din qardaşlarından üz çevirib islam qatillərini sevəcəklər, onların diqtəsi ilə oturub duracaqlar.

Yerigəlmişkən, dünən hakim, həqiq islamı təbliğ edənlər silsiləsindən növbəti qurban olan ilahiyyatçı alim Elşən Mustafaoğluna 12 il həbs cəzası istəyib. Yəqin 13 il verərlər. Hər halda qonağa hədiyyə etmək bizim qədim adətimizdir.

Müqəddəs Tövratda isə deyilirdi: “Oğruya ortaq olanın düşməni özüdür... (Süleymanın məsəlləri, 29:24)”.

Allaha and olsun ki, DÖYÜŞ taleyimizə yazılıb…

Arzu Abdulla VETENUGRUNDA.AZ

Bazar ertəsi, 31 Oktyabr 2016 12:32

Ata kimə deyilir? “Mujik”ə, yoxsa…

Uşaq vaxtı hamı ata-anasını ideal hesab edir. O vaxta qədər ki, daha çox adamın əhatəsində olurlar və idealı başqa cizgilərdə axtarmağa başlayırlar. 

Amma bir dostum deyir ki, qızlar daha çox atalarına oxşayan kişiləri sevirlər. Əslində atasına oxşayan kişi tipini sevməsə belə. Yəqin bu, şüuraltında qalan kişinin - ATAnın ideal tipidir. Şüraltı bütün gələcəyimizi quran amildir axı.

Eyni zamanda anasını sonralar bəyənməyən oğul dünyalar qədər sevdiyi xanımda onun əlamətlərini axtarır: Anam filan yeməyi çox yaxşı bişirərdi, - deyə. 

Zaman-zaman bu kor-koranə sevgi müxtəlif şəkillərə düşür, amma itmir. Sadəcə şəklini dəyişir. Dəyişmə isə dünyanı dəyişənə qədər davam edir.

Bəs ATA sevgisi? Yəni qadını hamilə etməyi bacaran hər kəsə ATA demək olar? 

Məsələn, qızını namusunu təmizləmək üçün öldürən “kişiyə” ATA demək mümkündürmü? 

Bu yaxınlarda məmləkətimizdə daha bir “kişi” qızını öldürüb, sonra başını kəsdi və polisə öz ayağı ilə gedərək təslim oldu: “Qızım pis yolda idi, namusumu təmizləmək üçün öldürdüm”.

Yəqin ki, bu atanı türmədə başda oturacaqlar, onu “mujik” deyə çağıracaqlar. Yəni türməyə belə “təmiz” gələnləri “Mujik” deyə, çağırırlar. Bəs nə, “kişi” namusunu elə təmizləyib ki…

Qatil qızını 3-4 yaşı olarkən atıb Rusiyaya getdiyini və 20 ildən sonra qızının pis yola düşdüyünü eşidib, öldürməyə gəldiyini də utanmadan etiraf edir. 

Bəs arada qalan 20 ilin hər gününün, saatının, dəqiqəsinin tələb etdiyi və ödənməyən daha çox mənəvi ehtiyacları kim ödəyəcək? Əgər ödəməyə qalxsa belə, artıq o anlar ötüb keçib...  hətta zavallı qız da dünyada yoxdursa... 

Bəs yaxşı, pis yol nədir və ya “qızım pis yola niyə düşdü?” sualını bu adam özünə verdimi heç? Yəqin ki yox. Bu qatil adam hələ uzun müddət “namus” davasındakı qalibiyyətinin dumanından məst olacaq. Amma bir dəfə də düşünməyəcək ki, qızım niyə bu yolu seçdi? 

Mənim ata kimi borcum nə idi? Axı qızıma, xanımıma, bacıma bir dəfə həmdərd oldummu? Bir dəfə qızımın başını sığallayıb, onun duyğularını, insanlar, dünya haqqında düşüncələrini bölüşdümü? 

YOX! Bölüşmədi. BÖLÜŞƏN ATAnın qızı, ƏRin xanımı, QARDAŞın bacısı pis yola düşmür. Bu SEVGİnin müqəddəsliyini qorumaq üçün bütün şirinliklərdən əl çəkməyə hazır olur.

Türkiyənin çox böyük tamaşaçı ordusu yığan bir serialı var: “Çocuklar duymasın”. 

Serialın əsas qəhrəmanlarından olan Haluk kürəkəninə “qızımı incitmə, sənə həyatımın ən qiymətli dəyərini verirəm, sən də onu mənim qədər sev və qoru!” – deyir.

Bir tikə çörək dalınca dünyaya dağılan atalar, qardaşlar, ərlər onların şirin bir sözünə, sevgi dolu baxışına möhtac olanları gözü yolda qoyduqca türmədə “mujik”lərin sayı artacaq.

O, qadına çörəkdən də vacib olanı SEVGİDİR. 

Allah bütün yaratdıqlarına törəmə qabiliyyəti verib. ATA isə ancaq qadını hamilə etməyi bacarana deyilmir. Haluk kimi qızını, oğlunu ən qiymətli dəyəri kimi sevən və qoruyana ATA deyilir. Belələri sonradan namus təmizləmək kimi iyrənc bir vəzifə ilə yüklənmir. Yaş artdıqca vaxtilə övladlarına ötürdüyü SEVGİnin ona qayıdan şirinliyinə yüklənir. (04 Noyabr 2013)

Bazar ertəsi, 24 Oktyabr 2016 17:17

Fətullah Gülənə məktub

Bir dəfə sosial şəbəkədə nurçubaşı Fətullah Gülənə aid bir link paylaşdım. Fətullah Gülənin "ürəkkeçmə" şoularından biri idi. Budur haa, it ilxısı-köpək sürüsü töküldü üstümə. Adamlardan biri təsadüfən tanış çıxdı. Bu tanışım çox “dərin nurçu" idi.

Söhbət zamanı "dərin nurçu" statusuma yazdığı kobud şərhə görə üzr istədi. Sonra Fətullah Gülən “sevgisinin” məqsədindən danışdı. Bəli, məqsədindən. Fətullah Gülən azərbaycanlı nurçular üçün məqsəd idi. Yəni pul qazanmaq, vəzifə tutmaq üçün məqsəd. Fətullah hoca sadəcə pul boxçası idi, odur ki, onu ancaq pul əldə etmək məqsədi ilə “sevirdilər”.

Universitet təhsili alan bu nurçu isə alim əmisinin məsləhəti ilə bu yola düşmüşdü: “Pul Ərəbistanda olsa, dalınca yüyür” ideyası ilə yaşayan əmisi əslində bu adamı Fətullahın qucağına atmaqla üzünə xeyli qapılar açmışdı.

O zaman “Soliton”un Bakı filialında çalışırdı. Yüksək maaş alırdı, üstəlik, nur babası da vaxtlı-vaxtında yardımını əsirgəmirdi. Adam “mənə pul lazımdı, Fətullah-zadı neynirəm” deyirdi.

Bax bu, nurçuların acı reallığı idi. Onlar pul qazanmaq üçün “nura” boyanmışdılar.

Əslində bu təriqətin bünövrəsi əyri qazılmışdı. Nurçuluq ideyasını ortaya atan, kürd millətçisi Nursi Səid Kürdinin məqsədi nur paylamaq deyildi, ara qarışdırmaq, parçalamaq, dağıtmaq idi. Üstəlik, onun, Türkiyənin qurucusu Atütürkə olan nifrəti, ikiüzlü münasibəti çox iyrənc idi. Bu münasibətə nəzər salanda Nursi Səid Kürdünin nə qədər idbar olduğu üzə çıxır.

Eyni zamanda özünü peyğəmbər kimi sırımağa çalışan bu savadsızın ortaya qoyduğu kitablar da onun bəlli xarici kəşviyyata yalmandığından xəbər verirdi.

Əslində savadsız olan, hətta əlifbanı bilmyən Nursi bu qədər kitabı necə yazırdı? Eyni sualı onun davamçılarından olan Adnan Oktar haqqında da vermək olar. Bir adam bu qədər kitabı necə yaza bilər? Bəlli fikir mərkəzinin hazırladığı kitabların üstünə sadəcə bu adamların adı müəllif kimi yazılır. Məgər yəhudi mənşəli Adnan Oktarın başına yığdığı botokslu-slikonlu kediciklərindən zamanımı qalır kitab yazmağa?

Bu gün Fətullahı puluna görə sevirlər. Çünki vaxtı ilə Səid Nursi Kürdi pul verənlərin diqtəsi ilə Türkiyəni uçuruma aparan ideologiyanı ortaya atmışdı. Fətullahın bu gün başında dayandığı nurçuluq ideologiyası nəinki Türkiyəni parçaladı, eyni zamanda islama elə yaralar vurdu ki...

Amma acınacaqlısı odur ki, Fətullah Gülən hər nə qədər arif olsa da bu güzgü effekti verən fəlsəfəni unutmuşdu. Əgər unutmasaydı Azərbaycan hakimiyyətini hədələməzdi. O, elə bilirdi ki, ətrafında quyruq bulayan həmyerlilərimiz onun bir kəlməsi ilə hətta hakimiyyəti devirəcək.

Amma unutmuşdu ki, gördüyü işin mayası saflıqla deyil, pula olan hərisliklə, əclaflıqla yoğrulub.

Unutmuşdu ki, puluna görə yanında olanlar eləcə bütün pulu olanların yanındadırlar.

Məsələn, Fətullah Gülənin aqressiv nökərlərindən biri tez-tez əmrə müntəzir olub, üzünü şiələrə tərəf tutub bir iki ağız hürür. Hər dəfə layiqli cavabını alır. Amma bu adam ona layiqli cavab verənlərin hamısını İran agenti adlandırır. Amma yaxından tanıyanlar deyir ki, müstəqilliyimizin ilk günlərində bu yalaqaçanın işi-peşəsi ölkəmizdə olan xarici səfirliklərdən pul dilənmək idi. Təbii, onlara işləmək şərti ilə. İndi Şah Babamızı, Şah İsmayıl Xətaini qaralayıb. Görəsən, bu dəfə hansı səfirlikdən yal alıb? Görəsən, Şah Babamızı qaralama sifarişinə neçəyə razı olub? 

Bu yalaqaçan anlamır ki, şiəliyin kökündə pula hərislik dayanmayıb. Şiəliyin kökündə etiraz, ÜSYAN dayanıb. Ədalətsizliyə, əxlaqsızlığa qarşı çevrilən ÜSYAN.

O ÜSYAN ki, məhv ediləcəyini bilə-bilə etiraz etdi. Çünki hələ etiraz etmək gücü var idi. Bu gün o güc hər bir şiənin genində, qəlbində, qanında var.

O ÜSYAN ki, kökündə dünya malı deyil, İNSANLIQ dayanırdı. Bu gün də o, İNSANLAR VAR, sabah da OLACAQ! Dünya durduqca HAYQIRACAQ - YA HÜSEYN- deyə.

Batdımı qulaqlarınız bu HAYQIRTIDAN. Batdı, batdı.

Karsınız-ədalətsiziliyin ərşə dirədiyi bu qədər ahı-naləni eşitmirsiz.

Korsunuz-haqsızlığın HAQQ üzərindəki zülmünü görmürsünüz.

Ya bəlkə, görürsünüz... Amma qulaqlarınıza, gözlərinizə möhür vurulub. Pula hərislik, dünya malına möhtaclıq qəlbinizi o qədər pasladıb ki, hissləriniz ölüb artıq.

Mənsə okeanın o tayındakına, Fətullah Gülənə bir ismarıc hazırlayıram. İsmarıc edəcəm ki, Fətullah Gülən, nə edirsən et, qanlı caynaqlarını məmləkətimin üzərindən çək. Hə, bir də Aşıq Ələsgərin o məşhur müraciətini xatırladacam ona: "ACIQLANIN çal köpəyə, hürməsin!"

Arzu ABDULLA

2 -dən səhifə 3
Top
JoomlaLock.com All4Share.net