Arzu Abdulla

Arzu Abdulla

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

...Bir də, bu dünyada əllərini göylərə açan körpələr var... Onlar istədikilərini tapa bilməyəndə belə edirlər... Qeybdən uzanan gözəgörünməz əllər sığallayır körpələri bu anda... Biz görmürük bu ƏLLƏRİ, ancaq körpələr görür. Körpələrin sudan saf, çiçəkdən təmiz ruhları görür bu ƏLLƏRİ. Odur ki, qəfil üzlərində bir rahatlıq yaranır, gözləri dolur, dodaqları sallanır... onlar tək olmadıqlarını anlayır və bu böyük sevgidən kövrəlirlər.

 

Unudulmayan zindan qoxusu

...Bu ağrını isə ancaq yaşayanlar duyar. Uşaq idim və həyətimizdə eşitdiyim hər maşın səsindən diksinib qapıya qaçırdım, “dədəm gəldi” deyə ümidlənirdim.

Dədəm ədalətsizliyə etiraz etdiyinə görə həbs edilmişdi. Aradan uzun illər keçdi, biz böyüdük, qayğısız uşaqlığımızdan qalan acı həbs xatirələrini isə unutmadıq. Hər dəfə məhbus ailələrini görəndə, atası məhbus olan körpələri görəndə o acını yenidən yaşadım.

Biz böyüdük amma bu məmləkətdə ədalət istəyənlərə açılan zindan qapıları bağlanmadı...

Sonralar ağlım kəsəndə bir həqiqəti anladım-məhbus övladları da ataları ilə birgə yaşayır o zindan həyatını. İstədiyin anda qollarını atanın boynuna dolaya bilmirsən, o zaman nə fərqi var, məhbəsdəki sənsən, yoxsa, atan...

Görün, bu gün Azərbaycanda nə qədər insanlar günahsız yerə şərlənərək həbs edilib. Görün bu gün bu məmləkətdə nə qədər körpə ZİNDANDADIR, MƏHBUSDUR.

19755924 1147781215366295 1338244067 n

10 aylıq adsız Əbülfəzlabbas

Ötən həftə balaca Həsəni, körpə Əbülfəzlabbası bağrıma basanda bir anlığa uşaqlığıma qaytdım və zindandan evə dönən dədəmin qoxusunu duydum sanki.

Bu balacaların yol çəkən gözlərinə baxanda İraqdakı, Suriyadakı müharibə, partlayış səsindən xoflanan uşaqların baxışını gördüm. Nə fərqi var, burda da müharibə gedir, özü də daha şiddətli. Ədalətsizliyin tüğyan etdiyi bütün məmləkətlərdə hər gün partlayış, hər gün terror olur. Nə yazıq ki, bəzi qulaqlar “kardır”, bəzi gözlər “kordur”, “görmür”, “duymur” və etiraz etmir. Amma müharibə qurban tələb edir. “Karlara”, “korlara” isə xəbər ən sonda çatır və cəzaları daha şiddətli olur, hər iki dünyada...

 

Həsənlərin, hüseynlərin “NİYƏ” sualı

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı Nardaran əməliyyatında şərlənərək həbs edilən Tale Bağırzadənin ailəsinə baş çəkib. Yəqin bilirsiz ki, Tale Bağırzadə sübut olunmayan ittihamlara əsasən 20 il müddətinə azadlıqdan məhrum edilib. 20 il çox uzun müddətdir.

Tale Bağırzadə həbs edildikdən sonra dünyaya gələn oğlu Əbülfəzlabbas 20 ildən sonra atasının azadlıq mübarizəsini davam etdirəcək. Bu gün rəsmi qurumların hətta adından qorxduğu bu şirin körpə dil açıb atasını soruşacaq, həbs olunduğunu eşidəndə isə bir yekə NİYƏ sualını verəcək. Hə, o məşhur əsərdə deyildiyi kimi AXI NİYƏ?

19832774 1147781992032884 343326233 n

Hüseyn Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında

Amma bu gün o sualın hər gün narahat etdyi körpə qəlbləri var. Tale Bağırzadənin oğlu Həsən, Hüseyn və yüzlərlə həsənlərin, hüseynlərin kiçikli –böyüklü verdikləri NİYƏ sualı gətirəcək Zamanın SAHİBİNİ. O ana qədər gözləyək, ədalətin qələbə çaldığı günü. Axı biz gözümüzü açıb bu məmləkətdə nə zaman insan haqlarının, ədalətin olduğunu gördük ki...

 

Müaviyyələrin bitməyən Əbülfəzlabbas qorxusu 

10 aylıq Əbülfəzlabbas isə indidən qara qəlblərə qorxu, xof salıb. Belə olmasaydı, bu balacanı adsız qoyardılarmı?

2016-cı il iyulun 25-də dünyaya gələn Əbülfəzlabbasa bu adın verilməsinə Yasamal Rayon Qeydiyyat Şöbəsi imkan vermir. Qrum uşağa bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edib. İlahiyyatçının xanımı deyir ki, qrum Əbülfəzlabbasın adındakı “l” hərfinin bu adda artıq olduğunu iddia edir.

19832796 1147784902032593 1757517308 n

Leyla xanım danışdıqca bu qadındakı əzəmətə, dərin məntiqə, gənc olmasına baxmayaraq bu qədər zərbəyə əzmlə sinə gərməsinə mat qalıram. Hardandır bir qadında bu qədər qüdrət?

Xanım Zeynəb əleyhasalamın həyatı nümunə deyilmi?

Yəqin xatırladız tarixin yaddaşına həkk olan o məşhur səhnəni.

Kufənin cəllad valisi İbn Ziyad, Kərbəla müsibətində qardaşlarını  itirən xanım Zeynəbə xitab edərək deyir:  Gördünmü Allah sizə neylədi?

Xanım Zeynəb əleyhasalam onun cavabında buyurdu:

“Mən (Kərbəlada) yalnız gözəlliklər gördüm. Onlar bir dəstə idilər ki, Allah onlara mübarizəni vacib etmişdi. Onlar öz məqamlarına çatmaq üçün mübarizə etdilər”.

Leyla xanıma baxdıqca qulaqlarımda səslənirdi xanım Zeynəbin bu kəlamı. Bu Kərbəla məktəbidir. Bu zülmə dimdik dirənən, qanı ilə, şəhadəti ilə zülmlə döyüşən MƏKTƏBDİR!

Bu gün bu məmləkətə baxdıqca gözümüz bu gözəlliyi görür. Zülmlə döyüşən, namərdə boyun əyməyən, ŞƏHADƏTİ ilə döyüşənlər təkcə məmləkətimizi deyil, dünyamızı gözəlləşdirir.

Bu gənc xanımın, üç uşaq anası olan Leylanın da çətinliklərə mərdliklə dözməsi, üzündəki rahat ifadə içindəki gözəlliyin işığıdır. Xanım Zeynəbin yolunu tutanlar dünyada ancaq gözəllik görər. Bu gözəlliyin adı isə DÖYÜŞDÜR.

“Atama azadlıq!”

Nardaran işi məhkəmə prosesini izləməyə gələnlər Tale Bağırzadənin üç övladını da orda analarının yanında görüblər. Məhkəmə başlayan zaman Leyla xanım prosesi izləmək üçün iclasa girəndə uşaqlar çöldə analarını gözləyirdi. Bu uşaqlarla hamı kimi mən də məhkəmədə tanış oldum. İnsanın içini acıdan, gözlərini yaşardan mənzrədir. Amma bu mənzərə balaca Həsəni də Hüseyni də yaşından tez böyütdü. 

19755953 1147785258699224 229806886 n

Bu dəfə Hüseyni görə bilmədik. Kəndə aparmışdı nənəsi. Qapını bizə Həsən açdı. İçəri girəndə diqqətimi ilk çəkən divardan asılmış tablo oldu. Taxta çərçivənin içində Tale Bağırzadənin şəkli vurulmuşdu. Şəklin üstünə “atama azadlıq” yazılmışdı. Bu Həsənin əl işidir. Həsən bu balaca taxta parçasına, balaca əlləri ilə qəlbinin ən böyük arzusunu yazıb: ATAMA AZADLIQ!

Hər dəfə atasının adını çəkəndə üzünə qəribə təbəssüm qonur.

Həsən birinci sinifdə oxuyur. Şahmat oynamağı sevir. Hələ şahmat üzrə keçirilən yarışmada yer tutub, fəxri fərman da alıb.

19756248 1147785808699169 1033420816 n

Deyir, böyüyəndə hərbi həkim olacam. Bu uşaqda olan vətən sevgisinin mində biri Tale Bağırzadəyə vətən xaini damğası vuran məmurlarda olsaydı. Yoxdur. Olmayacaq da. Çünki bu sevgi genlə, qanla gəlir. Tale də vətənini çox sevir, ona görə azadlığını, bu ölkədə haqqın bərqərar olmasını istəyirdi və bunun uğrunda mübarizə aparırdı... Bu mübarizə bu gün də davam edir, sabah da edəcək... Tale Bağırzadənin məhkəmə iclasında dediyi hər kəlmə aforizmə çevrildi. Bundan böyük mübarizə...?

“Anadangəlmə hakim” yuxudadır...

Həsən balaca Əbülfəzlabbasdan danışır. Deyir ki, qardaşım böyüyəndə hakim olacaq: “Qardaşım anadan olandan işinə hakimlər baxır, o, anadangəlmə hakimdi”.

19758396 1147786098699140 564003487 n

Yuxudan oyanan Əbülfəzlabbas qonaqların gəlişinə sevinir. Elə bil tanıdığı, doğma adamları görüb, qollarını açıb Rövşən Əhmədlinin boynuna sarılır, qucağında oturub oynamağa başlayır.

Görüş zamanı bəlli oldu ki, Tale Bağırzadə bu gün evə zəng edib ailəsi ilə danışıb, dostlara, Hacı Rövşən Əhmədliyə salamını çatdırıb. Durumundan razılıq edib.

19858490 1147786752032408 1237069178 n

Rövşən Əhmədli Hacı Talehin ailəsini zülmə dirənişin simvolu adlandırdı: “Hacı Talehin ailəsi son 10 ildə azad, ədalətli, hüquqi dövlətin qurulması uğrunda mücadilə verən insanların çarəsizlik, həbs, işgəncə qorxusununa qələbəsi rəmzidi.

 

Torpaqlarımızın əsirlikdə qalması dərdinə,  canından artıq sevdiyi vətəndə saxta, qondarma ittihamlarla məhbəs həyatı yaşayan qeyrətli övladlarımızın ailələri qarşısında xəcalətli qalmaq iztirabı da əlavə olundu. Amma əminəm ki, heç bir cinayət cəzasız qalmayacaq!”

P.S

Bizi yola salmağa 10 aylıq Əbülfəzlabbas da çıxmışdı. Qollarını bərk-bərk Rövşən Əhmədlinin boynuna dolamışdı. Qığıldayırdı, gülürdü, nəsə deməyə çalışırdı. Amma onu bu qədər xoşbəxt edən səbəb var idi. Tale Bağırzadənin oğlu olmaq xoşbəxtliyi...

Arzu Abdulla

Çərşənbə axşamı, 18 Aprel 2017 13:53

Dolma müsibəti və türküçlərin boşboğazlığı

Yəni doğrudanmı bizim dolmadan başqa dəyərimiz yoxdur? Niyə bu ölkədə özünü millətpərəst, türkçü, vətənpərvər kimi qələmə verən, amma bunların heç birindən xəbəri olmayan kimlərsə ağızlarını yekə-yekə açıb dolmadan, "Sarı gəlindən" danışırlar? Belələri üçün dəyər ancaq dolmadırmı? Guya bu ölkənin və bu xalqın ancaq bacarıb ortaya çıxardığı dolmadır, dovğadır. 
 
Niyə bizim dovğa davası edən "millət keşikçiləri" bir dəfə eyni alovlu sözlərlə doğum evlərində savadsız həkimlərin öldürdüyü ana və uşaqların haqqını müdafiə etmir? Bizim "mən türkəm, rumdan-Çinə qədər türkündür" deyən və bu boş, mənasız sözlərlə xarici ölkələrdən qrant alıb keyf edən "türkçülər" niyə indiyə qədər ermənilərin "Nemezes" terror təşkilatının qətlə yetirdiyi Fətəli Xan Xoyskinin haqqını tələb etmirlər? Axı ermənilər yüz il bundan əvvəl soyuqdəymə nəticəsində sətəlcəm olub ölənlərinin soyqırıma uğradığını iddia edirlər. 
Dolma davası edənlərə daha bir sözüm var. Əslində "dolma bizim idi, ermənilər öz adına çıxardı" deyib dad-haray etməyin özü çox böyük rüsvayçılıqdır. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil azman cüssəli bir kişi balaca uşaq kimi gözlərini ovuşdurub ağlayır ki, əlimdə bir dolmam var idi, qorxaq, yalançı, bapbalaca qonşum başıma qapaz vurub əlimdən aldı. 
Bax, bu, əsl rəzillikdir. Sən nə gündəsən ki, "bir ovuc qorxaq" dediyin kəs əlindən hər şeyini alır-ananı, bacını, arvadını, qızını, oğlunu, atanı, vətənini, torpağını, tarixi abidələrini, mədəniyyətini, ata-ananın qəbrini  və alana qədər səsini çıxarmırsan, alıb aparandan sonra əsl qorxaq adamlar kimi qışqırmağa başlayırsan: "qoyma, apardılar". 
Bu, bilirsiniz, həm də nəyə bənzəyir? Sanki biri eybəcər uşağının üstünə özünə təskinlik vermək üçün göz muncuğu asıb. Əslində bu, təsəllidir. 
 
Amma bizim təsəlliyə ehtiyacımız yoxdur. Gerçəkdən Azərbaycana Tanrı o qədər sərvət verib ki, bunu yığıb-yığışdırmaq olmur. 
Əsrin əvvəllərində Bakıya neft iyinə gələn Nobel qardaşları Balaxanıda Qoturluq Xəstəxanası açırlar. Balaxanıda yerdən çıxan bulaqda bir dəfə çimən hər hansı dəri xəstəliyinə tutulmuş kəs o anda sağalır. 
 
Bu kimi əvəzsiz bulaqlar təkcə Balaxanıda deyil, Azərbaycanın çox bölgəsində var. Elə götürək, Astaradakı yanar suyu və ya Lənkəranda, Masallıda, Kəlbəcərdə, Naftalanda, Kürdəmirdəki İsti suyu, Zığ qəsəbəsində yerləşən Duzlu göl, Xaltan sularını.  Xarici ölkələrdən firma dərmanlarını gətirib zavallı xalqa sırıyanlar çox yaxşı bilirlər ki, bu firma dərmanlarının heç bir xeyri yoxdur. Daha ucuz və keyfiyyətli başa gələn müalicəni isə Tanrı bizə göndərib, özü də pulsuz, əziyyətsiz. 
 
Sanki uca göylərdən müqəddəs bir əl bir səbət şəfalı bulaqları, gölləri, çayları ölkəmizin üstünə səpib və bu müjdədən bütün bölgələrimizə pay düşüb. Bəs kimdir bizim ilahi payımızı yeyənlər? O kəslərdir ki, onlar bir dəstə "millətçi", "türkçü", "vətənpərvər" yetişdirib salıblar üstümüzə. Bu əslində baş qatmaq, gözdən pərdə asmaq üçün işlənmiş siyasətdir. Eynən Amerikanın siyasətinə bənzəyir. Gözümüzdən pərdə asırlar və bu pərdənin arxasında bizim hamımıza verilən sərvəti çırpışdırıb ciblərinə yığırlar. Pərdə çəkiləndə isə...
Ötənlərdə Bakı kəndlərindən birində yerləşən yüz illər yaşı olan tarixi abidələrdən birinin ətrafını bir məmur arvadı hasara aldırıb özü üçün əyləncə mərkəzinə çevirdi. Ona gözün üstə qaşın var deyən olmadı. Xalqımıza qarşı edilən bu vəhşiliyə bütün milətçilər, türkçülər, bütün xalqımızla birgə göz yumdular.
 
Bu olaylar o məmləkətdə baş verir ki, o məmləkətin insanları toyda oynamaq üstündə bir-birinə bıçaq çəkir, qanını tökür. Əslində qorxaq birisi bunu edə bilməz. Sadəcə, insanları siyasi-psixologiya deyilən və xalqdan gizlədilən bir üsulla əsl hədəfdən yayındırırlar. O zaman qan qardaşını bıçaqlayan anlamır ki, əslində bu bıçaq kimin ürəyinə saplanmalıdır? 
 
Bir dəstə ağıldankəm "qoçaqlar" isə hər gün İranı İsraillə Amerikanın nə zaman bombalayacağını gözləyir. Daha anlamır ki, onun uşağına zəhər yedirdən, təhsilini və məmləkətini viran qoyan İran deyil. Daha bu zavallılar anlamır ki, bu gün Azərbaycan təhsilini məhv edən kurikulum sistemini də ölkəmizə İran sırımayıb, Amerika sırıyıb. Kurikulum təhsil sistemi Amerikada yaradılmış və dünya ölkələrində təhsili sıradan çıxarılması üçün xüsusi olaraq hazırlanan sistemdir ki, Azərbaycan kimi ölkələrdə tətbiq etməklə xalqı məhvə sürükləyirlər.  
Tibbdə belə bir fikir var ki, dünyada heç bir xəstəlik yoxdur. Bütün xəstəliklərin başlanma səbəbi var-immun çatışmazlığı. Bütün problemlərin bir həlli var, hədəfi düz tapmaq. Bundan ötrü mütləq bəsirət gözünü açmalısan. Allah bu müqəddəs aylar xatirinə bəsirət gözünüzü açsın! İnşallah!
 
Arzu Abdulla

Sabah 8 mart qadınlar bayramıdı. Sabah qadınlar illərlə qayğı, sevgi görmədikləri (və ya tam əksinə...) yaxınlarından nəsə umacaqlar. Amma nəsə... Bu artıq zövq məsələsidi. Sabah heç bir qadın "niyə biz 8 mart gününü bayram edirik" sualını verməyəcək. Bəlkə bu sualı biz verək? Axı niyə məhz 8 mart?

Bəzi tarixi mənbələr iddia edir ki, güya 8 mart qadınların kişilərlə bərabər hüquqlu olması uğrunda aparılan mübarizənin təməl günü olub.

Əslində 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edib. Polis isə bu aksiyanı dağıdıb.

1908-ci il Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirib. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" olub. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə etdiyi üçün şüar seçilib.

Похожее изображение

Çörək və gül aksiyasına qoşulan dərzi qadınlar

1909-cu ildə isə Avropadakı qadınlar  fevral ayının son bazar gününü, fevralın 28-ni ilk dəfə qadınlar bayramı kimi qeyd ediblər. Bəs niyə görə, tarixdə məhz fevralın 28-i qadınlar bayramı kimi qalmadı?

Картинки по запросу klara zetkin

Klara Setkin

İndi bu tarixçəni diqqətlə oxuyun: 1910-cu ildə, Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında yəhudi mənşəli alman inqilabçısı Klara Eysner Setkin 1909-cu ildə Avropada qadınların qeyd etdiyi 28 fevralı deyil, 8 martı bayram günü kimi seçməyi təklif etdi və bu təklifi qəbul edildi.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəbi məhz Klara Setkinin anasının yəhudi olması ilə bağlıdır. Bu iddia isə daha çox ağlabatandır.

Yəhudi Klara Setkinin təklif etdiyi 8 mart günü, 1910-cu ildə yəni, onun təklif etdiyi ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Qeyd edək ki, yəhudi təqvimində Purim bayramının yeri dəyişir.

Картинки по запросу Полная история Пурима праздник

Pirum bayramı

 

“Şadyanalıq bayramı” mənasını verən Purim bayramı yəhudilərdə qadın ağlını və millətin özünümüdafiə haqlarını, xilasını simvolizə edir

İndi gəlin, Pirum, yəni qadın ağlı bayramının tarixçəsinə nəzər salaq. Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra yəhudilərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsməyiblər. Bu isə qədim persiyalıları (Persiya indiki İran-A.A) qəzəbləndirib. İran ordusunun baş komandanı Aman, Persiya imperatoru Kserksin (Kir) yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin məşuqəsi, yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir (bəzi tarixi mənbələrdə Etser) ərinin qəbul etdiyi qərarı 180 dərəcə dəyişdirməyə nail olur.

Картинки по запросу Полная история Пурима праздник

Kserks və məşuqəsi Esfir

 

O, içki gecəsi düzənləyir və həddən artıq içkili komandan Amanın öncədən hazırlanmış plana uyğun olaraq onun üstünə aşmasına şərait yaradır. Amanı məşuqəsinə qısqanan sərxoş Kserks gecəynən onun boynunun vurulmasını əmr edir.

Esfir əlinə düşən fürsətdən sonacan yararlanır. O, sərxoş hökmdardan  Amanın bütün ailəsini məhv etmək səlahiyyətini alır.  Esfir nəinki Kserksi yəhudiləri qırmaq fikrindən daşındırır, hətta içkili imperatoru  yəhudilərə qarşı çıxan hər kəsin ölümünə fərman verməyə vadar edir.

Eyni zamanda Kserks bu işi Esfirə və Mardoheyə tapşırır. Yəhudi təqvimi ilə 13 Adar tarixində (milad təqvimi ilə martın əvvəlinə düşür) imperiyanın 127 vilayətinə Mardoheyin və Esfirin tərtib etdiyi hökmdar fərmanı yetişir.

Bu fərmana əsasən yəhudilərə özlərini müdafiə etmək, onlara qarşı çıxan hər kəsi ailəliklə məhv etmək və əmlakına sahib çıxmaq izni verilir.

İki gün ərzində vilayət hakimləri və satraplar hökmdar fərmanını icra edərək yəhudiləri qoruyur, eyni zamanda yəhudilərə silah və ixtiyar verir ki, istədikləri adamı öldürüb, əmlakına sahib çıxsınlar.

Картинки по запросу Полная история Пурима праздник

İsraildə Pirum bayramı

Yəhudilər özlərinin bütün düşmənlərini qadınına, qocasına, uşağına baxmadan kütləvi şəkildə, vəhşicəsinə qırırlar. Bir-iki günün ərzində yəhudilər 75 minədək pers öldürür, ən varlı perslərin bütün var-dövlətləri isə yəhudilərin əlinə keçir.

Bu zəfəri yəhudilər hər il 15 Adar tarixində təmtəraqla qeyd etməyi qərara alırlar. 1910-cu ilə yəni yəhudi Klara Setkinin 8 mart günün bütün dünyada qadınlar bayramı günü kimi qeyd etməyi təklif etdiyi ildə 15 adar məhz bu tarixə-8 mart tarixinə düşmüşdü.

8 mart qadınlar bayramı əslində illərdir ki özündə qan, amansızlıq və vəhşət dolu bir tarixi yaşadır.

Purim bayramında yəhudilərin “birnəfəsə” adlı bir adəti var. Bu ayin zamanı Esfirin əmri ilə Amanın eyni vaxtda dara çəkilmiş on övladının adları birnəfəsə çəkilir.

Картинки по запросу Полная история Пурима праздник

Hazırda bizim supermarketlərdə satılan bir şirniyyat da var ki, bu məhz amansızlıqla öldürülən Amanın işgəncə verilərkən kəsilən qulaqlarını ifadə edir. Bu bayramda xüsusi olaraq hazırlanan “ozney Aman” (Amanın qulağı) üçkünc şirniyyatını Pirum bayramında hər kəs yeməlidir. Tarixdə ilk qulaqkəsənlər də məhz yəhudilər olur.

 

10-datos-sorprendentes-sobre-la-historia-de-la-fiesta-judía-Purim-Photo6

Amanın qulaqları şirniyatı

 

Bu da 8 mart bayramının tarixçəsi. Bir yəhudi qadın ərini aldadır və soydaşlarını xilas edir, on minlərlə günahsız körpəni, qadını, insanı qətlə yetirir, digər yəhudi qadın isə bunu tarixin yaddaşına köçürmək üçün əbədiləşdirir.

Odur ki, əziz oxucular, Siz hər il yəhudilərin xilasını, minlərlə körpənin, günahsız insanın qətliamını bayram etməkdənsə, özəl bayram günləri seçin. Axı dünyadakı bütün qadınlar eyni gündə qadınlıq hissini, qadınlıq səadətini yaşamır. Bu hər kəsin həyatında özəl günlərdə baş verir. Bax elə həmin günü əbədiləşdirin, hiyləgər Esfirin yəhudiləri xilas etdiyi tarixi isə unudun!

Arzu Abdulla

Картинки по запросу Пурима праздник

Картинки по запросу уши амана

Картинки по запросу Полная история Пурима праздник

Похожее изображение

Картинки по запросу Полная история Пурима праздник

Картинки по запросу Полная история Пурима праздник

Bazar, 15 Yanvar 2017 16:06

Qovun, qovun, o inəkləri!

O zaman uşaq idim, yaddaşım çox güclü idi. Yəni ətrafda baş verənlər ən kiçik detallarına qədər beynimə hopduğu kimi göz yaddaşımı da işğal edirdi. Məsələn, dədəmin, sovet dönəmində “Lenin kanalı”, müstəqillik zamanında isə “Ana kanal”a çevrilən məkandan tutduğu çox iri balığı və o anın sevincini unuda bilmirəm. Hətta bu ovda iştirak edənlərin hamısının paltarının rənglərini də xatırlayıram. Bütün məhəllə uşaqları balıq ovunu müşahidə edirdi. Hamıdan çox mən sevinirdim. Ovumuz uğurlu olmuşdu deyə...

Ov lap ilk insanın ilk məşğuliyyətlərindən olub. Mağara insanları (hətta mağara insanları) ovları daha uğurlu alınsın deyə, bir yerə cəm olar və bir yerdə plan cızardılar. Birlik və səmimi həmrəylik əliyalın insanların iri mamontları ovlamasına səbəb olurdu.

Əliyalın insanlar günlərlə meşədə mamontu güdər, onun yollarını təyin edər və bu iri, təhlükəli heyvanın yolunun üstə dərin quyu qazardılar. Bu quyuqazma işi günlərlə, bəzən həftələrlə çəkərdi. Gərək olduğu qədər dərinlik alınanda isə bütün qəbilə birlikdə, uşaqlı-böyüklü, qadınlı-kişili mamonta hücum çəkər və onu öncədən qazdıqları quyuya tərəf qovardılar. Bu qədər insanın birgə hayqırtısından, üsyanından, hücumundan hovlanan mamont özünü ona qazılmış quyuya atardı. Artıq quyuya düşmüş mamontun sonuna çıxmaq çətin deyildi. Mağara insanları onun başına iri daş-kəsəklər vurar və öldürərdilər. Birliyin, inamın qarşısında dağ dözməz, onda qalmış mamont ola.

Uşaqlıq illlərimdən bu günə qədər tez-tez xatırladığım və çox gülməli olan bir mənzərəni heç unuda bilmirəm.

Kənddə böyüyənlər bilir ki, səhər şehli havada heyvanları yoncalığa sürmək olmaz. Çünki heyvan yoncadan yeyib köpüb partlayır. Buna “yoncaya düşüb” deyirlər. Əgər yoncanı yedikdən sonra üstündən su da içsə həmin dəqiqə ölər. Odur ki, heyvan əgər yoncaya düşübsə, onu mütləq qovmaq lazımdır.

Deməli, bir yay səhəri bizim Qara adlı inəyimiz də yoncaya düşdü və o səhər baş verənlər uşaqlıq yaddaşıma hopdu.

Kənd adamları bir-birinin xeyirnə -şərinə tez qaçar. Eləcə də, bütün qonşular, uşaqlı-böyüklü, qadınlı-kişili və itli pişikli bizim inəyi qovurdu. Hamı qovur, inək qaçır, hamının qaçdığını görüb, səs-küyü eşidən itlər də bu qovhaqova qoşulub möhkəmdən hürüşürdülər. Bax beləcə, Qaranın köpünü aldılar. İnəyin köpü çıxdıqdan sonra o da, onu qovanlar da sakitləşdi.

Artıq köpü çıxmış inək insanlara baxıb, yazıq-yazıq töyşüyürdü Sanki qarnındakı köp, hava deyil, canını təslim etdiyi cin-şeytandan xilas olmuşdu və insanlara minnətdarlıq edirdi.

Bütün bunları düşünəndə yadıma Azərbaycanın qudurmuş məmurları düşür. Axı onlar da köpüb. Yerigəlmişkən, yoncanı çox yeyən heyvan zəhərlənir. Bəli, bizim bəzi məmurların zəhəri o qədər artıb ki hər kəlməsində xalqı aşağılayır, acılayır. Çünki arpaları, bağışlayın, yoncaları artıq düşüb.

Özünü xəlvəti yoncalığa salıb, partlayana qədər tıxayan inəklərə bənzəyən şüursuz və acgöz məmurlardan xilas olmaq üçün onları qovmalıyıq.

Amma qovmadan öncə, biz özümüz ayağa qalxmalıyıq. Oturan, özü də illərlə yerə yapışmış kimi yerində qalan insanlar mütləq ayağa qalxmalı və bundan sonra birləşməlidir. Çünki köpmüş heyvan canının ağrısından tək adamı buynuzuna alıb, ayaqları altına salıb məhv edir.

Qulağıma o qovhaqovun səsləri gəlir. Bəli, hamı qışqırırdı, hamı Qaranı qovurdu. Qovun, qovun, qovun!

Bu ölkənin bütün sərvətini oğurluq yonca kimi basıb yeyən harın məmur sürüsünü qovmalıyıq. O qədər qovmalıyıq ki, onların harınıdan köpləri çıxsın, o qədər qovmalıyıq ki, bəsirət gözləri açılsın və dünyada qarından, puldan başqa da dəyərlərin olduğunu görsünlər, anlasınlar. O qədər qovmalıyıq ki, bir daha xalq malına göz dikməsinlər.

O qədər qovmalıyıq ki, ruhlarını işğal etmiş iblis də bizim “Qovun!” hayqırtımızdan qorxub qaçsın. O zaman bu zavallılar da qurtulacaq və ölkə rahat nəfəs alacaq.

Yetər ki, bir olaq və inamlı olaq. O zaman harınlamış məmur da olmaz, Haydı, QALXAQ-BİRLƏŞƏK VƏ QOVAQ, QOVAQ, QOVAQ!

 

Arzu Abdulla

VETENUGRUNDA.AZ

1 -dən səhifə 3
Top
JoomlaLock.com All4Share.net