12 iyun 2019-cu il tarixində, Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin YAP Gənclər Təşkilatının sədri Kəmalə Fərəcovanın təşəbbüsü və məktəb kollektivinin maddi və mənəvi dəstəyi ilə xeyriyyə aksiyası həyata keçiriləcək.
Aksiya zamanı Əmək və Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonunda yerləşən 2 saylı sosial xidməti evi ziyarət ediləcək və xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif hədiyyələr təqdim olunacaq.
Tədbirdə Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının prezidenti Rövşən Quliyev, Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri, Əsgər Ailəsi Cəmiyyətinin sədr müavini Elmar Hüseynov da iştirak edəcək, uşaqlara mənəvi dəstək nümayiş etdirəcəklər.
Ziyarət zamanı uşaqlara xoş və əyləncəli anlar yaşadılması da nəzərdə tutulur.