Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşəbbüsü ilə yeni təsis olunmuş “ZƏFƏR” amputant futbol komandası yaxın günlərdə ilk təlim-məşq prosesinə start verəcək.
Komandanın formalaşdırılması ilə bağlı bütün hazırlıq işləri başa çatdırılacaq və bu mərhələ amputant futbolunun Azərbaycanda inkişafı üçün mühüm bir addım olacaq.
Məşq prosesi zamanı komanda üzvləri peşəkar hazırlıq proqramına cəlb olunacaq, fiziki və taktiki baxımdan formalaşdırılacaq.
İlk məşqlər çərçivəsində federasiyanın rəhbəri Rövşən Quliyev, Abşeron rayonu Gənclər və İdman İdarəsinin rəhbəri Əsgər Əmirəliyev, eləcə də federasiyanın yaradılmasında əməyi olan Elmar Hüseynov və Anar Məmmədov komandaya dəstək mesajlarını çatdıracaqlar və onlara uğurlar arzulayacaqlar.
Komandanın gələcəkdə yerli və beynəlxalq turnirlərdə çıxış etməsi planlaşdırılır.