Neftçalanın icra başçısı İsmayıl Vəliyev kimdir?
Featured

20 Fevral 2020

2020.02-20 tarxində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçalanın İcra Hakimiyyətində yoxlamaya başlaması haqqında məlumat yayıldı.

Rəsmi olmayan xəbərlərdə Neftçalanın icra başçısı "Vətənə Xidmətə görə" ordeni ilə təltif edilmiş İsmayıl Vəliyevin və müavininin rüşvət alarkən DTX tərəfindən tutulduğu deyilir.

Vetenugrunda.az Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin tərcümeyi halını təqdim edir: 

İsmayıl Vəliyevin həyat yoluna nəzər salanda bəlli oldu ki, bu adam vəzifəsiz qalmayıb. Bütün dönəmlərdə vəzifə başında olub. 

Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğlu olan icra başçısının FH naziri Kamaləddin Heydərovla yaxın qohum olduğu deyilir.

İsmayıl Vəliyev 1959-cu il 31 oktyabrda Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. O, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər (Şirvan şəhəri) Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

1991-1992-ci illərdə "İlk Bank" səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie" səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini vəzifəsində çalışıb.

29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz" məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. 24 avqust 2005-ci ildə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 26 aprel 2011-ci ildə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

Top
JoomlaLock.com All4Share.net