Almaniyada Xocalı soyqırımına həsr edilmiş sərgi keçirilib

22 Fevral 2020

21.02.2020-ci il tarixində Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak edib.

Ferid Mesediezizli adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net