Bakıda polisi qardaşı qətlə yetirdi
Featured

27 Fevral 2020

Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanov öldürülüb.

Hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü Anar Ramazanovu birgə yaşadığı mənzildə 28 yaşlı qardaşı Araz, aralarında yaranmış mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib.

A.Ramazanov bölmədə sürücü işləyirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.

Top
JoomlaLock.com All4Share.net