"Gəncə işi" məhkəməsi: Sifarişli qərar, qanunları pozan hakim...
Featured

29 Fevral 2020

Fevralın 28-də "Gəncə işi" üzrə daha bir qrupun Apellyasiya məhkəməsi başa çatdı.

Vetenugrunda.az-ın m əhkəmə sədrinin aqressiv münasibəti iştirakçıların diqqətindən yayınmadı. Oktay Hüseynzadənin vəkili Xaliq Huseynov müvəkilinə söz soruşmaq üçün yaxınlaşmaq istəyəndə Əlizamin Abdullayev vəkilin üstünə qışqırıb "sən otur yerində" dedi. Vəkil sədrə qanunazidd hərəkət etdiyini xatırlatdıqca sədr daha möhkəm səslə qışqırmağa başladı. Xaliq Hüseynov sona qədər tələbinin üstündə durdu və nail oldu. Lakin məhkəmə sədrinin sona qədər pərtliyini və aqressiyasını gizlədə bilmədi.

Hər zaman olduğu kimi məhkəmə zalında mikrafonlar ya işləmirdi, ya da işlətmək istəmirdilər. Sədrin, vəkillərin, prokuror Ceyhun Əliyevin səsi çox çətinliklə eşidilirdi.

Ceyhun Əliyev istintaq materialını başdan -ayağa pıçıltı ilə oxudu. Ona dəfələrlə səsinin eşidilmədiyii bildirsələr də mikrafonu açmadı. Dövlət ittihamçısı çıxışının sonunda cəzların artırılmasını istədi.

Təqsirləndirilən şəxslərin vəkilləri danışdıqca bəlli oldu ki, istintaq tam qanunsuz, işgəncə altında keçirildiyi kimi, Sabunçu Rayon Məhkəməsində də eyniylə davam edib. Belə ki, tələb edilən kamera görüntüləri məhkəməyə təqdim edilməyib. Üstəlik, ekspertiza rəyləri həqiqəti əks etdirməyib.

Rauf Bayramov və oğlu Hüseyn Bayramovun vəkilləri və ümumilikdə qrupun bütün üzvlərinin günahsız olduğunu və bəraətini tələb etdilər.

Vəkil Xaliq Hüseynzadə çıxışında üzünü sədrə tutub bildirdi ki, protokollarla tanış olsa da nə şəklini çəkməyə, nə də götürməyə icazə verilməyib: "Protokol məhkəmədə sübut hesab olunur. Siz mənə bu sübutu əldə etməyə imkan vermədiniz. İkincisi, Oktay Hüseynzadənin İranda olması ittihamı ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərdim. Cavabda bildirldi ki, istintaq materialında göstərildiyi tarixdə Oktay İranda olmayıb. Məhkəmənin Sərhəd Xidmətinə göndərdiyi eyni sorğuya verdiyi cavab mənə göndərdiyi cavabın tam əksi oldu. Bu necə ola bilir?"

X.Hüseynov prokurorun istintaq işindən xəbərsiz olduğunu bildirdi: "İstintaq işindən xəbəriniz yoxdur. Materialı oxuduğunuz zaman əlaqləndirə bilmədiniz. Hər şeyi bir-birinə qarışdırdız"

Vəkil onu da dedi ki, məhkəmənin ədalətli qərar verəcəyinə bütün ümidini itirsə də müvəkkilinə bəraət istəyir.

İkinci müşavirədən qayıtdıqdan sonra sədr qərarı açıqladı. Qərara əsasən Gəncə Apelyasiya Məhkəməsinin hakimi  Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi ilə keçirilən prosesdə Oktay Hüseynzadə və digərlərinin təmsil olunduğu qrupun üzvlərindən Abbas Abbasovun və Elşən Məmmədovun işindən (7 il) 2 il götürüldü. Digərlərinin haqqında Gəncə Ağır Cinayətlər məhkəməsinin (Sabunçu rayon məhkəməsində) 09-19-2019 tarixində çıxardığı hökm qüvvədə qaldı. 

Hüquq müdafiəçisi Əlövsət Sadıqlı məhkəmənin sifarişli qərar verdiyini bildirdi
Top
JoomlaLock.com All4Share.net