Hacı İlham Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsi yaradıldı
Featured

03 Mart 2020

 Azərbaycanın tanınmış ziyalıları və din xadimləri Hacı İlham Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsində birləşdi

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədr əzəvzi, ilahiyyatçı alim Hacı İlham Əliyevin həbsi ilə bağlı toplantı keçirildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbirdə tanınmış ruhanilər, keçmiş siyasi məhbuslar, media nümayəndələri, ictimai-siyasi fəallar və ziyalılar iştirak edib. Tədbirdə Hacı İlham Əliyevin saxlanılması və barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi məsələsi müzakirə edilib. İştirakçılar Hacı İlham Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin yaradılmasını təklif ediblər. Komitəyə AİP funksioneri Akif Heydərli sədrlik edəcək.

Komitə Hacı İlham Əliyevin həbsi ilə bağlı ilk etiraz bəyanatını səsləndirib. Akif Heydərli bildirib ki, etiraz bəyanatı tam mətni ilə ictimaiyyətə açıqlanacaq. Bundan əlavə Komitənin növbəti toplantısında ölkənin digər ictimai-siyasi xadimlərinin iştirakının təmin olunması məqsədi ilə, üzvlük açıq saxlandı.

Tədbirdə DEVAMM sədri, ilahiyyatçı filosof İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənli, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, AİP funksioneri Akif Heydərli, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev,  Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl, AİP funksionerləri və komitə rəhbərləri, eləcə də digər şəxslər çıxış etdi.

Top
JoomlaLock.com All4Share.net