"Yerində dövlət qaldı, bir də üçrəngli bayraq"
Featured

06 Mart 2020

M.Ə.Rəsulzadənin oğlu, "əksinqilabi fəaliyyətinə görə" 1938-ci ildə martın 5-dən 6-na keçən gecə 24 yaşında güllələnmiş Rəsulun zindanda yazdığı şeiri.

Vetenugrunda.az Rəsul Rəsulzadənin şeirini təqdim edir:

"İndi mənim üzümə
bütün qapılar bağlı.
Adım Rəsuldur mənim,
Məhəmməd Əmin oğlu.
Zindan da məzar kimi
qaranlıq və soyuqdur.
Öldü sonuncu ümid,
daha sabah da yoxdur.
Burdakı harayımı
heç allah da eşitməz.
Elə küsüb gedərəm,
məzarım da bilinməz.
Atam qürbətdə, anam
çarəsiz, gözü yolda.
Ürəyimdən keçdilər
son anda, dar macalda.
Elə alışıb yandıq,
sönmədi ki, bu ocaq.
Yerində dövlət qaldı,
bir də üçrəngli bayraq".
(Şeiri Rəsulzadələrin biblioqrafı, tədqiqatçı Nəcibə xanım Bağırzadə paylaşıb). 

Top
JoomlaLock.com All4Share.net