Xurşidbanu Natavanın abidəsinə çirkab atdılar-BELÇİKADA
Featured

10 Mart 2020

Azərbaycanın ictimai xadimi, şairə Xurşidbanu Natavanın Belçikanın Vaterlo şəhərindəki abidəsini pis hala salıblar.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu məlumatı Xudafərin jurnalının redaktoru Elman Mustafazadə sosial şəbəkədə paylaşıb: "Bir az əvvəl aldığımız məlumata görə, Belçikanın Vaterlo şəhərində Azərbaycan şairi Natavana qoyulmuş abidə sözün əsl mənasında vandalizmin qurbanı olub.

Şübhəsiz ki, abidə düşmənlərimiz tərəfindən bu hala salınıbş İndi söz diplomatik korpusumuzun və diasporumuzundur".

E.Mustafazadə onu da vurğuladı ki, Belçikada Qarabağ şahzadəsi, şairə Xurşidbanu Natavana qoyulan abdənin ətrafında təhülkəsizlik kamerası olmayıb: "Bu abidəni 24 saat kamera ilə izləmək üçün Belçika polisinə ayda 100 avro ödəmək lazımdır. Bütün dünyada kilsələri, heykəlləri təmir etdirən Azərbaycan hökuməti niyə görə bu kameraya ehtiyac duymadı? Axı biz erməni kimi vandallarla düşmənik. Bu gözələnilən idi".

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın xatirəsinə qoyulmuş abidənin açılışı 2016-cı il fevralın 18-də baş tutub.

Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.

Heykəli Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev hazırlayıb.

Top
JoomlaLock.com All4Share.net