Milli Məclisin spikeri və komitə sədrləri seçildi
Featured

10 Mart 2020

VI çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında spiker və parlament komitələrinə sədr seçilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrliyinə namizədliyi sürülən, 2010-cu ildən deputatlıq edən Sahibə Qafarova bu gün keçirilən iclasda spiker seçilib.

 Adil Əliyev Gənclər və idman komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri seçiliblər.

Top
JoomlaLock.com All4Share.net