Təhsil Nazirliyi teledərslərə start verir-VİDEO
Featured

10 Mart 2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi teledərslərə başlayır

"Əziz şagirdlər, hörmətli valideynlər,

Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında "Dərs vaxtı" adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini "Mədəniyyət" kanalının ekranı qarşısında gözləyəcəyik. Artıq müstəqil öyrəmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə həftədə 2 dəfə görüşəcəyik.

İbtidai siniflərlərdə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi", "Təsviri incəsənət", "Xarici dil", 5-11-ci siniflərdə isə "Azərbaycan dili", "Riyaziyyat", "Xarici dil", "Tarix", "Coğrafiya", "Kimya", "Fizika", "Biologiya" fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Əziz şagirdlər!

Dərs cədvəlinə diqqət edin, dərsinizi "Dərs vaxtı"nda öyrənin. Unutmayın ki, öyrənmə yalnız sinif otağında deyi, ekran qarşısında da mümkündür.
"Dərs vaxtı"nda həftənin 5 günü sizinləyik! "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər".

Top
JoomlaLock.com All4Share.net