Vəkili Elvin Mürvətoğlu ilə görüşüb-VİDEO
Featured

17 Mart 2020

Şair Elvin Mürvətoğluna (Muradov) qarşı qanunsuz odlu silah saxlama ittihamı irəli sürülüb

Müsəlman Birliyi Hərəkatının üzvü, şair Elvin Mürvətoğlu martın 17-də vəkili ilə görüşüb.

Bu barədə Vetenugrunda.az-a şairin vəkili Nazim Musayev məlumat verib: "Elvin Muradovla görüşdüm. Səhhəti, ovqatı yerindədir. Narahat olanlara salamını çatdırmağımı xahiş etdi".

Qeyd edək ki, Elvin Mürvətoğlunu martın 13-də saxlayıblar. İki gün sonra Bakı İstintaq Təcridxanasına köçürüblər.

Elvin Mürvətoğluna qarşı Cinayət Məcəlləsinin 228-ci maddəsinin (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) irəli sürülüb.

Yaxınlarının vetenugrunda.az-a dediyinə görə Elvin Mürvətoğlunun saxlanılmasına səbəb Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Taleh Bağırzadə və digər siyasi məhbuslar haqqında mahnı bəstələməsi olub.

Top
JoomlaLock.com All4Share.net