Gürcüstan "Qırmızı körpü" sərhəd-keçid məntəqəsini açdı
Featured

22 Mart 2020

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

"Sputnik Gürcüstan"ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.

Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək.

Bildirilir ki, məhdudiyyətlər bütün nəzarət-buraxılış məntəqələri boyunca gün ərzində yük daşımalarına təsir göstərməyəcək.

Qeyd edək ki, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb.

Martın 14-dən etibarən Gürcüstanla Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Top
JoomlaLock.com All4Share.net