Vitse-spiker gənclərə müraciət etdi: Təklif verin!
Featured

24 Mart 2020

Milli Məclisin vitse-spikeri Adil Əliyev ölkə gənclərinə müraciət edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, gəncləri daim çalışmaqda olan düşmənlə mübarizədə aktiv olmağa, məqsədli şəkildə fəaliyyətə, dövlətimizi qorumağa çağırıb: 

"Əziz gənclər, dövlətimizi gücləndirmək üçün qarşımızda mühüm vəzifələr dayanır. düşmənlə informasiya müharibəsinin önündə məhz gənclər dayanır. İşğalçı ilə informasiya müharibəsinin effektivliyini artırmaq üçün yaradıcı ideyalara ehtiyac var. Çünki düşmən boş dayanmır, Azərbaycanın informasiya məkanına dezinformasiyalar ötürür və bu milli təhlükəsizlik probleminə çevrilir. Əlbəttə, dövlətin müvafiq strukturları kənardan ötürülən yalan xəbərlərlə mübarizə aparır. Ancaq bu işdə gənclərin, o cümlədən jurnalistlərin və siyasi ekspertlərin üzərinə də mühüm vəzifələr düşür.

Qüvvələrimizi birləşdirməklə həm informasiya məkanımızı yalançı xəbərlərdən qorumalı, həm də düşmənə bu cəbhədə lazım zərbələr endirməliyik. Azərbaycana qarşı aparılan və böhtan üzərində qurulan informasiya kampaniyalarını neytrallaşdırmalı və işğalçıya qarşı çevirməliyik. Bu sahədə də yeni fikirlərə ehtiyac var.

Əziz dostlar, gənclər haqqında qanunvericilikdə xüsusi olaraq nələrin ehtiva olunmasını istəyirsiniz? Hansı tədbirlər görülməlidir ki, ölkəmizdə müxtəlif könüllülər hərəkatları formalaşsın, gənclər asudə vaxtlarını səmərəli keçirsinlər, sosial layihələrdə iştirak etsinlər və bu yeni iş yerlərinin yaradılmasına imkan versin, informasiya məkanımızı böhtandan və şər kampaniyasından necə qoruyaq? Təkliflərin və təşəbbüslərin sayının çox olacağını nəzərə alaraq ideyalar bankının yaradılmasını zəruri hesab edirik. Bu məqsədlə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanı yaratdıq. Təkliflərinizi gözləyirik".

Top
JoomlaLock.com All4Share.net