Koronavirusla Mübarizəyə 60 milyon manat vəsait köçürülüb
Featured

25 Mart 2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin şəffalığı və onlayn qaydada yenilənməsi Azərbaycan üçün ilk və olduqca mühüm addımdır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, köçürmələr anbaan yenilənir və siyahıda maraqlı adlar və onların köçürdüyü məbləğlər də diqqəti cəlb edir.

Prezident İlham Əliyev indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 milyon manat vəsait daxil olduğunu bildirib.

Fiziki şəxslər sırasında köçürmə edən məşhurlar sırasında Prezident və Birinci vitse-prezidentdən sonra yüksək məbləğ köçürən tanınmışlardan biri də Mircəlal Hafiz oğlu Paşayevdir – 100 min.

Şamil Heydərov (Karqo Şamil) də 100 minlə ən çox ödəyənlər sırasındadır.

Əli Əsədov (Baş nazir) – 3.600 manat,

Şahin Mustafayev (Baş nazirin müavini) - 3090 manat,

Mədət Quliyev – Müdafiə Sənayesi naziri – 17,165 manat,

Ceyhun Bayramov (Təhsil naziri) - 10 min,

Elman Rüstəmov – 6800 manat,

Aftandil Babayev (Mərkəzi Bank sədrinin müavini) - 2,500 manat,

Əli Həsənov (Sabiq baş nazir müavini) - 5 min dollar,

Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) - 10.460 manat,

Mübariz Qurbanlı (Dini İşlər üzrə Komitənin sədri) - 2500 manat,

Mübariz Əhmədzadə (Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı) - 2 min və s. köçürüblər.

Diqqəti çəkən ianə ödəyənlərdən biri də general Kərəm Mustafayevdir – 6686 manat.

Millət vəkilləri Ziyafət Əsgərov (4 min),

Nizami Cəfərov (3.500),

Qənirə Paşayeva (2.800),

Zahid Oruc və Qüdrət Həsənquliyev (hərəsi 500),

Röya Ayxan 10 min,

Mənsum İbrahimov min manat,

Aparıcı Zaur Baxşəliyev də 3 min manat,

Milli Məclisin 3-cü çağırış deputatı Çingiz Əsədullayev 10 min manat,

Sabiq deputat Nazim Bəydəmirli 1 (bir) manat,

Yazıçı Yunus Oğuz 5 (beş) manat,

Qeyd edək ki, kiçik məbləğlər ödəsələr belə, əslində, bu kampaniyaya qoşulduğunu nümayiş etdirən və dövlətimizin koronavirusla mübarizəsinə ictimai dəstək verən tanınmışlar da, sadə vətəndaşlarımız da kifayət qədərdir.

Top
JoomlaLock.com All4Share.net