Mübariz Mənsimov klinikaya köçürülüb
Featured

26 Mart 2020

"Türkiyədə həbs olunmuş işadamı Mübariz Mənsimov səhhətində ciddi problemləri olduğuna görə martın 25-dən 26-na keçən gecə özəl klinikalardan birinə köçürülüb".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə M.Mənsimovun Hüquqlarının Müdafiə Komitəsindən məlumat verilib.

Məlumata görə, M.Mənsimov düz 10 gün aclıq aksiyası keçirdiyinə görə səhhətində ciddi problemlər yaranıb. "Həbsxanadan özəl klinikaya köçürülüb. Yəqin ki, ona süni qidalanması üçün sistem qoşacaqlar. Mübariz bəyin özəl klinikaya köçürülməsi azadlığa buraxılması demək deyil", - Komitədən vurğulanıb.

Komitədən bildirildiyinə görə, bu qərar rəsmi qurumlarla razılaşdırılıb və işadamının üzərində mühafizə qalır.

Bu məlumatı, hələlik, Türkiyənin rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu il martın 15-də həbs olunub. Türkiyə məhkəməsi martın 17-də FETÖ istintaqı çərçivəsində saxlanılan Mübariz Mənsimov barəsində həbs qərarı verib.

Mübariz Mənsimov haqqında qaldırılan ittihamlarla razılaşmır, şərləndiyini iddia edir.

Top
JoomlaLock.com All4Share.net