Manat yenə "öləcək"
Featured

04 Mart 2020

İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə facebook sosial şəbəkəsində məlumat verib: 

"Keçən ilin noyabr ayından 2020-ci ilin fevralın 1-nə qədər olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib - fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb.

Valyutada olan əmanətlərin azalmasına səbəb valyuta əmanət faizlərinin azalmasıdlr, manatla əmanətlərin az da olsa artması səbəbləri isə məzənnənin inzibati qaydada 2 ildən çoxdu sabit qalması, manatla əmanət faizlərinin nisbətən yüksək olması və bütün əmənətlərin sığortalanması haqqında hökumətin verdiyi qərar idi.

Sabah, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığortanın müddədi bitir - hökumətdən heç bir açıqlama, mövqe yoxdur. Neftin qiyməti düşür, bu gün 52 dollar civarındadı. Hələki OPEC və Rusiya sözlü müdaxilələr və hasilatın daha da azaldılması nağılları ilə qiyməti 55 dollar civarında tutmağa çalışır. Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidi - çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq, hətta virus təhlükəsi yaxın 2 ayda nazarət altına alınsa belə dünyada iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək.

Belə bir vəziyyətdə zatən manata basqılar artır, təbii ki, hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.

Qısası, hökumət bu illər ərzində çox primitiv, dayanaqsız, xarici şoklardan və neftdən təhlükəli həddə asılı olan bir iqtisadi model qurub və hamımızı bu bəsit modelin girovuna çevirib. Əgər sabah əmanətlərin tamamının sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zatən zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq. Banklar onsuz da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, kassa rolunu oynayırlar - depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar, 21-ci əsrin bankı kassa olmur, investisiya mərkəzinə, fonduna çevrilirlər.

Prezident hər dəfə deyir ki, bizdə kommersiya, istehsal kreditləri azdı - amma bu nəticədi, səbəb isə odur ki, bu ölkədə investor sabahına güvənmir, qanunlar işləmir, məhkəmələr ədalətli deyil, məmur bizneslə diffuziya əlaqəsinə girib - ona görə də investor yoxdur, alverçi var, bu gün al, bankla danış, istehlak krediti ilə sabah sat və qazan - vəssalam. Və günah iş adamında deyil də, sistemdə, iqtisadiyyatı əmrlə, zorla idarə etməyə çalışan hökumətdədir...

Top
JoomlaLock.com All4Share.net