Azərbaycan Türkiyə ilə sərhədlərini bağladı
Featured

14 Mart 2020

Əliyev və Ərdoğan Türkiyə ilə Azərbaycan arasında səfərlərin müvəqqəti dayandırılması barədə razılığa gəldilər
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

Top
JoomlaLock.com All4Share.net