Jurnalist Əfqan Muxtarlı azadlıqda
Featured

18 Mart 2020

O, həbsxanadan birbaşa Almaniyaya göndərilib

Martın 17-də jurnalist Əfqan Muxtarlı həbsdən azad edilib. Onu həbsxanadan birbaşa Almaniyaya yola salıblar. 

Qeyd edək ki, Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oğurlanıb. Bir gün sonra onun Azərbaycanda həbs edildiyi bəlli olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, jurnalist məhkəmə zamanı bildirib ki, onu Tbilisidə, evinin yaxınlığında saxlayıb, başına torba keçirib zorla maşına basıb sərhədi keçiriblər. Cibinə 10 min avro pul qoyub, şərləyiblər. Yolboyu və istintaq zamanı işgəncəyə məruz qalıb.

Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə prokuror 8 il həbs cəzası istəyib. 

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

Top
JoomlaLock.com All4Share.net