Almaniyada 11 nəfəri öldürən terrorçunun fotosu yayıldı
Featured

20 Fevral 2020

Ötən gecə saat 22 radələrində Almaniyanın Frankfurt şəhəri yaxınlığında yerləşən kafe və bakkal dükanına olan terror basqısı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. "Bild" nəşri silahlı hücum zamanı öldürülənlərin əksəriyyətinin kürd əsilli şəxslər olduğunu yazıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Hanau qəsəbəsi yaxınlığında baş verən terror hadisəsini törədənin kimliyi bəlli olub. 

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Tobias.R adlı şəxs ultra-sağçı ideologiyanın tərəfdarı olub. İnsidentdən sonra onun meyiti evindən tapılıb. Həmin evdə digər bir cəsəd də aşkarlanıb. Terrorçunun etiraf məktubu yazdığı və vida videosu çəkdiyi üzə çıxıb.

Türkiyə mətbuatı türkiyələilərə (Konyalı bir şəxsə aid olduğu deyilir) məxsus olan nargilə barda öldürülən 9 nəfərdən 5-nin türk kökənli olduğunu bildirib.

Hadisənin baş verdiyi bölgədə təxminən 100 min insanın yaşadığı və onların əksəriyyətini gəlmələrin təşkil etdiyi deyilir. Burada daha çox Türkiyə, Rusiya, Ərəbistan və digər ölkələrdən gələn miqrantlar yerləşib. Bölgədə olan bütün məkanları da rusiyalılar, türkiyəlilər və ərəblərin işlətdiyi bəlli olub.

Top
JoomlaLock.com All4Share.net