Türkiyədə bu daxmalar qəzəb doğurdu
Featured

02 Mart 2020

Suriyada və Liviyada Türkiyə ordusunun verdiyi ağır itkilər ölkədə böyük etirazlara səbəb olub.

Vetenugrunda.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İdlibdə bir gündə 34, Liviyada isə 17 hərbiçisini itirən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bu olaya təbəssümlə yanaşması sosial şəbəkələrdə çox sərt şəkildə qınanılıb. 

Daha çox diqqət çəkən məqam isə İdlibdə gecəylə bombardman edilən maşın karvanında öldürülən 37 hərbiçinin dəfni zamanı üzə çıxdı. Belə ki, hərbiçilərin dəfnini işıqlandıran media nümayəndələri onların daha çox kasıb ailələrdən çıxdığının şahidi olublar. Daxmalarda böyüyən türkiyəli əsgərlərin yaxınları pulları olmadığı üçün uşaqlarının Suriyada, Liviyada öldürülməsinə etiraz ediblər.

İdlibdə öldürülən çavuş Güven Kurtulmuş 6 ay öncə evlənibmiş, xanımı 4 aylıq hamiləymiş. Bitlisin Budaklı kəndində dəfn edilən hərbiçinin ailəsinin çox kasıb bir daxmada yaşadığı bəlli olub. 

Top
JoomlaLock.com All4Share.net