Tramp G7-də Putinə görə mübahisə etdi
Featured

26 Avqust 2019

ABŞ Prezidenti Donald Tramp G7 sammitində digər ölkə başçıları ilə Rusiyaya görə mübahisə edib.

Bu barədə "Qardian" qəzeti xəbər verib. 

Məlumata görə, Tramp G7-yə üzv olan digər ölkə başçılarının Rusiya ilə bağlı ittihamlarını rədd edib. Qəzet mübahisənin G7 başçılarının şam yeməyi zamanı yaşandığını bildirib. Mübahisə zamanı G7 ölkələrindən yalnız İtaliyanın istefaya gedən Baş naziri Cuzeppe Konte Trampı dəstəkləyib, Yaponiya Baş naziri Şindzo Abe isə neytral mövqe tutub. Digər dörd dövlətin başçısı və Avropa Şurasının rəhbəri Donald Tusk Trampın fikrinin əleyhinə çıxış edib:

"Liderlərin əksəriyyəti israr edirdilər ki, G7 liberal demokratik cəmiyyətlərin ailəsi, klubu kimi qalmalıdır. Ona görə də onlar Trampa deyirdilər ki, siz prezident Putinə buraya dönməyə izn verə bilməzsiniz. Tramp üçün bu, elə də vacib şərt deyildi. ABŞ prezidenti israr edirdi ki, İran, Suriya və Şimali Koreyanın müzakirəsi üçün Rusiyanın G7-də mövcudluğu vacibdir".(axar.az)

Top
JoomlaLock.com All4Share.net