İdlibdə Türkiyənin 100-ə yaxın əsgəri Şəhid oldu-VİDEO
Featured

28 Fevral 2020

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay bölgəsinin valisi Rahmi Doğan mediyaya verdiyi məlumatda  bildirib ki, ötən gecə 33 Şəhid veriblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyənin İdlibə girən zirehli maşın karvanının qırıcılarla bombalanması nəticəsində ölənlərin sayı artmaqdadır. Hatay valisinin bu saatlarda verdiyi açıqlamada yaralılardan daha 4 nəfərin həyatını itirdiyini bildirib. O, 32 yaralı əsgərin vəziyyətinin yaxşılaşdığını bildirib.

Türkiyədə müxalif media isə İdlibdəki bombardman nəticəsində 100-ə yaxın türkiyəli hərbiçinin həyatını itirdiyini iddia edir.

Bu saatlardan başlayaraq artıq Şəhidlərin kimlikləri bəlli olmağa başlayır. Şəkildə gördüyünüz quru qoşunlarının çavuşu Turqut Burkay Korkmazdır. Onun nəşi yurduna, Antaliyaya göndərilib. Ruhları şad olsun!

Xatırladaq ki, fevralın 10-dan başlayaraq Türkiyə ordusu Suriyada hərbi əməliyyatlara başlayıb.

Top
JoomlaLock.com All4Share.net